Sevimlilərə əlavə edin
Paylaşın

Vermoks 100 Mq N6 Tablet

Məhsul Kodu : 111-05502
İstehsalçı ölkə : Ruminiya
1 Şərh Şərh
3,11 AZN
Kateqoriya: Parazitlər-qurdlar
KolleksiyaQiymət Xəbərdarlığı

VERMOKS, tabletlər

Vermoks tərkibi

 Təsiredici maddə:  1 tabletin tərkibində 100 mq mebendazol vardır. Köməkçi maddələr:natrium laurilsulfat, susuz kolloidal silisium dioksid, maqnezium stearat,  natrium saxarin, talk, qarğıdalı nişastası, laktoza monohidrat.

İstifadəsinə göstərişlər:

 Enterobius vermicularis (halqavarı qurdlar/bizquyruq), Ascaris lumbricoides (askaridlər), Trichuris trichiura (tükbaş qurdlar),  Ancylostoma duodenale (ankilostomalar),  Necator americanus (nekator qurdlar), Strongyloides stercoralis (sapşəkilli nematodlar), Taenia spp. (lentşəkilli qurdlar) tərəfindən törədilən mədə-bağırsaq traktının izoləedilmiş və ya qarışıq parazitar xəstəlikləri.  

Əks göstərişlər:

  Preparatın təsiredici maddəsinə və ya "Tərkibi" bölməsində sadalanan hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq. Hamiləlik.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik Mebendazol siçovullarda və siçanlarda embriotoksik və teratogen təsir göstərmişdir. Digər növ heyvanlar üzərində aparılan tədqiqatlarda reproduktiv toksikliyin təzahürü qeyd edilməmişdir (“Klinikaya qədər təhlükəsizlik tədqiqatlarının məlumatları” bölməsinə baxın). Vermoks hamiləlik dövründə əks göstəriş olduğu üçün təsdiq edilmiş və ya mümkün hamiləlik zamanı preparatın istifadəsi tövsiyə olunmur. Laktasiya Klinik halların təsvirindən əldə edilən məhdud məlumatlar mebendazolun peroral qəbulundan sonra ana südü ilə az miqdarda xaric olmasına işarə edir. Beləliklə,Vermoks preparatını laktasiya dövründə olan qadınlara ehtiyatla təyin etmək lazımdır. Fertillik Mebendazolun reproduktiv toksiklik tədqiqatlarının nəticələri preparatın sutkada 40 mq/kq-a qədər dozada kişi fertilliyinə təsir etmədiyini göstərmişdir (“Klinikaya qədər təhlükəsizlik tədqiqatlarının məlumatları” bölməsinə baxın).

Vermoks istifadə qaydası, dozası

 Dozalanma rejimi Enterobioz Böyüklərdə və uşaqlarda bədən çəkisindən və yaşından asılı olmayaraq: birdəfəlik 100 mq (1 tablet) doza kifayət edir. Enterobius vermicularis ilə təkrar infeksiyanın yüksək baş vermə tezliyini nəzərə alaraq, müalicənin 2 və 4 həftədən sonra təkrarlanması tövsiyə olunur. Askaridoz, trixosefalyoz, ankilostomoz və qarışıq parazitar invaziyalar Böyüklərdə və uşaqlarda bədən çəkisindən və yaşından asılı olmayaraq: sutkada 200 mq (səhər 1 tablet və axşam 1 tablet) ardıcıl olaraq 3 gün. Tenioz və stronqioidoz Böyüklər üçün tam müalicə kursu: sutkada 400 mq (2 tablet səhər və 2 tablet axşam) ardıcıl olaraq 3 gün. Uşaqlar və yeniyetmələr üçün (≥ 2 - 16 yaş): ≥ 2 yaşdan 16 yaşa qədər uşaqlar və yeniyetmələrdə mebendazolun effektivliyi və təhlükəsizliyi barədə məlumat məhduddur. Bu yaş qrupunda mebendazol yalnız alternativ müalicə olmadıqda istifadə edilməlidir. Xüsusi pasiyentlər qrupları Uşaqlar və yeniyetmələr Bu preparatı 2 yaşdan kiçik uşaqlarda istifadə etmək tövsiyə edilmir ("Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə baxın). İstifadə qaydası Preparat daxilə qəbul edilir. Tableti bütöv udmaq və ya çeynəmək olar. Kiçik yaşlı uşaqlara tableti xırdalanmış şəkildə vermək tövsiyə olunur. Uşağın preparatı qəbul etdiyinə nəzarət etmək lazımdır. Müalicə zamanı işlədicilərin qəbulu və ya xüsusi pəhriz tələb olunmur.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-05502

Oxşar Məhsullar

Advermis 200 Mq/5 ml 10 ml Damla
3,60 AZN -%0
3,60AZN
Albentox 400 Mq N6 Tablet
5,92 AZN -%0
5,92AZN
Albex-Saga 400MG N6 Tab
5,39 AZN -%0
5,39AZN
Benazol 40 Mg 10 ml Damla
7,12 AZN -%0
7,12AZN
Epafen N10 Şam
30,00 AZN -%0
30,00AZN
Helmizol 200 Mq N40 Tablet
18,31 AZN -%0
18,31AZN
Helmizol 200 Mq N6 Tablet
3,25 AZN -%0
3,25AZN
Helmizol 400MG N3 Tb
3,11 AZN -%0
3,11AZN
Megaller 100 ml Sirop
41,80 AZN -%0
41,80AZN
Novornid Forte 500 Mq N10 Tablet
11,69 AZN -%0
11,69AZN
Pedeks 5% 60 ml Məhlul
10,00 AZN -%0
10,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce