Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

WOBENZIM N200 TB

Məhsul Kodu : 111-06044
İstehsalçı ölkə: Almaniya
113,00 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

VOBENZİM, qastro-rezistent tabletlər

VOBENZİM tərkibi

Təsiredici maddələr: pankreatin 300 TV Prot., tripsin 360 TV FIP, ximotripsin 300 TV FIP, bromelain 225 TV FIP, papain 90 TV FIP, amilaza 50 TV FIP, lipaza 34 TV FIP-U, rutozid trihidrat 50 mq.

İstifadəsinə göstərişlər

Aşağıdakı xəstəliklərin kompleks müalicəsində: Angiologiya: tromboflebit, posttromboflebit xəstəliyin müalicəsi və residiv flebitin, endarteriitin, aşağı ətrafların obliterasiyaedici aterosklerozunun, limfoödemin profilaktikası Urologiya: sistit, sistopielit, prostatit, cinsi yolla yoluxan infeksiyalar. Ginekologiya: cinsiyyət orqanlarının xronik cinsi infeksiyaları, adneksit, mastop atiya, gestoz, əvəzedici hormonal müalicə ilə bağlı meydana çıxan əlavə təsirlərin tezliyini və intensivliyini azaltmaq üçün. Kardiologiya: stenokardiya, miokard infarktının yarım kəskin fazası (qanın reoloji xassələrini yaxşılaşdırmaq üçün). Pulmonologiya: sinusit, bronxit, pnevmoniya.

Qastroenterologiya: pankreatit, hepatit. Nefrologiya: pielonefrit, qlomerulonefrit. Endokrinologiya: diabetik angiopatiya, diabetik retinopatiya, autoimmun tireoidit. Revmatologiya: birləşdirici toxumanın diffuz xəstəliyi, revmatoid artrit, reaktiv artrit, adneankilozlaşdırıcı spondilit, osteoartroz və s.

Dermatologiya: atopik dermatit, çivzə. Cərrahiyyə: əməliyyatsonrası ağırlaşmaların (iltihab, tromboz, ödem) profilaktikası və müalicəsi, posttravmatik və limfatik ödem, plastik və rekonstruktiv cərrahiyyə. Travma: travma, sınıqlar, əyilmələr, göyərmələr, xronik p osttravmatik proseslər, yumşaq toxumanın iltihabı, bağların zədələnməsi, idman təbabətində zədələnmələr. Nevrologiya: dağınıq skleroz, osteoxondroz.

Oftalmologiya: uveit, iridosiklit, hemoftalm, diabetik retinopatiya, oftalmoloji cərrahi əməliyyat. Profilaktika: mikrosirkulyasiyanın pozulmaları, post-stress p ozğunluqlar. Hormonəvəzedici müalicə və hormonal kontrasepsiya zamanı meydana çıxan əlavə təsirlərin profilaktikası. Cərrahi müalicə zamanı meydana çıxa bilən iltihabi ağırlaşmaların və fibrinoz membranların profilaktikası.

Əks-göstərişlər Vobenzim aşağıdakı hallarda istifadə olunmamalıdır: təsiredici maddələrdən və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq; ananas və ya papaya kimi meyvələrə qarşı yüksək həssaslıq; hemofiliya və ya trombositopeniya kimi, anadangəlmə və ya qazanılmış laxtalanma pozğunluqları olan pasiyentlər; hemodializə ehtiyacı olan pasiyentlər; hamiləlik və laktasiya; 18 yaşdan aşağı uşaqlar və yeniyetmələr. Xüsusi xəbərdarlıqlar və ehtiyat tədbirləri Vobenzimə qarşı allergik reaksiyalar baş verərsə, müalicə dərhal dayandırılmalıdır. Cərrahi prosedurlardan əvvəl preparatın fibrin olitik aktivliyi nəzərə alınmalı və pasiyentin müfafiq monitorinqi aparılmalıdır; diş əməliyyatlarından və ya hər hansı digər cərrahi əməliyyatlardan 4 gün əvvəl Vobenzimin istifadəsi dayandırılmalıdır. Ağır böyrək və qaraciyər çatışmazlığı olan pasiyentlərdə Vobenzimin istifadəsi tövsiyə olunmur.

Əgər həkiminiz Si zdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu demişdirsə, bu dərman preparatını istifadə etməyə başlamazdan əvvəl həkiminizlə məsləhətləşin. Preparatın 1 tabletinin tərkibində 0,16 q -a qədər laktoza (0,08 q qlükoza və 0,08 q qalaktoza) və 0,04 q saxaroza vardır. Bu, şəkərli diabeti olan pasiyentlər tərəfindən nəzərə alınmalıdır. Qalaktozaya və ya fruktozay a qarşı dözümsüzlük, ümumi lakta za ç atışmazlığı, saxaraza -izomaltaza çatışmazlığı və ya qlükoza -qalaktoza malabsorbsiyası kimi nadi r anadangəlmə prob lemləri olan pasiyentlər Vobenzim istifadə etməməlidirlər.

Bu dərman preparatını n 1 tabletinin tərkibində 1 mmol -dan az (23 mq) natrium vardır, bu miqdar o qədər azdır ki, preparatın tərkibində “natrium yoxdur” demək olar. Xronik xəstəl iklər zamanı, Vobe nzimin qəbul edilməsindən sonra başlanğıcda ağrı simptomlarının pisləşməsi baş verə bilər. O zaman dozanı müvəqqəti olaraq azaltmaq tövsiyə olunur. İnfeksion xəstəliklər zamanı, Vobenzim antibiotikləri əvəz etmir, lakin, qan zərdabında v ə iltihablaşmış toxumada antibiotiklərin konsentrasiyasını artırmaqla, onların effektivliyini yüksəldir.

Bu dərman preparatının tərkibində olan günəş qürubu sar ısı (E110) və al qırmızı 4R (E124) boya maddələri allergik reaksiyalara, natrium metabisulfit (E223) isə yüksək həssaslıq reaksiyalarına və bronxospazma səbəb ola bilər. Uşaqlar Uşaqlarda istifadəsinə dair ətraflı məlumat yoxdur. Digər dərman vasitələri ilə qarşılıqlı təsiri Vobenzim birlikdə istifadə zamanı tetrasiklin, sulfonamid və amoksisillin kimi antibiotiklərin zərdab konsentrasiyalarını, həmçinin iltihablaşmış toxumalarda onların konsentrasiyalarını yüksəldə bilər. Vobenzim və antikoaqulyantların və/və ya antiaqreqantların yanaşı istifadəsi laxtalanma əleyhinə təsiri gücləndirə bilər.

Ona görə də Vobenzimin belə dərmanlarla kombinasiyası, yalnız ciddi göstəriş zamanı mümkündür və ciddi monitorinq tələb edir. Uşaqlar Qarşılıqlı təsirə dair heç bir tədqiqat aparılmamışdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövrü Hamiləlik və laktasiya dövründə Vobenzimin istifadəsi ilə bağlı ətraflı tədqiqat aparılmamışdır. Odur ki preparat hamiləlik və laktasiya zamanı istifadə edilməməlidir. Əgər siz hamiləsinizsə və ya hamiləlik planlaşdırırsınızsa bunu həkiminizə və ya əczaçıya bildirin. Fertillik İnsan fertilliyinə təsirinə dair heç bir məlumat yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Vobenzim nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir və ya cüzi təsir göstərir.

VOBENZİM istifadə qaydası və dozası

Tabletləri yeməkdən ən azı 30 dəqiqə əvvəl və ya yeməkdən ən azı 90 dəqiqə sonra bol miqdarda su ilə (təqribən 250 ml) qəbul etmək lazımdır. Qastro-rezistent (bağırsaqda həll olan) tabletləri çe ynəmək, bölmək və ya əzmək olmaz, belə ki, tabletin örtüyü onu mədənin p H- mühitində parçalanmadan qoruyur. Böyüklər: xəstəliyin aktivliyindən və ağırlığından asılı olaraq, Vobenzimi gündə 3 dəfə 3 tabletdən 10 tabletə qədər dozada qəbul etmək lazımdır. İlk 3 gün ərzində preparatın tövsiyə olunan dozası gündə 3 dəfə 3 tablet təşkil edir.

Xəstəliyin orta aktivliyi zamanı Vobenzim 2-3 həftə ərzində gündə 3 dəfə 5-7 tablet dozada istifadə edilir. Vobenzimin sonrakı dozası gündə 3 dəfə 3-5 tabletə qədər azaldılmalıdır. Müalicə kursunun müddəti 2 həftə təşkil edir. Xəstəliyin yüksək aktivliyi zamanı Vobenzim 2-3 həftə ərzində gündə 3 dəfə 7-10 tablet dozada təyin edilir.

Sonradan Vobenzimin dozası 2-3 ay müddətində gündə 3 dəfə 5 tabletə qədər azaldılır. Uzunmüddətli xronik xəstəlik zamanı Vobenzim bir neçə kurs müddətində 3-6 ay və daha çox müddətə gündə 3 dəfə 5 tablet dozada qəbul edilməlidir. Antibiotiklərin effektivliyini yüksəltmək və disbakteriozun qarşısını almaq üçün, Vobenzimi antibiotiklərlə bütün müalicə kursu müddətində gündə 3 dəfə 5 tablet dozada istifadə etmək lazımdır. Antibiotiklərlə müalicə kursunun qurtarmasından sonra bağırsağın mikroflorasını (biosenozu) bərpa etmək üçün Vobenzimi 2 həftə ərzində gündə 3 dəfə 3 tablet dozada istifadə etmək lazımdır.

Kimyaterapiya və şüa terapiyası zamanı qoruyucu müalicə kimi, həmçinin, infeksion ağırlaşmaların profilaktikası üçün, müalicəyə ilkin dözümlülüyü və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün Vobenzim kimyaterapiya və şüa terapiyası qurtarana qədər gündə 3 dəfə 5 tablet dozada istifadə edilməlidir. Vobenzimin profilaktik dozası gündə 3 dəfə 3 tabletdir, müalicə kursu 1,5 ay təşkil edir və ildə 2-3 dəfə təkrar edilə bilər.

Prepared by  T-Soft E-Commerce.