Sevimlilərə əlavə edin
Paylaşın

Viraxi 250 Mg N1 Flk

Məhsul Kodu : 111-29818
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
12,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

VİRAKSİ, 250 mq infuziya məhlulu hazırlamaq üçün liofilizəolunmuş toz

VİRAKSİ tərkibi

Təsiredici maddə: 1 flakonda 250 mq asiklovir vardır.

İstifadəsinə göstərişlər

− Suçiçəyi, kəmərvarı dəmrov, herpes, genital herpes və Herpes simplex tərəfindən törədilən digər infeksiyaların müalicəsi; − Suçiçəyi, genital herpes və digər herpes infeksiyalarının residivlərinin qarşısının alınması; − İmmun sistemi zəifləmiş pasiyentlərdə Herpes simplex virusu tərəfindən törədilən infeksiyaların profilaktikası; − Sümük iliyinin transplantasiyası zamanı resipiyentlərdə Cytomegalovirus (CMV) infeksiyasının profilaktikası.

Əks göstərişlər

Asiklovirə və valasiklovirə (virusəleyhinə digər preparat) qarşı yüksək həssaslıq. Viraksi istifadəsi zamanı allergik reaksiya (səpgi, regional ağrı və ya şişkinlik) meydana gəldikdə, preparatın istifadəsini dayandırılmaq və həkimə müraciət etmək tövsiyə olunur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçıyla məsləhətləşin. Əgər siz hamiləsinizsə və ya hamilə ola biləcəyinizi ehtimal edirsinizsə həkimə bu barədə məlumat verin. Preparat hamiləlik dövründə yalnız faydası risklərdən üstün olduqda istifadə edilə bilər. Müalicə zamanı hamilə olduğunuzu bilsəniz dərhal həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Laktasiya Preparatı qəbul etməzdən əvvəl həkim və ya əczaçı ilə məsləhətləşin. Laktasiya dövründə Viraksi preparatı ehtiyatla istifadə edilməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bu dərman vasitəsi, xəstəxanadaxili pasiyentlərdə istifadə üçün nəzərdə tutulub. Müalicə zamanı yuxululuq, konsentrasiya pozulması kimi yaranan əlavə təsirlər, nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətini poza bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri istifadə etməzdən əvvəl bu əlavə təsirlərin olmamasından əmin olmaq lazımdır.

VİRAKSİ istifadə qaydası və dozası

Preparatın dozası xəstəlikdən asılı olaraq, həkim tərəfindən təyin edilməlidir. Preparatın istifadə qaydası Viraksiın lazımi dozası, təxminən 1 saat ərzində yavaş sürətlə venadaxili yeridilməlidir. Müxtəlif yaş qrupları Uşaqlar: uşaqlarda doza uşağın yaşı, bədən kütləsi və xəstəliyinin əsasında, həkim tərəfindən hesablanmalıdır. Yaşlılar: Viraksi preparatını yüksək dozada istifadə etdikdə, mümkün qədər çox su içmək tövsiyyə olunur.

Böyrək pozğunluğu olan yaşlı pasiyentlərdə dozanın azaldılmasına ehtiyac ola bilər. Xüsusi hallar Preparat böyrək funksiyasının çatışmazlığı olan pasiyentlərdə ehtiyatla istifadə olunmalıdır. Yenidoğulmuşlarda preparatın dozası bədən cəkisinə uyğun hesablanmalıdır. Viraksi preparatının təsirinin çox güclü və ya çox zəif olduğunu hiss etdikdə, həkimə və ya əczaçıya bu barədə məlumat verin.

Viraksiın qida və içkilərlə birlikdə istifadəsi Məlumat yoxdur. Viraksi preparatının istifadəsi unudularsa Unudulmuş dozanı əvəz etmək üçün ikiqat doza istifadə edilməməlidir. Viraksi ilə müalicə dayandırılarsa Həkimlə məsləhətləşmədən preparatın qəbulunu dayandırmaq olmaz.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-29818

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 400 Mq N30 Tablet
19,76 AZN -%0
19,76AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce