Меню
Мой счет
Я забыл свой пароль
регистр
моя тележка

Ulsepan 40 mq N1 flakon (Trk)

Комментарий
Комментарии (1)
5.0 Средний балл
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Код продукта : 111-14750
İstehsalçı ölkə: Fransa
нравиться

Распроданный

Дайте мне знать, когда он прибудет
Добавить в список Рекомендовать Комментарий Оповещение о цене

ULSEPAN, inyeksiya məhlulu hazırlamaq üçün liofilizat

ULSEPAN tərkibi

Təsiredici maddə: 1 flakonda 40 mq pantoprazol (45,11 mq pantoprazol natrium seskvihidrat şəklində) vardır.

İstifadəsinə göstərişlər

Venadaxili yeridilən Ulsepan preparatı böyüklərdə aşağıdakı halların müalicəsində istifadə edilir:

- qastroezofageal reflüks xəstəliyi.

- mədə və onikibarmaq bağırsağın xora xəstəliyi;

- Zollinger-Ellison sindromu və mədə şirəsinin patoloji hipersekresiyası ilə əlaqədar olan digər patoloji vəziyyətlər, xəstəliklər.

Əks göstərişlər

Pantoprazola, əvəzolunmuş benzimidazollara və ya preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Hamilə qadınlarda pantoprazolun istifadəsilə bağlı mövcud olan məhdud məlumatlar (300-1000 hamiləlik nəticəsi barədə məlumat) preparatın embrional və ya feto/neonatal toksikliyin olmadığını göstərir. Heyvanlar üzərində aparılan tədqiqatlar reproduktiv toksikliyi göstərmişdir. Ehtiyat tədbiri qismində hamiləlik dövründə pantoprazolun istifadəsindən çəkinmək lazımdır. Laktasiya Heyvanlar üzərində aparılan tədqiqatlar pantoprazolun ana südü ilə xaric edildiyini göstərmişdir. Pantoprazolun ana südünə ekskresiya etməsi barədə kifayət qədər məlumat yoxdur, lakin bu barədə məlumat verilmişdir. Yenidoğulmuş/körpə üçün riski istisna etmək olmaz. Ana südü ilə qidalanmanın/Ulsepan preparatı ilə müalicənin dayandırılması, südəmər körpənin ana südü ilə qidalandırılmasının və ana üçün Ulsepan preparatı ilə müalicənin faydasını nəzərə almaqla qərar vermək lazımdır. Fertillik Heyvanlar üzərində aparılan tədqiqatlarda pantoprazolun fertilliyə təsiri müəyyən edilməmişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Pantoprazol nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir. Preparatın istifadəsi zamanı başgicəllənmə və görmə qabiliyyətinin pozulması kimi əlavə təsirlər yarana bilər, belə hallarda nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etməkdən çəkinmək lazımdır.

ULSEPAN istifadə qaydası və dozası

Ulsepan preparatı yalnız həkim tərəfindən təyin edilə bilər; preparatdan istifadə edən pasiyentlər ciddi müvafiq tibbi müşahidə altında saxlanılmalıdırlar. Ulsepan preparatının vena daxilinə yeridilməsi yalnız, dərman preparatlarının daxilə istifadə edilməsi mümkün olmadığı hallarda həyata keçirilməlidir. Mövcud məlumatlara əsasən pantoprazolun vena daxilinə yeridilməsinin davametmə müddəti 7 gündən artıq olmamışdır.

Pantoprazolun peroral dərman formalarının istifadəsi mümkün olan kimi, Ulsepan preparatının vena daxilinə istifadəsi ilə müalicə dayandırılmalıdır. Dozalanma rejimi Mədə xorası, onikibarmaq bağırsaq xorası, qastroezofageal reflyuks xəstəliyi Pantoprazolun vena daxilinə yeritmək üçün tövsiyə edilən dozası sutkada 1 dəfə 40 mq təşkil edir. Zollinger-Ellison sindromu və mədə şirəsinin patoloji hipersekresiyası ilə əlaqəli digər xəstəliklər Zollinger-Ellison sindromunun və mədə şirəsinin hipersekresiyası ilə xarakterizə olunan patoloji vəziyyətlərin uzunmüddətli müalicəsi üçün vena daxilinə yeridilən pantoprazolun tövsiyə edilən başlanğıc dozası sutkada 1 dəfə 80 mq təşkil edir. Daha sonra preparatın dozası, mədə şirəsinin sekresiyasından asılı olaraq, fərdi qaydada korreksiya edilə bilər. Pantoprazolun sutkalıq dozası 80 mq-dan yüksək olduğu halda, onu 2 dəfəlik qəbula bölmək lazımdır. Zərurət yarandığı halda, dərman preparatının dozasının sutkada 160 mq-a qədər artırılması mümkündür; lakin, preparatın istifadəsinin davametmə müddəti turşu sekresiyasının müvafiq nəzarəti üçün tələb olunan zamanla məhdudlaşdırılmalıdır. Xlorid turşusunun sekresiyasının sürətlə azaldılması tələb olunduğu hallarda, pantoprazolun 1 saat müddətində 80 mq dozada 2 dəfə yeridilməsi tövsiyə olunur (pasiyentlərin əksəriyyətində xlorid turşusunun hasilatı < 10 mEkv/saatda səviyyəyə qədər azala bilər). Xüsusi pasiyent qrupları Qaraciyər funksiyalarının pozğunluqları Ağır dərəcəli qaraciyər çatışmazlığı qeyd olunan pasiyentlərdə pantoprazolun dozalanması sutkada 20 mq-dan (1/2 flakondan) yüksək olmamalıdır. Böyrək funksiyalarının pozğunluqları Böyrək çatışmazlığı qeyd olunan pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə preparatın dozasının korreksiyası tələb olunmur. Uşaqlar və yeniyetmələr Vena daxilinə yeridildikdə, pantoprazolun uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsinin effektivliyi və təhlükəsizliyi müəyyən edilməmişdir. Ulsepan preparatının uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə istifadəsi tövsiyə edilmir. Mövcud məlumatlar əsasında preparatın dozalanmasına dair heç bir tövsiyə vermək olmaz. İstifadə qaydası İstifadə üçün hazır məhlul preparatın tozu yerləşdirilmiş flakonun üzərinə 10 ml 0,9 %-li inyeksiya üçün fizioloji məhlulun əlavə edilməsi ilə əldə olunur. İstifadə üçün hazır məhlul şəffaf rəngsiz və ya sarı rəngə malikdir. Məhlul orqanizmə dərhal yeridilir və ya gələcəkdə 100 ml 0,9 %-li fizioloji məhlul və ya inyeksiya üçün 5 %-li qlükoza məhlulu vasitəsi ilə durulaşdırıldıqdan sonra yeridilə bilər. Məhlulun durulaşdırılması məqsədi ilə şüşə və ya plastik həcmlərdən istifadə edilməlidir. Preparat durulaşdırıldıqdan və ya durulaşdırılıb həll edildikdən sonra istifadə olunduğu halda, onun kimyəvi və fiziki stabilliyi 25° C temperaturda 12 saat müddətində nümayiş etdirilmişdir. Ulsepan preparatını, yuxarıda göstərilən həlledicilər istisna olmaqla, digər həlledicilərlə qarışdırmaq olmaz. Preparat vena daxilinə 2-15 dəqiqə müddətində yeridilməlidir. Flakonun möhtəviyyatı yalnız birdəfəlik istifadə üçün nəzərdə tutulmuşdur. Flakonun içərisində qalan artıq məhlul və ya xarici görünüşündə dəyişkənlik (məsələn, bulanıqlıq və ya çöküntünün əmələ gəlməsi) qeyd olunan məhlul yerli tələblərə müvafiq utilizasiya edilməlidir.

Prepared by  T-Soft E-Commerce.