Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 200 mq (0,20 q) çöl ənginarının (Cynara scolymus L.) yarpaqlarının quru (sulu) ekstraktı vardır. Köməkçi maddələr:maqnezium trisilikat, qarğıdalı nişastası, talk, maqnezium stearat. Örtük: şellak, rosin, talk, jelatin, , saxaroza, kalsium karbonat, Opalux Brow AS- 9211, metilparahidroksibenzoat, propilparahidroksibenzoat, karnaub mumı, polisorbat 80.
İstifadəsinə göstərişlər:
Kompleks müalicənin tərkibində: - hipokinetik tip üzrə ödçıxarıcı yolların diskineziyası; xroniki qeyri-kalkulyoz xolesistit; xroniki hepatit; qaraciyər sirrozu; xroniki nefrit; xroniki böyrək çatışmazlığı.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, öddaşı xəstəliyi, öd yollarının keçməzliyi, qaraciyərin,böyrəklərin , öd- və sidikqovucu yolların kəskin xəstəlikləri, ağır hepatosellülar çatışmazlıq. 6 yaşa qədər uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamilə qadınlarda ənginar ekstraktının təhlükəsizliyi ilə bağlı ciddi tədqiqatlar aparılmamışdır. Klinik məlumatlara görə, Xofitolun fetotoksik və embriotoksik təsiri bu günə qədər aşkarlanmamışdır. Hamiləlikdə istifadə üçün tövsiyə edilmir, dərman preparatının istifadəsi haqqında qərar həkim tərəfindən fayda / risk nisbətinin hərtərəfli qiymətləndirilməsindən sonra verilə bilər. Hamiləlik və laktasiya dövründə istifadəsi, yalnız həkim nəzarəti altında mümkündür.
Daxilə. Böyüklərə gündə 3 dəfə 2-3 tablet yeməkdən əvvəl və ya funksional pozğunluq yarananda 6 yaşdan yuxarı uşaqlara gündə 3 dəfə 1-2 tablet yeməkdən əvvəl və ya funksional pozğunluq yarananda 6 yaşa qədər uşaqlar: 6 yaşa qədər uşaqlarda Xofitolun istifadəsi məsləhət görülmür Müalicə müddəti-2-3 həftə. Həkim məsləhəti ilə təkrar müalicə mümkündür.