Ursobilan 500 Mq N60 Kapsul
Bitib
Stokda olanda mənə xəbər verin.URSOBILAN, 500 mq bərk kapsullar
Ursobilan, beynəlxalq patentləşdirilməmiş adı: Ursodeoxycholic acid.
URSOBILAN tərkibi
Təsiredici maddə: 1 kapsulda 500 mq ursodezoksixol turşusu vardır.
URSOBILAN, istifadəsinə göstərişlər
Xolesterin tərkibli öd daşlarının əridilməsi məqsədi ilə (öd daşları radioşəffaf olduqda və öd kisəsi fəaliyyət göstərdiyi halda).
İlkin biliar sirroz.
Əks göstərişlər
Ursodezoksixol turşusuna və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.
Mədə və ya 12-barmaq bağırsaq xorası.
Öd kisəsinin fəaliyyət göstərməməsi və ya sərtləşmiş xolesterin daşları (yüksək kalsim tərkibli), rentgenkontrast öd daşları, radioşəffaf öd piqmentləri daşları.
Böyrək və qaraciyər fəaliyyətinin ciddi pozğunluqları.
Laktasiya dövrü.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Preparatı qəbul etmədən öncə hamiləlik və ya hamiləliyin planlaşdırılması haqda həkimə məlumat vermək lazımdır. Yalnız həkim belə hallarda preparatın qəbulunun mümkün olub-olmadığı haqda qərar verə bilər.
Laktasiya dövründə preparatı qəbul etmək olmaz.
URSOBILAN, istifadə qaydası
Öd daşı xəstəliyi zamanı:
Böyüklər: gündə 1 kapsul (8-10 mq/kq/gün) daxilə qəbul edilir. Müalicə müddətində bir neçə aydan bir öd daşlarının əriməsinin və qaraciyərin fəaliyyətinin yoxlanması üçün laboratoriya testləri keçirilməlidir.
Biliar sirroz zamanı:
Böyüklər: gündə 2 kapsul (13-15 mq/kq/gün) daxilə qəbul edilir.
Qida ilə qarşılıqlı təsiri yoxdur.
Əlavə təsirləri
Nadir hallarda (0,01-0,1%): ürəkbulanma, qusma, həzm pozğunluqları, dadbilmə pozğunluqları, öd kisəsində və qarında ağrı, meteorizm, qəbizlik.
Çox nadir hallarda (<0,01%): diareya, övrə.
Digər hər hansı əlavə təsir müşahidə olunarsa, dərhal müalicə həkiminə müraciət etmək lazımdır.