Sevimlilərə əlavə edin
Paylaşın

Ukraferon 150000 Iu N10 Sam (Ukr)

Məhsul Kodu : 111-20574
0 Şərh Şərh
16,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

UKRAFERON, suppozitoriya

UKRAFERON tərkibi

Təsiredici maddə: 1 suppozitoriyanın tərkibində 150 000, 500 000 və ya 1 000 000 BV rekombinant interferon alfa-2b vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə kompleks terapiyada • Hamiləlik zamanı infeksion-iltihabi xəstəliklər; • Papillomavirus infeksiyaları zamanı (vulqar ziyillər, iti uclu kandiloma); • Cinsi yolla keçən urogenital qarışıq infeksiyalar zamanı; Uşaqlarda • kəskin respirator virus infeksiyaların kompleks terapiyasında.

Əks göstərişlər

Preparatın komponentlərinə qarşı artmış həssaslıq, qalxanabənzər vəzinin disfunksiyası olan pasiyentlər, Kapoşi sarkoması olan pasiyentlərdə ağır visseral pozğunluqlar zamanı, ağır ürəkdamar xəstəlikləri, psoriaz, qaraciyər və böyrəklərin funksiyalarının pozulması, epilepsiya və MSS-nin digər xəstəlikləri (o cümlədən funksional), proqresivləşən və ya dekompensasiya olunmuş qaraciyər sirrozu fonunda xroniki hepatit, immunodepressant terapiya qəbul edən və ya yaxın zamanlarda da qəbul etmiş xroniki hepatitli pasiyentlər (qısa kortikosteroid terapiya kursu qəbul edənlər istisna olmaqla), autoimmun hepatit və ya anamnezində digər autoimmun xəstəliklər olan pasiyentlər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda gestasiyanın 28-ci həftəsindən istifadə edilə bilər. Laktasiya dövründə istifadəsi haqqında məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Dərmanın istifadəsi səbəbiylə mərkəzi sinir sistemi tərəfindən bəzi mənfi təsirlər pasiyentlərin nəqliyyat vasitələri və digər potensial təhlükəli mexanizmləri idarə etməsinə təsir göstərə bilər.

UKRAFERON istifadə qaydası və dozası

Böyüklərdə kompleks terapiyada Hamiləliyin 28-ci həftəsindən 500 000 BV sutkada 1dəfə rektal yeridilmə. Müalicə kursu 10 gün. Kurslararası fasilə 7 gündür. Papillomavirus infeksiyaları zamanı 500 000 BV sutkada 2 dəfə rektal yeridilmə (12 saat intervalla).

Müalicə kursu 5-10 gündür. Cinsi yolla keçən urogenital qarışıq (bakterial, virus) infeksiyalar zamanı 500 000 BV sutkada 2 dəfə rektal yeridilmə (12 saat intervalla). Müalicə kursu 5-10 gündür. Dərinin və selikli qişaların ilkin və ya təkrarlanan herpes infeksiyası (urogenital forması) zamanı 1 000 000 BV gündə 2 dəfə rektal yeridilmə (12 saat intervalla).

Müalicə kursu 10 gündür. Uşaqlarda: kəskin respirator virus infeksiyaların kompleks terapiyasında: Yenidoğulmuş və vaxtından əvvəl doğulmuş uşaqlarda 150 000 BV sutkada 2 dəfə rektal (12 saat intervalla) Müalicə kursu və kurs arasında fasilə 5 gün Hestasion yaşı 34 həftədən az olan vaxtından əvvəl doğulmuş yenidoğulmuşlarda 150 000 BV sutkada 3 dəfə rektal (8 saatdan bir). Müalicə kursu 5 gün. 1-14 yaşlarda 500 000 BV sutkada 2 dəfə.

Müalicə kursu 5 gün.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-20574

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Coldrex Maxgrip N10 Paket
11,70 AZN -%0
11,70AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
Ferveks Malina N8 Paket
9,80 AZN -%0
9,80AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce