Sevimlilərə əlavə edin
Paylaşın

Zefeksal 180MG N20 Tb

Məhsul Kodu : 111-14418
İstehsalçı ölkə : Türkiye
1 Şərh Şərh
7,42 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

ZEFEKSALTM, örtüklü tabletlər

ZEFEKSALTM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 180 mq feksofenadin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda xroniki idiopatik övrə xəstəliyinin simptomatik müalicəsi.

Əks göstərişlər

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq. 12 yaşdan kiçik uşaqlarda feksofenadin hidroxlorid tabletlərinin təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamilə qadınlarda feksofenadinin potensial teratogen fetotoksik effekti qiymətləndirən klinik məlumat yoxdur. Preparat hamiləlik dövründə çox ciddi ehtiyac olduqda istifadə edilməlidir. Feksofenadinin ana südünə keçib-keçməməsi haqqında məlumat yoxdur, lakin terfenadin laktasiya dövründə terfenadin istifadə etdikdə ana südündə feksofenadin aşkar olunmuşdur. Buna görə laktasiya dövründə feksofenadin hidroxloridin istifadəsi tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Farmakodinamik profil və əlavə reaksiyalar haqqında bildirilən məlumata əsasən feksofenadin hidroxlorid tabletlərinin nəqliyyat vasitələrini və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsir ehtimalı azdır. Feksofenadin hidroxlorid mərkəzi sinir sisteminin funksiyasına əhəmiyyətli təsir göstərmir və beləliklə xəstələr nəqliyyat vasitələrini idarə edə bilərlər və diqqət tələb edən fəaliyyətlə məşğul ola bilərlər. Buna baxmayaraq, dərman vasitələrinə qeyri-adi reaksiya olan şəxslərdə preparata həssaslığını yoxlamaq tövsiyə edilir.

ZEFEKSALTM istifadə qaydası və dozası

Böyüklərə və 12 yaşdan yuxarı uşaqlara gündə 1 dəfə 180 mq dozada qəbul edilməsi tövsiyə olunur. Alüminium və maqnezium tərkibli antasidlərin feksofenadindən 15 dəq əvvəl qəbulu feksofenadinin biomənimsənilməsinin azalmasına səbəb olur və buna görə feksofenadinin

qastrointestinal absorbsiyası azalır. Bu səbəbdən antasidlərlə feksofenadinin qəbulu arasında ən azı 2 saat interval olmalıdır. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Böyrək və qaraciyər çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi haqqında çox məhdud məlumat mövcuddur. Feksofenadin hidroxlorid bu xəstə qruplarında ehtiyatla istifadə edilməlidir. Uşaqlarda istifadəsi 12 yaşdan kiçik uşaqlarda feksofenadin hidroxlorid təhlükəsizliyi və effektivliyi öyrənilməmişdir. Yaşlı xəstələrdə istifadəsi Yaşlı xəstələrdə preparatın istifadəsi haqqında çox məhdud məlumat mövcuddur. Feksofenadin hidroxlorid bu xəstə qrupunda ehtiyatla istifadə edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-14418

Oxşar Məhsullar

Airovent 10 Mq N28 Tablet
13,80 AZN -%0
13,80AZN
Aldes 5 Mq N20 Tablet
5,47 AZN -%0
5,47AZN
Allerdes 2, 5 Mq 150 ml Sirop
6,56 AZN -%0
6,56AZN
Alset 10 Mq N10 Tb
2,16 AZN -%0
2,16AZN
Alset 5 Mq 200 ml Şərbət
10,49 AZN -%0
10,49AZN
Atrovent 0, 25 Mq 20 ml Məhlul
6,73 AZN -%0
6,73AZN
Banemol 400MG N60 Cap
39,60 AZN -%0
39,60AZN
Beksitrol-F 25/125mkg 120 Doz
24,98 AZN -%0
24,98AZN
Beksitrol-F 25/250 Mkq 120 Doz
34,85 AZN -%0
34,85AZN
Berodual-N 25/50 Mq 20 ml Məhlul
10,43 AZN -%0
10,43AZN
Brequal 50 Mkq/100 Mkq N60 Kapsul
29,18 AZN -%0
29,18AZN
Brequal 50 Mkq/250 Mkq N60 Kapsul
44,30 AZN -%0
44,30AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce