Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibinə 18,85 mq rabeprazola ekvivalent olan 20 mq rabeprazol
natrium vardır.
Preparatın tərkibində olan təsiredici maddəyə və ya digər komponentlərə qarşı yüksək həssaslıq
olduqda, hamiləlik və laktasiya dövründə Ulseblok-un istifadəsi əks göstərişdir.
Hamiləlik
Rabeprazolun hamiləlik dövründə təhlükəsiz olmasına dair heç bir məlumat yoxdur. Ulseblok-un
hamiləlik dövründə istifadəsi əks göstərişdir.
Laktasiya
Rabeprazol natriumun ana südünə nüfuz etməsi məlum deyil. Laktasiya dövründə istifadəsinə dair heç bir araşdırma aparılmayıb. Ulseblok-u laktasiya dövründə istifadə etmək olmaz.
Böyüklərdə/yaşlılarda
Aktiv duodenal xora və aktiv xoşxassəli mədə xorası: Məsləhət görülən oral doza 20 mq təşkil edir. Bu dozanı gündə 1 dəfə səhərlər qəbul etmək lazımdır.
Aktiv duodenal xorası olan pasiyentlərin çoxu 4 həftə ərzində müalicə olunur. Bununla belə, bəzi
pasiyentlərə sağalmaq üçün əlavə 4 həftəlik müalicə tələb oluna bilər. Aktiv xoşxassəli mədə xorası olan pasiyentlərin çoxu 6 həftə ərzində müalicə olunur. Lakin, bəzi pasiyentlərə sağalmaq üçün əlavə 6 həftəlik müalicə tələb oluna bilər.
Eroziv və ya xoralı qastro-ezofaqeal reflüks xəstəliyi: Məsləhət görülən oral doza 20 mq təşkil edir. Bu doza gündə 1 dəfə olmaqla 4-8 həftə qəbul edilməlidir.
Qastro-ezofaqeal reflüks xəstəliyinin uzunmüddətli müalicəsi: Uzunmüddətli müalicə üçün Ulseblokun dəstəkləyici dozası xəstənin müalicəyə cavabından asılı olaraq 20 mq və ya 10 mq gündə 1 dəfə təşkil edir.
Orta dərəcəli-çox ağır qastro-ezofaqeal reflüks xəstəliyinin simptomatik müalicəsi: ezofagiti olmayan pasiyentlərə gündə 1 dəfə olmaqla 10 mq təşkil edir. Əgər simptomlara nəzarət 4 həftə ərzində əldə edilməzsə, pasiyenti bir daha müayinə etmək lazımdır. Simptomların itdiyində, sonrakı simptomlara nəzarət etmək üçün gündə bir dəfə 10 mq ehtiyac olduqda qəbul edilə bilər.
Zollinger- Ellison sindromu: məsləhət görülən başlanğıc doza gündə 1 dəfə 60 mq təşkil edir. Dozanı titrləmə üsulu ilə pasiyentin individual ehtiyacına uyğun olaraq 120mq/gün dozasına kimi artırmaq olar. Gündə birdəfəlik 100 mq/gün dozalarını təyin etmək olar. 120 mq dozası iki hissəyə bölünərək 60mq gündə 2 dəfə təyin edilə bilər. Klinik ehtiyac olduqda müalicəni davam edirlər. Müalicənin müddəti individual olaraq müəyyən edilir.
H. pylori-nin eradikasiyası: H. pylori ilə infeksiyalaşmış pasiyentləri eradikasiya terapiyası ilə
müalicə edirlər. Aşağıdakı 7 günlük kombinasiya məsləhət görülür:
Ulseblok 20mq gündə 2 dəfə + klaritromisin 500mq gündə 2 dəfə və amoksisillin 1q gündə 2 dəfə. Gündə 1 dəfə qəbul edilməsi gərəkən göstərişlərə dair, rabeprazolu səhər qida qəbuluna qədər təyin etmək lazımdır; baxmayaraq ki, nə günün vaxtı, nə qida qəbulu rabeprazolun aktivliyinə təsir etmir, bu cür rejim müalicənin effektivliyinə səbəb olacaq.
Pasiyentləri xəbərdar etmək lazımdır ki, tabletləri nə çeynəmək nə də sındırmaq olmaz, tabletlər
bütöv şəkildə udulmalıdır.
Böyrək və qaraciyər çatışmazlığı: böyrək və qaraciyər funksiyası pozulmuş pasiyentlərə dozanın
korreksiya edilməsinə ehtiyac duyulmur.
(“Xüsusi göstərişlər və ehtiyat tədbirləri” hissəsinə baxın)
Uşaqlarda
Ulseblok-u uşaqlara təyin etmək olmaz, çünki bu qrup pasiyentlərdə preparatın istifadəsininə dair heç bir təcrübə yoxdur.