Sevimlilərə əlavə edin
Paylaşın

Theraflu Makstab N12 Tablet

Məhsul Kodu : 111-28338
İstehsalçı ölkə : Irlandiya
0 Şərh Şərh
4,20 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

TERAFLYU MAK, Stab tabletlər

TERAFLYU MAK tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq parasetamol, 25 mq kofein, 5 mq fenilefrin hidroxlorid, 20 mq terpinhidrat, 30 mq askorbin turşusu (etilselüloza örtüklü) vardır.

İstifadəsinə göstərişlər

Bədən temperaturunun yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, zökəm, burunun tutulması, əzələ ağrıları və burunətrafı ciblər nahiyəsində ağrısı kimi “soyuqdəymə” və qrip simptomlarının yüngülləşdirilməsi.

Əks göstərişlər

Aşağıda göstərilən pasiyentlərə preparatın istifadəsi əks göstərişdir: - anamnezində parasetamola, kofeinə, fenilefrinə, terpinhidrata, askorbin turşusuna və ya preparatın tərkibində olan köməkçi maddələrə qarşı yüksək həssaslığı olan; - hal-hazırda və ya son 2 həftə müddətində monoaminooksidaza (MAO) fermentinin inhibitorlarından istifadə edən (“Digər dərman vasitələri ilə qarşılıqlı təsiri” bölməsinə baxın).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamiləlik dövründə və ya hamiləlik planlaşdırıldıqda, bu preparatın qəbulu tövsiyə olunmur. Parasetamol Hamiləlik dövründə parasetamolu (digər dərman preparatları kimi) istifadə etməzdən əvvəl, hamilə qadınlar həkimlə məsləhətləşməlidirlər. Kofein Hamiləlik dövründə kofein qəbulu ilə əlaqəli düşüklərin riskinin artması səbəbindən bu preparatın qəbulu tövsiyə edilmir. Askorbin turşusu Askorbin turşusu üçün tövsiyə olunan, istifadənin yolverilən yuxarı səviyyəsi (UL) 1800 mq/sutkada (hamiləlik <18 yaş) və 2000 mq/sutkada (hamiləlik >18 yaş) təşkil edir.

İstifadənin yolverilən yuxarı səviyyəsi (UL) – sağlamlığa mənfi təsir riskinin meydana çıxmasına səbəb olmayan, qida maddələrinin sutkalıq istifadəsinin maksimal səviyyəsidir. Terpinhidrat Müvafiq məlumat yoxdur. Fenilefrin Hamilə qadınlar tərəfindən fenilefrinin istifadəsi barədə məhdud məlumatlar mövcuddur. Laktasiya Laktasiya zamanı, ana üçün fayda ana südü ilə qidalanan körpə üçün gözlənilən risklərdən artıq olmadıqda, bu preparatı həkim məsləhəti olmadan istifadə etmək olmaz.

Preparatın ən aşağı dozalarda və minimal qısa müddət ərzində istifadəsi nəzərdən keçirilə bilər. Tövsiyə olunan dozalarda daxilə qəbul edildikdə, parasetamol və askorbin turşusu ana südünə nüfuz edirlər, parasetamol klinik əhəmiyyətə malik olmayan miqdarda nüfuz edir. Ana südündəki kofein ana südü ilə qidalanan uşaqlara potensial olaraq stimullaşdırıcı təsir göstərə bilər, lakin heç bir əhəmiyyətli toksiklik müşahidə edilməmişdir. Fenilefrin ana südünə nüfuz edə bilər.

Terpinhidrat - müvafiq məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Başgicəllənmə halında nəqliyyat idarə etməkdən və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaqdan çəkinmək lazımdır.

TERAFLYU MAK istifadə qaydası və dozası

Preparat yalnız daxilə qəbul edilməlidir. Böyüklər (yaşlı pasiyentlər daxil olmaqla) və yaşı 12 və daha yuxarı olan uşaqlar: zərurət yarandıqda, hər 4-6 saatdan 1-2 tablet qəbul edilməlidir. Preparat 4 saatdan artıq tezliklə qəbul edilməməlidir. 24 saat müddətində 8 tabletdən artıq istifadə etmək tövsiyə olunmur.

Həkim məsləhəti olmadan, 7 gündən artıq istifadə etmək tövsiyə olunmur. Qeyd olunan dozanı aşmaq olmaz. Effektin əldə olunması üçün preparatı, ən aşağı dozalarda və minimal qısa müddət ərzində istifadə etmək lazımdır. 12 yaşdan kiçik uşaqlar: 12 yaşdan kiçik uşaqlarda preparatın istifadəsi tövsiyə olunmur.

Simptomlar saxlanıldığı halda həkimə müraciət etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-28338

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Coldrex Maxgrip N10 Paket
11,70 AZN -%0
11,70AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
Ferveks Malina N8 Paket
9,80 AZN -%0
9,80AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce