Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 25 mq meklozin dihidroxlorid və 50 mq piridoksin hidroxlorid vardır.
˗ Müxtəlif mənşəli ürəkbulanma və qusmanın profilaktikası və müalicəsi, nəqliyyatda yırğalanma. ˗ Hamiləlik zamanı qusma, yalnız həkimin göstərişi ilə və həddindən artıq zərurət olduqda (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə baxın).
Vominor preparatı anamnezində meklozinə qarşı hiperhəssaslığı olan pasiyentlərdə və 1 yaşdan kiçik uşaqlarda əks göstərişdir.
Hamiləlik Hamilə qadınlarda aparılan epidemioloji tədqiqatlada hamiləlik dövründə meklozinin istifadəsi ilə bağlı anomaliyaların yaranma riski artmamışdır. Buna baxmayaraq, doza mümkün qədər aşağı və müalicə müddəti mümkün qədər qısa olmalıdır. Hamiləlik kateqoriyası: B. Vominor preparatı yalnız həkimin göstərişi ilə və ciddi zərurət olduqda qəbul edilməlidir.
Laktasiya Meklozinin ana südü ilə xaricolmasını təsdiqləyən heç bir tədqiqat aparılmamışdır. Yeganə məqalədə meklozinin cüzi miqdarda xaricolması qeyd olunmuşdur. Preparat, ana südü ilə qidalanan uşaqda yuxululuğun yaranması riski səbəbindən laktasiya dövründə ehtiyatla istifadə edilməlidir.
Meklozinin istifadəsi zamanı yuxululuq yarana bilər və bu səbəbdən nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarə edən pasiyentlər, xüsusən müalicənin ilk günlərində diqqətli olmalıdırlar. Pasiyentlərə mərkəzi sinir sisteminə tormazlayıcı təsir göstərən preparatların və alkoqolun eyni vaxtda istifadəsi ilə bağlı xəbərdarlıq edilməlidir.
Preparatın qəbulu Preparat peroral qəbul olunur. Böyüklər üçün adi doza Müxtəlif mənşəli ürəkbulanma və qusma halında, tövsiyə olunan başlanğıc doza gündə 1-2 tabletdir (25-50 mq meklozin dihidroxlorid). Pasiyentin klinik cavabından asılı olaraq doza 24 saat ərzində 4 tabletə qədər artırıla bilər (100 mq meklozin dihidroxlorid). Yırğalanma xəstəliyi halında, tövsiyə olunan başlanğıc doza 1-2 tablet (25-50 mq meklozin dihidroxlorid) yola düşməzdən bir saat əvvəl qəbul edilməlidir.
Sonra, nəqliyyatda olduğu müddət ərzində doza hər 24 saatdan bir təkrarlana bilər. Hamiləlik zamanı ürəkbulanma halında (yalnız həkimin göstərişi ilə və həddindən artıq zərurət olduqda), tövsiyə olunan başlanğıc doza 1-2 tablet (25-50 mq meklozin dihidroxlorid) axşam vaxtı və ehtiyac olduqda səhər vaxtı qəbul edilməlidir. 24 saat ərzində 4 tabletdən çox qəbul edilməməlidir. Uşaqlar üçün adi doza Preparat 12 yaşdan kiçik uşaqlarda istifadə edilməməlidir.
Böyrək çatışmazlığı olan pasiyentlər Preparatın xaricolması böyrək vasitəsi ilə baş vermir və bu səbəbdən böyrək çatışmazlığı olan pasiyentlərdə dozanın tənzimlənməsinə ehtiyac yoxdur.