Support Line : +994503023010
Menu
Account
Forgot password?
REGISTER
Cart

Xoludeksan 250 mq N20 kapsul

Product Code : 111-24857
İstehsalçı ölkə: Türkiye
17.90 AZN
Show More Digestive System
Like

Out Of Stock

Notify me when its in stock
Add to List Recommend It Comment Price Alert

XOLUDEKSAN, kapsullar

Xoludeksan tərkibi

Təsiredici maddə: 1 kapsulda 250 mq ursodeoksixol turşusu vardır.
Köməkçi maddələr: qarğıdalı nişastası, susuz kolloidal silisium dioksid, maqnezium stearat.
Kapsul: titan dioksid, sarı dəmir oksidi, jelatin.

Əks göstərişlər
- Preparatın istənilən komponentinə və öd turşularına qarşı yüksək həssaslıq;
- Mədənin və onikibarmaq bağırsağın aktiv fazada xorası;
- Öd kisəsinin və öd axarlarının kəskin iltihabi xəstəlikləri;
- Öd axarlarının tutulması (öd axarlarının ümumi və ya kistoz etiologiyalı tutulması);
- Tez-tez baş verən öd sancıları;
- Kalsiumlaşmış rentgen-kontrast daşlar;
- Öd kisəsinin hərəkiliyinin azalması.

Hamiləlik və laktasiya dövründə istifadəsi
Heyvanlar üzərində aparılan tədqiqatlar UDXT-nin reproduktiv funksiyaya təsirini təsdiq etməmişdir.
Hamiləlik dövründə preparatın istifadəsi qadağandır, mütləq zərurət halları müstəsna olmaqla.
Doğmaq qabiliyyəti yaşında olan qadınlarda istifadəsi yalnız etibarlı kontraseptiv üsuldan istifadə şərtilə mümkündür.
Laktasiya dövründə istifadəsi barədə həkim fayda/risk əmsalını qiymətləndirdikdən sonra qərar verməlidir.


Xoludeksan istifadə qaydası, dozası

Böyüklər: Orta sutkalıq doza 5-10 mq/kq təşkil edir; əksər hallarda sutkalıq doza gündə 300-600 mq təşkil edir.
Uşaqlar (6-18 yaşlı, kistoz fibrozlu): 2-3 qəbula bölünmüş 20 mq/kq/gün, ehtiyac olduqda 30 mq/kq/gün dozaya qədər artırılır.

Nəqliyyat vasitələri ilə istifadəsi
UDXT nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir və ya əhəmiyyətsiz dərəcədə təsir edir.

Prepared by  T-Soft E-Commerce.