Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

URSOSAN 250MG N50 CAP

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00817
İstehsalçı ölkə: Cenubi Afrika Respublikasi
32,93 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

URSOSAN, kapsullar

URSOSAN tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq ursodezoksixol turşusu vardır.

İstifadəsinə göstərişlər

- Öddaşı xəstəliyi (ÖDX): biliar slac; yüksək əməliyyat riski ilə üzləşən pasiyentlərdə və litotripsiyadan sonrakı dövrdə olan pasiyentlərdə fəaliyyət göstərən öd kisəsində xolesterin mənşəli öd daşlarının əridilməsi. Müalicənin uğurlu olması üçün şərt – fəaliyyət göstərən öd kisəsi və diametri 1,5 sm-dən artıq olmayan təmiz radiotransparant xolesterin daşlarının olmasıdır; xolesistektomiyadan sonra, daşların təkrar əmələ gəlməsinin qarşısının alınması;

- birincili biliar sirrozun I və II mərhələsi;

- birincili sklerozlaşan xolangit;

- hepatit (xroniki və kəskin virus mənşəli, xroniki autoimmun hepatitin atipik formaları);

- qeyri-alkoqol qaraciyər piylənməsi xəstəliyi. Qeyri-alkoqol steatohepatit.

- qaraciyərin toksik zədələnmələri (o cümlədən, alkoqol və dərman mənşəli);

- öd mənşəli reflüks-qastrit və ezofaqit;

- 6-18 yaşlı mukovissidozlu uşaqlarda hepatobiliar pozğunluqlar.

Əks göstərişlər

- Ödçıxarıcı yolların kəskin iltihabi xəstəlikləri;

- qaraciyər sirrozu dekompensasiya mərhələsində;

- öd sancılarının tez-tez təkrarlanan epizodları;

- böyrək funksiyalarının ağır dərəcəli pozğunluqları;

- təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;

- rentgen-müsbət öd daşları (yüksək kalsium tərkibli);

- uşaqlarda öd axınını kifayət qədər təmin etməyən müvəffəqiyyətsiz porto-enterostomiya və ya biliar artreziya;

-öd kisəsinin yığılma qabiliyyətinin pozulması;

-çıxarıcı öd axarlarının keşməzliyi (ümumi və ya kisəli).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə Ursosan® preparatının istifadəsi yalnız, preparatın ana üçün gözlənilən faydası, döldə və ya yenidoğulmuş körpədə əlavə effektlərin inkişafının potensial riskindən üstün olduğu hallarda mümkündür.

URSOSAN istifadə qaydası və dozası

Preparatı çeynəmədən və kifayət qədər su ilə birlikdə daxilə qəbul etmək lazımdır. Preparatın dozası və müalicənin davametmə müddəti göstərişlərdən, pasiyentin vəziyyətinin ağırlıq dərəcəsindən asılıdır və fərdi qaydada müəyyən olunur. Preparatın orta dozalanması – 6-12 ay müddətində sutkada 8-10 mq/kq-a təşkil edir. Öd daşlarının əridilməsi üçün Ursosan® preparatını 10 mq/kq-a dozada təyin etmək lazımdır ki, bu da aşağıda göstərilənlərə müvafiqdir:

Bədən kütləsi (kq) Sutkalıq doza (kapsullar) 60-a qədər 2 61-80 3 81-100 4 100-dən yuxarı 5

Preparatın sutkalıq dozasını bir dəfə gecəyə doğru qəbul etmək lazımdır. Xolesterin mənşəli öd daşlarının əridilməsi üçün Ursosan® preparatının istifadəsinin davametmə müddəti 6 aydan 12 aya qədər təşkil edir. Daşların təkrar əmələ gəlməsinin profilaktikası üçün, daşlar əridildikdən sonra, preparatı daha bir neçə ay müddətində istifadə etmək tövsiyə olunur. 12 ay müddətində aparılan müalicədən sonra, öd kisəsində qeyd olunan daşların ölçüləri kiçilmədiyi halda, preparatın istifadəsini dayandırmaq lazımdır. Müalicənin effektivliyi ultrasəs müayinəsi və ya rentgenoqrafiya əsasında, hər 6 aydan bir qiymətləndirilməlidir. Aralıq müayinə aparıldıqda, keçən dövr müddətində daşların kalsifikasiyasının olub-olmamasını qiymətləndirmək vacibdir. Daşların kalsifikasiyası qeyd olunduğu halda, müalicəni dayandırmaq lazımdır. Xolesistektomiyadan sonra təkrar xolelitiazın profilaktikası üçün – bir neçə ay müddətində sutkada 8- 10 mq/kq-a dozada təyin etmək lazımdır. Biliar reflyuks-qastrit və reflyuks-ezofagit zamanı – yuxuya getməzdən əvvəl sutkada 250 mq. Müalicə kursu – 10-14 günə qədər davam etdirilə bilər. Qaraciyər zədələnmələrinin müxtəlif növlərində xolestatik sindromun müalicəsi aparıldıqda, preparatın sutkalıq dozası pasiyentin bədən kütləsindən asılıdır. Adətən, ursodezoksixol turşusunun dozası bədən kütləsinin 1 kq-na sutkada 10-15 mq, yəni 500-700 mq (2-4 kapsul) təşkil edir. Müxtəlif mənşəli hepatitlər (virus mənşəli, toksik, dərman preparatlarının istifadəsi nəticəsində meydana çıxan hepatitlər və s.), xroniki virus hepatiti, qeyri-alkoqol qaraciyər piylənməsi xəstəliyi, o cümlədən qeyri-alkoqol steatohepatiti, qaraciyərin alkoqol xəstəliyi zamanı, preparatın orta sutkalıq dozası bədən kütləsindən asılıdır və 10-15 mq/kq-a (2-6 kapsul) təşkil edir; bu doza 2-3 dəfəlik qəbula bölünür. Müalicənin davametmə müddəti 6-12 aydan bir neçə ilə qədər təşkil edir. Birincili biliar sirroz, birincili sklerozlaşan xolangit zamanı, preparatın orta sutkalıq dozası 2-3 dəfəyə 12-15 mq/kq-a təşkil edir. Müalicənin davametmə müddəti 6 aydan bir neçə ilə qədər təşkil edir. Preparatın müvafiq dozalanması üçün, aşağıda göstərilən məlumatlardan istifadə etmək olar:

Bədən kütləsi Ursodezoksixol turşusu Kapsulların sayı 30 kq-a qədər 250 mq 1

60 kq-a qədər 500 mq 2 80 kq-a qədər 750 mq 3 100 kq-a qədər 1000 mq 4 100 kq-dan artıq 1250 mq 5

2 yaşdan yuxarı uşaqlar üçün preparatın dozalanması, həkim tərəfindən fərdi qaydada müəyyən edilir. Adətən, preparatın dozalanması gündə 10-20 mq/kq-a təşkil edir. 6-18 yaşlı mukovissidozlu uşaqlarda hepatobiliar pozğunluqlar zamanı 20-30 mq/kq 2-3 dəfəyə qəbul edilir.

Prepared by  T-Soft E-Commerce.