Ursovef 500 Mq N60 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.URSOVEF, 500 mq örtüklü tabletlər
Ursovef, beynəlxalq patentləşdirilməmiş adı: Ursodeoxycholic acid.
URSOVEF tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq Ursodezoksixol turşusu (Ursodeoxycholic acid) vardır.
URSOVEF, istifadəsinə göstərişlər
- Öd kisəsinin xolesterin öd daşlarının əridilməsində və əmələ gəlməsinin qarşısının alınması
- Dekompensasiya olmayan ilkin biliar sirroz (PBS) xəstəliyinin simptomatik müalicəsi
- Birincili sklerozlaşdırıcı xolangitlər; mukovissidozlar (kistik fibroz);
- Qaraciyərin toksik zədələnmələri və alkoqol zəhərlənmələri
- Xolestazla müşayiət olunan qaraciyər xəstəlikləri; öd yollarının atreziyası
- Qeyri-alkoqol mənşəli steatohepatitlər; öd yollarının diskineziyası
- Hamilələrdə intrahepatik xolestaz
- Qaraciyər transplantasiyası və parenteral qidalanma zamanı öd durğunluğunun müalicəsi
- Xolestatik təsirli dərman və kontraseptivlərin qaraciyər zədələnməsinə qarşı profilaktikası
Əks göstərişlər
- Öd kisəsi və yollarının kəskin iltihabi xəstəlikləri
- Öd yolları tıxanıqlığı
- Öd daşlarının kalsifikasiyası və rentgenokontrastlığı
- Öd kisəsinin yığılma qabiliyyətinin azalması
- URSOVEF-in komponentlərinə və öd turşularına qarşı yüksək həssaslıq
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlikdə yalnız tam zəruri olduqda istifadə edilməlidir. Laktasiya zamanı südvermə dayandırılmalıdır.
Heyvan tədqiqatlarında toksik təsirlər müşahidə olunub. İnsanlarda istifadəyə dair məlumatlar məhduddur.
URSOVEF, istifadə qaydası
Xolesterin öd daşlarının əridilməsi üçün doza bədən kütləsinə uyğun olaraq təyin olunur (10 mq/kq). Gecə yatmazdan əvvəl qəbul olunur, çeynənmədən, su ilə udulur. Müalicə 6–24 ay çəkə bilər.
Digər hallarda (biliar sirroz, kistik fibroz, transplantasiya sonrası xolestaz, hamiləlikdə xolestaz və s.) – gündə 2–3 tablet, həkimin qərarına əsasən.
Müalicə gedişində qaraciyər funksiyaları və daşların kalsifikasiyası mütəmadi izlənməlidir.
Əlavə təsirləri
Yayılmış: nəcisin yumşalması, ishal
Çox nadir: qarında ağrı, biliar sirrozun dekompensasiyası, öd daşlarının kalsifikasiyası, övrə