Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə:1 tabletin tərkibində 5 mq levosetirizin dihidroxlorid və ya 10 mq montelukasta ekvivalent 10,40 mq montelukast natrium vardır. Köməkçi maddələr: mikrokristallik sellüloza, susuz laktoza DC, kroskarmelloza natrium, kolloidal silisium dioksid, maqnezium stearat, mannitol SD (E421), qırmızı dəmir oksidi (E172), hidroksipropilsellüloza, L-leysin. Örtük: çəhrayı opadri II 85G34784 (polivinil spirti, talk, titan dioksid, makroqol (PEG), soya lesitini, qırmızı dəmir oksidi, FD&C mavi # 2/indiqokarmin alüminium lakı.
İstifadəsinə göstərişlər:
Allergik rinit və allergik rinitlə əlaqədar olan astma xəstəliklərinin müalicəsində istifadə olunur. 15 yaşdan yuxarı uşaqlarda və böyüklərdə antihistaminlərə rezistent xroniki idiopatik övrənin kombinəedilmiş müalicəsində göstərişdir.
Əks göstərişlər:
Zimontun tərkibindəki hər hansı bir komponentə və ya piperazin törəmələri olan kimyəvi maddələrə qarşı yüksək həssaslıq, kreatinin klirensinin 10 ml/ dəq-dən aşağı olması, ciddi böyrək çatışmazlığı, ciddi qaraciyər çatışmazlığı, laktasiya dövrü, bəzi şəkər törəmələrinə qarşı dözümsüzlük.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Zimontun hamiləlik zamanı istifadəsi ilə bağlı kifayət qədər məlumat mövcud deyil. Heyvanlar üzərində aparılan təcrübələr , hamiləlik və ya embrional, fetal inkişaf, doğuş və doğuş sonrası inkişaf mərhələsində təsir baxımından qeyri-kafidir. İnsanlarda yarana biləcək potensial risk öyrənilməmişdir. Heyvanlar üzərində aparılan təcrübələr hər zaman insanlarda yaranabiləcək nəticənin bir göstəricisi olmadığından Zimontun hamiləlik dövründə istifadə edilib-edilməyəcəyinə həkiminiz qərar verəcək. Müalicə müddətində hamilə olduğunuzu hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçınızla məsləhətləşin. Zimont laktasiya dövründə istifadə edilməməlidir.
Bronxial astmanın müalicəsi: gündə bir dəfə bir tablet daxilə qəbul edilir. Axşamlar qəbul edilməsi məsləhət görülür. Mövsümi allergik rinit: gündə bir dəfə bir tablet. Axşamlar qəbul edilməsi məsləhət görülür. İstifadə müddəti şikayətlərin növündən, müddətindən və tezliyindən asılıdır. Mövsümi allergik rinit üçün 3-6 həftə; qısamüddətli tozcuqlara məruz qalma vəziyyətində isə bir həftəlik müalicə kursu yetərlidir. Zimont müəyyən miqdarda su ilə birlikdə və bölünmədən qəbul edilməlidir. Zimont acqarına və ya toxqarnına qəbul edilə bilər. Tək bronxodilatator istifadə etməklə kifayət qədər nəzarət altına alına bilinməyən xəstələrin müalicə rejiminə Zimont əlavə oluna bilər. Klinik cavab alındıqda (ümumiyyətlə ilk dozadan sonra) xəstənin bronxodilatator müalicəsi öyrəşə bildiyi qədər azaldıla bilər. İnhalyasion kortikosteroidlə müalicə edilən xəstələrdə Zimont müalicəsi əlavə klinik fayda əldə edilməsini təmin edir. Kortikosteroidin dozası nisbətən azaldıla bilər. Doza, tibbi yoxlama altında pilləli şəkildə azaldılmalıdır. Bəzi xəstələrdə, inhalyasion kortikosteroidin dozası yavaş-yavaş azaldılmaqla, tamamilə kəsilə bilər. Bu tip xəstələrdə inhalyasion kortikosteroidin əvəzinə dərhal Zimontla müalicəyə başlanmamalıdır. Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı olan xəstələrdə dozanın korreksiya edilməsinə ehtiyac yoxdur, ancaq ciddi qaraciyər çatışmazlığı varsa, Zimontu istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Qeyd Zimontu qəbul etməyi unutmusunuzsa, unudulan dozanı bərpa etmək məqsədilə 2 tableti birdən qəbul etmək olmaz. Böyrək çatışmazlığı Dozanın korreksiyası tələb edilir. Qaraciyər çatışmazlığı Yüngül və orta dərəcəli qaraciyər çatışmazlığı zamanı dozanın korreksiyasına ehtiyac yoxdur. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə istifadəsi barədə məlumat yoxdur.