Tridat Forte 200MG N20 Tb
-
5
1
-
4
0
-
3
0
-
2
0
-
1
0
Bitib
Stokda olanda mənə xəbər verin.TRİDAT FORTE, tabletlər
TRİDAT FORTE tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq trimebutin maleat vardır.
İstifadəsinə göstərişlər
• Bağırsağın qıcıqlanma sindromu (spastik kolit)
• Mədə - bağırsaq sistemi ağrılarının simptomatik müalicəsi
• Həzm sisteminin funksional xəstəlikərinin simptomatik müalicəsi
Əks göstərişlər
Preparatın tərkibinə daxil olan maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dölə təsirinə görə FDA-nın B kateqoriyasına aiddir. Tridat fortenin kontrasepsiya təsirinə dair kifayət qədər məlumat yoxdur. Doğuş potensialı olan qadınlar Tridat forte qəbul edərkən həkimə müraciət etsin. Hamiləlik: heyvanlar üzərində aparılan tədqiqatlarda hamiləlik və/və ya embriona/dölə təsiri barədə məlumatlar kifayət deyildir. Ona görə hamilə qadınlara ehtiyatla verilməlidir. Hamiləliyin ilk 3 ayı ərzində istifadəsinə icazə verilmir. Laktasiya: əmizdirmə zamanı Tridat forte istifadə edilməməlidir. Nəsilartırma qabiliyyətinə heç bir mənfi təsiri yoxdur.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Heç bir məlumat yoxdur.
TRİDAT FORTE istifadə qaydası və dozası
Yetkin şəxslərdə həkim təyinatı ilə gündə 3 dəfə, hər dəfə 1 tablet qəbul edilir. Tabletlər çeynənilmədən kifayət qədər su ilə udulmalıdır.