Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Xofitol 200 mq N180 tablet

Məhsul Kodu : 111-05652
İstehsalçı ölkə: Fransa
11,18 AZN
Daha çox Həzm sistemi
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

XOFİTOL, örtüklü tabletlər

Xofitol tərkibi

   Təsiredici maddə:  1 tabletin tərkibində 200 mq (0,20 q)  çöl ənginarının (Cynara scolymus L.) yarpaqlarının quru (sulu) ekstraktı vardır.  Köməkçi maddələr:maqnezium  trisilikat, qarğıdalı nişastası, talk, maqnezium stearat.   Örtük:   şellak, rosin, talk, jelatin, , saxaroza, kalsium karbonat, Opalux Brow AS- 9211, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,  karnaub mumı,  polisorbat 80.

İstifadəsinə göstərişlər:

 Kompleks müalicənin tərkibində: - hipokinetik tip üzrə ödçıxarıcı yolların diskineziyası;  xroniki qeyri-kalkulyoz xolesistit; xroniki  hepatit; qaraciyər  sirrozu; xroniki  nefrit; xroniki böyrək çatışmazlığı.

Əks göstərişlər:

 Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, öddaşı xəstəliyi, öd yollarının keçməzliyi, qaraciyərin,böyrəklərin , öd- və sidikqovucu yolların kəskin xəstəlikləri, ağır hepatosellülar çatışmazlıq. 6 yaşa qədər uşaqlar.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamilə qadınlarda ənginar  ekstraktının təhlükəsizliyi ilə bağlı ciddi  tədqiqatlar aparılmamışdır. Klinik məlumatlara görə, Xofitolun fetotoksik və embriotoksik təsiri bu günə qədər aşkarlanmamışdır. Hamiləlikdə istifadə üçün tövsiyə edilmir, dərman preparatının istifadəsi haqqında qərar həkim  tərəfindən fayda / risk nisbətinin hərtərəfli qiymətləndirilməsindən sonra verilə bilər. Hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız həkim nəzarəti altında mümkündür.

Xofitol istifadə qaydası, dozası

Daxilə. Böyüklərə gündə 3 dəfə 2-3 tablet yeməkdən əvvəl  və ya  funksional pozğunluq yarananda   6 yaşdan yuxarı uşaqlara  gündə 3 dəfə  1-2 tablet yeməkdən əvvəl və ya  funksional pozğunluq yarananda  6 yaşa qədər uşaqlar: 6 yaşa qədər uşaqlarda Xofitolun istifadəsi məsləhət görülmür  Müalicə müddəti-2-3 həftə. Həkim məsləhəti ilə təkrar müalicə mümkündür.

Prepared by  T-Soft E-Commerce.