Vomiklon 12, 5/25 Mq N30 Tablet
Bitib
Stokda olanda mənə xəbər verin.Vomiklon, 12.5/25 mq tabletlər
Vomiklon, beynəlxalq patentləşdirilməmiş adı: Meclizine hydrochloride / Pyridoxine hydrochloride
Vomiklon tərkibi
Təsiredici maddələr: 1 tabletin tərkibində 12,5 mq meklizin hidroxlorid və 25 mq piridoksin hidroxlorid vardır.
Vomiklon, istifadəsinə göstərişlər
Hamiləlik dövründə (həkim tərəfindən istifadəsi məsləhət görüldükdə), cərrahi əməliyyat sonrası, rentgen çəkilişindən sonra yaranan ürəkbulanma və qusma əleyhinə istifadə olunur.
Əks göstərişlər
Preparatın təsiredici və ya köməkçi maddələrinə qarşı yüksək həssaslıq (allergiya).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik dövründə istifadə oluna bilər. Laktasiya dövründə isə yalnız həkimin dəyərləndirməsi ilə istifadə edilə bilər.
Pediatriyada istifadəsi
Kiçik yaşlı uşaqlarda istifadəsi əks göstərişdir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Idarəetmə reaksiyasının zəifləməsinə səbəb ola bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə edərkən ehtiyatlı olmaq lazımdır.
Vomiklon istifadə qaydası
Hamiləlik dövründə:
– 1 tablet yatmazdan əvvəl, zərurət olduqda səhər əlavə 1 tablet
– Maksimum doza: gündə 4 tablet (2 günə qədər)
Cərrahi əməliyyatlardan sonra:
– 2 tablet qəbul olunur, zərurət olduqda təkrar edilir
– Maksimum doza: gündə 4 tablet (2 günə qədər)
Rentgen çəkilişindən sonra:
– 2 tablet çəkilişdən əvvəl və ya sonra
– Maksimum doza: gündə 4 tablet
Tabletlər bütöv şəkildə bir stəkan su ilə qəbul olunmalıdır. Hamiləlik zamanı qəbuldan əvvəl az miqdarda qida qəbul edilməlidir.