Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ZYRTEC 10 MG 20 FILM TABLET

Məhsul Kodu : 111-01569
12,11 AZN
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ZİRTEK, 10 mq örtüklü tabletlər

ZİRTEK tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq setirizin dihidroxlorid vardır.

İstifadəsinə göstərişlər

Böyüklər və 6 yaşdan yuxarı uşaqlar - Davamlı il boyu və mövsümi allergik rinitin və burun və göz simptomlarının yüngülləşdirilməsi üçün - Xroniki idiopatik övrənin simptomların yüngülləşdirilməsi üçün. İstifadəsi zamanı xüsusi ehtiyat tədbirləri “Xüsusi göstərişlər və ehtiyat tədbirləri” bölməsinə bax.

Əks göstərişlər

− Təsiredici maddəyə və ya piperazinin törəmələrinə və ya “Köməkçi maddələr” bölməsində göstərilən hər hansı bir köməkçi maddələrəinə qarşı yüksək həssaslıq − Xroniki böyrək çatışmazlığının ağır formaları (kreatinin klirensi 10 ml/dəq-dən aşağı) − Qalaktozaya qarşı nadir irsi dözümsüzlük, irsi Lapp-laktoza çatışmazlığı, və/və ya qlükozaqalaktoza malasorbsiyası − 6 yaşa qədər uşaqlar

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə istifadəsi Hamilə qadınlarda setirizinin istifadəsinə dair məhdud klinik məlumatlar (300 -dən az hamiləlik nəticəsi) birmənalı olaraq anadangəlmə inkişaf qüsurları və ya döl/yenidoğulana setirizinlə əlaqəli toksik təsir göstərmir. Hamiləlik dövründə preparat ehtiyatla istifadə olunmalıdır. Ana südü ilə qidalandırma Setirizin ana südü ilə xaric olunduğundan (25% - 90%, plazmada ölçülən) ana südü ilə qidalandırma dövründə preparat ehtiyatla istifadə olunmalıdır. Fertillik İnsan fertilliyinə dair məlumatlar məhduddur, lakin təhlükəsizlik təhdidi aşkar edilməyib.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bir avtomobil idarə etmək və potensial təhlükəli mexanizmlərlə işləmək qabiliyyətinin obyektiv qiymətləndirilməsi, tövsiyə olunan 10 mq doza təyin olunduqda istənilən arzuolunmaz təsiri aşkar etməmişdir. Buna baxmayaraq, bəzi xəstələrdə yuxululuq, yorğunluq və asteniya müşahidə oluna biləcəyi üçün diqqət və psixomotor reaksiyaların sürətinin artmasını tələb edən potensial təhlükəli fəaliyyətlərdən çəkinmək məsləhətdir.

ZİRTEK istifadə qaydası və dozası

Doza qaydası 12 yaşdan yuxarı yeniyetmələr və böyüklər Tövsiyə olunan gündəlik doza 10 mq təşkil edir (1 örtüklü tablet) 6 - 12 yaşlı uşaqlar Tövsiyə olunan gündəlik doza 5 mq təşkil edir (1/2 örtüklü tablet). Böyrək çatışmazlığından əziyyət çəkən uşaqlar Doza xəstənin böyrək klirensi və bədən çəkisi nəzərə alınmaqla fərdi qaydada tənzimlənir. Ahıl yaşlı xəstələr Orta v ə ağır böyrək çatışmazlığı olan yaşlı x əstələr üçün dozanın korreksiyası tövsiyə olunur. (bax.“Böyrək çatışmazlıqlı yaşlı xəstələr” aşağıda).

Qaraciyər çatışmazlıqlı pasiyentlər Yalnız qaraciyər çatışmazlıqlı xəstələrdə dozanın korreksiyası tələb olunmur. Qaraciyər və böyrək çatışmazlıqlı pasiyentlə rdə dozanın t ənzimlənməsi tövsiy ə olunur (bax. “Ahıl yaşlı qaraciy ər çatışmazlıqlı xəstələr” aşağı). Böyrək çatışmazlıqlı pasiyentlər Böyrəyin funksiyasından asılı olaraq dozalanma fərdi olmalıdır.

Aşağıdakı cədvəldə tələb olunan doza dəyişiklikləri göstərilmişdir. Bu c ədvəldən istifadə etmək üçün xə stənin kreatinin klirensi (KK) ml/ dəq qiym ətləndirilməlidir. KK (ml /d əq), formula il ə təyin olunan z ərdab kreatinin (mq/dl) ilə qiymətləndirilə bilər: (140 – yaş [il] × kütlə [kq]) KK = ------------------------------------------------- × (0.85 qadınlar üçün) 72 × zərdab kreatinini (mq/dl) Böyrək funksiyasının pozğunluğu olan pasiyentlər üçün doozanın tənzimlənməsi: Böyrək çatışmazlığı Kreatinin klirensi (ml/dəq) Dozalanma və tezlik Norma ≥80 10 mq gündə 1 dəfə Yüngül 50 – 79 10 mq gündə 1 dəfə Zəif 30 – 49 5 mq gündə 1 dəfə Ağır < 30 5 mq 2 gündə 1 dəfə Terminal səviyyə – dializdə olan pasiyentlər < 10 Əks göstərişdir Yeridilmə üsulu və yolu Daxilə, qida ilə və ya acqarına, çeynənmədən, az miqdarda su ilə qəbul olunur. Qəbul vavtı göstərilməklə istifadə tezliyi Qəbulun tezliyi və vaxtı, qida qəbulu ilə nisbət, tövsiyə olunan pəhriz və s.

simptomlardan və vəziyyətinizdən asılıdır. Zəhmət olmasa, məsləhət üçün həkiminizə müraciət edin. Müalicənin müddəti Müalicə müddəti simptomlardan və Sizin vəziyyətinizdən asılı dır. Müalicə kursunu müalicə həkiminiz fərdi olaraq təyin edir.

Təkrarlanan allergik rinit (həftədə dörd gündən çox olmayan və ya ildə dörd həftədən çox olmayan simptomlar) xəstəliyə və tarixinə görə müalicə edilməli, simptomlar yox olduqda dayandırıla bilər və simptomlar ortaya çıxdıqda davam etdirilə bilər. Davamlı allergik rinit vəziyyətində (simptomlar həftənin dörd günündən çox və ya ildə dörd həftədən çoxdur), al lergenlərə məruz qaldığı müddət ərzində xəstəyə davamlı terapiya təklif edilə bilər. Dərman vasitəsinin bir və ya bir neçə dozası buraxıldığında lazım olan tədbirlər Zəhmət olmasa, məsləhət üçün həkiminizə müraciət edin. Ləğvetmə sindromu riskinin mövcudluğuna göstəriş Zəhmət olmasa, məsləhət üçün həkiminizə müraciət edin.

Preparatı qəbul etməzdən əvvəl həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.