Təsiredici maddə: 1000 q məhlulun tərkibində 400 q itburnu ekstraktı (üzvi turşuların tərkibi alma turşusuna nisbətdə turşuluğu 2,5%-dən az olmamaqla) vardır.
Xroniki daşsız xolesistit və xroniki hepatit olan xəstələrin kompleks terapiyasında.
Preparatın komponentlərinə qarşı hiperhəssaslıq, hamiləlik, laktasiya dövrü, 12 yaşa qədər uşaqlar. Nadir anadangəlmə fruktozaya qarşı həssaslıq, qlükoza-qalaktoza malabsorbsiyası, saxara zaizomaltaza çatışmazlığından əziyyət çəkən xəstələrə preparat tövsiyə olunmur.
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. 2
Preparat nəqliyyat vasitələrinin idarə olunmasına və ya yüksək diqqət və sürətli ps ixomotor reaksiya tələb edən potensial təhlükəli fəaliyyət növləri ilə məşğul olmağa təsir etmir.
Daxilə, yeməkdən 30 dəqiqə əvvəl. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar – gündə 2-3 dəfə 1 çay qaşığı (5 ml). Müalicə müddəti 3-4 həftə təşkil edir.
Məhsul Filtrləri | ||
|---|---|---|
| Təchizatçı Məhsul Kodu | : | 111-06479 |