Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 kapsulda ən azı 1010 canlı hüceyrəyə müvafiq 250 mq Saccharomyces boulardii (Saccharomyces cerevisiae HANSEN CBS 5926) vardır. Köməkçi maddələr: susuz laktoza, maqnezium stearat, jelatin, su, natrium dodesil sulfat, xlorofillin- mis kompleksi, titan dioksid, sarı dəmir hidroksid.
İstifadəsinə göstərişlər:
Antibiotikoterapiya ilə bağlı diareya və kolitlərin profilaktika və müalicəsi. Müxtəlif mənşəli diareya (ishal), o cümlədən səyahətçilər diareyası. Zondla uzun müddət qidalanma zamanı yaranan diareyanın profilaktikası.
Əks göstərişlər:
Yomogi® mayaya və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslığı (allergiyası) olanlarda istifadə edilməməlidir. Əgər Sizdə mərkəzi venoz kateter varsa, istifadə edilməməlidir. Kapsulun tərkibində laktoza vardır. Bu dərman anadangəlmə qalaktozemiya, qlükoza və qalaktoza malabsorbsiya sindromu, laktaza çatışmazlığından əziyyət çəkən xəstələrdə istifadə edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Eksperimental tədqiqatlarda əldə edilmiş nəticələr mövcud deyil. Bu səbəbdən həmin substansiyanı aktiv komponent qismində daxil edən dərman vasitəsi hamiləlik və əmizdirmə dövründə istifadə edilməməlidir.
Daxilə yeməkdən 1 saat əvvəl kifayət qədər maye (məs., 1 stəkan su) ilə qəbul edilir. Məsləhət görülən doza: Diareyanın, (o cümlədən antibiotiklərin istifadəsi nəticəsində törənən) müalicəsi üçün gündə 1-2 dəfə 1 kapsul qəbul edilir. Kəskin diareya zamanı 3-5 gün, xroniki diareya zamanı 10-14 gün. Səyahətçilər diareyasının qarşısını almaq üçün səyahətdən 5 gün əvvəl gündə 1-2 dəfə 1 kapsul qəbul edilir. Antibiotiklərlə müalicənin ilk günündən 2 kapsuldan gündə 2 dəfə olmaqla, bütün antibiotikoterapiya kursu müddətində qəbul olunur. Uzun müddət zondla qidalanma zamanı yaranan diareyanın qarşısını almaq üçün daxilə qidalı mayenin hər 1 litrinə 2 kapsul qəbul edilir. 6 yaşdan kiçik uşaqlarda preparatın qəbulunu asanlaşdırmaq üçün kapsulu açıb möhtəviyyatını otaq temperaturunda olan mayedə həll etmək olar. Daha yaxşı effekt əldə etmək üçün müalicə diareya aradan qaldırıldıqdan sonra daha bir neçə gün davam etdirilir. Aknenin xronik formalarının kombinə olunmuş müalicəsi üçün bir neçə həftə ərzində qəbulu məsləhət görülür; lakin, əgər xəstəliyin simptomları keçmirsə həkimə müraciət edin.