Sevimlilərə əlavə edin
Paylaşın

Zovirax 250mg N5 Flakon

Məhsul Kodu : 111-00161
İstehsalçı ölkə : Italiya
1 Şərh Şərh
100,00 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

Zoviraks, infuziya məhlulu hazırlamaq üçün toz

Zoviraks tərkibi

Zoviraks tərkibi, 1 flakonda 250 mq asiklovir vardır. Köməkçi maddələr: natrium hidroksid.

Zoviraks, istifadəsinə göstərişlər

Asiklovir venadaxili infuziya şəklində aşağıdakı hallarda göstərişdir: Sadə herpes virusu tərəfindən törədilən infeksiyaların müalicəsi; immun sistemi zəifləmiş xəstələrdə sadə herpes virusu tərəfindən törədilən infeksiyaların profilaktikası; suçiçəyi virusu (Varisella zoster) tərəfindən törədilən infeksiyaların müalicəsi; yenidoğulmuşlarda sadə herpes virusu tərəfindən törədilən infeksiyaların müalicəsi; sümük iliyinin transplanatasiyası aparılmış resipiyentlərdə SMV infeksiyasının profilaktikası. Göstərilmişdir ki, yüksək dozalarda venadaxili asiklovir SMV infeksiyası ilə xəstələnməni azaldır və başlanmasını ləngidir. Yüksək dozada venadaxili asiklovirin istifadəsindən sonra 6 ay yüksək dozalarda asiklovirin peroral qəbulu ölüm göstəricisini azaldır və viremiyanın rastgəlmə tezliyi də aşağı düşür.

Əks göstərişlər

Asiklovir venadaxili infuziya asiklovirə və ya valasiklovirə hiperhəssas xəstələrdə əks göstərişdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Post-marketinq asiklovir hamiləlik reyestrində asiklovirin istənilən formasının təsirinə məruz qalan qadınlarda rast gəlinən nəticələr qeydə alınmışdır. Reyestr nəticələrində ümumi populyasiya ilə müqayisədə asiklovirin təsirinə məruz qalan xəstələrdə anadangəlmə qüsurların sayının artması müşahidə olunmamışdır. Asiklovir yalnız gözlənilən fayda naməlum risklərin yaranma ehtimalından daha üstün olduğu halda, təyin olunmalıdır. Laktasiya: Gündə 5 dəfə 200 mq dozada asiklovirin istifadəsindən sonra ana südündəki konsentrasiyası plazmadakı səviyyələrindən 0,6-4,1 dəfə yüksək idi. Bu səviyyədə asiklovir 0,3 mq/kq/gün doza qədər potensial olaraq körpələrə təsir edə bilər. Buna görə də laktasiya dövründə qadınlara ehtiyatlı olmaq tövsiyə olunur.

Zoviraks, istifadə qaydası

Sadə herpesin müalicəsi: venadaxili infuziya 1 saat ərzində köçürülməlidir. Müalicə kursu adətən 5 gün davam edir. Herpes ensefalitinin müalicəsi – 10 gün, yenidoğulmuşlarda – 14-21 gün. Böyüklər: sadə herpes üçün hər 8 saatdan bir 5 mq/kq; ensefalit üçün 10 mq/kq. Uşaqlar: 3 ay - 12 yaş – 10 mq/kq; ensefalit – 20 mq/kq hər 8 saatdan bir. Yenidoğulmuşlar – yayılmış və MSS xəstəliklərdə 20 mq/kq (21 gün), dəri və seliklə məhdudlaşmış hallarda 14 gün. Yaşlılar: böyrək funksiyasına əsasən doza düzəldilməlidir. Adekvat hidratasiya təmin olunmalıdır. Böyrək çatışmazlığı: dozalar kreatinin klirensinə görə tənzimlənməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-00161

Oxşar Məhsullar

Amikron 500 Mq N10 Tablet
13,50 AZN -%0
13,50AZN
Anaferon 25 ml Detski Damla
10,20 AZN -%0
10,20AZN
Anaferon Uşaq 3 Mq N20 Tablet
8,06 AZN -%0
8,06AZN
Arbidol 200 Mg N10 Cap
14,78 AZN -%0
14,78AZN
Asiklovir 50 Mq 10q Krem
0,95 AZN -%0
0,95AZN
Asovir 400 Mq N30 Tablet
19,76 AZN -%0
19,76AZN
Asovir 50MG 5 g Krem
8,02 AZN -%0
8,02AZN
Atasvir 400MG N28 Tab
389,91 AZN -%0
389,91AZN
Azokan 150 Mg N2 Kapsul
8,10 AZN -%0
8,10AZN
Azokan 200MG N7 Cap
34,75 AZN -%0
34,75AZN
Bioflukon 150MG N1 Cap
5,27 AZN -%0
5,27AZN
Delopam 150MG N3 Cap
10,18 AZN -%0
10,18AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce