Out Of Stock
Notify me when its in stockTәsiredici maddә: 1 ml inyeksiya məhlulunun tərkibində 100 BV biotexnoloji rekombinant üsulla istehsal olunmuş insan insulini vardır. Kömәkçi maddәlәr:sink xlorid, qliserol, metakrezol, natrium hidroksid, xlorid turşusu, inyeksiya üçün su.
İstifadәsinә göstәrişlәr:
Aktrapid® insan insulinidir və diabetin müalicəsində istifadə olunur. Diabet zamanı bədən qandakı şəkərin səviyyəsini tənzimləmək üçün kifayət qədər insulin ifraz etmir. Aktrapid® adətən uzunmüddətli təsirə malik olan insulin məhsulları ilə birlikdə təyin olunur.
Әks göstәrişlәr:
►İnsulin infuziya pompaları ilə istifadə. ►İnsan insulininə və ya Aktrapid®-in tərkibində olan hər hansı digər maddəyə qarşı allergiya (yüksək həssaslıq) (bax: “Tərkibi” ). ►Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə (qanda şəkərin səviyyəsinin azalması) (Bax: “Kritik vəziyyətdə nə etmək lazımdır?” bölməsi). ►Qoruyucu qapaq yoxdur və ya boşdursa. Hər bir flakonun üzərində qoruyucu, təsadüfi təsirlərdən təcrid edən plastik qapaq vardır. Flakonu əlinizə aldıqda bu qapaqda hər hansı qüsur görsəniz, flakonu əczaçınıza qaytarın. ►Düzgün şəraitdə saxlanılmayıbsa və ya dondurulubsa (bax: “Aktrapid®-in saxlanma şəraiti” bölməsi). ►İnsulin tam şəffaf və rəngsiz deyilsə.
Hamilәlik vә laktasiya dövründә istifadәsi:
Hamiləlik və laktasiya dövründə Aktrapid®-lə müalicəyə əks göstəriş yoxdur, həkiminizlə məsləhətləşin.
İnsulinə olan ehtiyacınız barədə həkiminizlə və tibb bacınız ilə danışın. Onların məsləhətlərinə diqqətlə riayət edin. Həkim Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə, dozanızda dəyişikliklər ola bilər. İnsulin inyeksiyasından sonra 30 dəqiqə ərzində tərkibində karbohidratlar olan yemək və ya çərəzlər yeyin. Qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz məsləhətdir. Aktrapid® dərialtı inyeksiya üçün nəzərdə tutulub. Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz nahiyəsinin fərqli yerlərinə yeridin. Bu dəridə nazikləşmə və qalınlaşma riskini azalda bilər (bax: “Əlavə təsirləri”). Bədəndə inyeksiya üçün ən münasib yerlər: belin ön tərəfi (qarın nahiyəsi); sağrı əzələsi; ombaların ön tərəfi və bazu. Qarın nahiyəsinə yeridildikdə, insulin daha tez təsir etməyə başlayır. Xüsusi vəziyyətlərdə Aktrapid® tibb işçiləri tərəfindən birbaşa venaya yeridilə bilər. İnyeksiyanın yeridilmәsi Yalnız Aktrapid®-in yeridilmәsi vә ya uzunmüddәtli tәsirә malik insulinlәrlә kombinә edilmә qaydası ►Əmin olun ki, Sizdə insulin inyeksiyası üçün üzərində müvafiq vahid bölgü olan şpris vardır. ►Şprisə Sizə lazım olan insulin dozası qədər hava yığın. ►Həkiminiz və ya tibb bacınızın təlimatlarına diqqətlə riayət edin. ►İnsulini dəri altına yeridin. Həkiminizin və ya tibb bacınızın məsləhət bildiyi üsuldan istifadə edin. ►İynəni ən azı 6 saniyə dərinizin altında saxlayın ki, bütün dozanın yeridilməsinə əmin olasınız. Kritik vәziyyәtdә nә etmәk lazımdır? Әgәr hipoqlikemiya vәziyyәtinә düşdünüzsә Hipoqlikemiya qanda şəkərin səviyyəsinin xeyli azalması deməkdir. Hipoqlikemiya barədə xəbər verən əlamətlər qəflətən peyda olur. Bu əlamətlər – soyuq tər, soyuq və rəngi avazımış dəri, baş ağrısı, bərk ürək döyüntüsü, ürəkbulanma, bərk aclıq hissi, görmə qabiliyyətində müvəqqəti dəyişiklik, yuxululuq, qeyri-adi yorğunluq və zəiflik, əsəbilik və ya titrəmə, həyəcan, narahatlıq hissi, konsentrasiyada çətinlik. Bu əlamətlərdən hər hansı birini hiss edirsinizsə, qlükoza həblərini qəbul edin və ya tərkibində çoxlu şəkər olan çərəz yeyin (konfet, biskvit, meyvə şirəsi), sonra istirahət edin. Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə, insulin istifadə etməyin. Hər ehtimala qarşı qlükoza həblərini, konfet, biskvit və ya meyvə şirəsini həmişə özünüzlə daşıyın. Qohumlarınıza, dostlarlınıza və yaxın əməkdaşlarınıza bildirin ki, birdən birə huşunuzu itirsəniz, Sizi böyrü üstə uzadıb dərhal həkim çağırsınlar. Sizə heç bir yemək və ya içki verməsinlər, çünki bu boğulmaya səbəb ola bilər. ►Ağır hipoqlikemiyaya müdaxilə olunmazsa, beyin zədələnə bilər (müvəqqəti və ya həmişəlik) və hətta ölümlə nəticələnə bilər. ►Sizi huşsuz vəziyyətə gətirən hipoqlikemiya olubsa və ya tez-tez hipoqlikemiya halları baş verirsə, həkiminizlə danışmağınız tövsiyə olunur. İnsulinin dozasında və istifadə vaxtında, yeməyinizdə və ya fiziki çalışmalarınızda dəyişiklik tələb oluna bilər. Qlükaqonun istifadәsi Qlükaqon hormonunun inyeksiyası ilə huşsuzluqdan daha tez ayılmaq mümkündür. İnyeksiyanı bacaran şəxs etməlidir. Sizə qlükaqon inyeksiyası yeridilibsə,huşsuzluqdan ayılan kimi, dərhal qlükoza qəbul etməlisiniz və ya şəkərli bir şey yeməlisiniz. Qlükaqon Sizə təsir etməzsə, xəstəxanada müalicə almalısınız. Qlükaqon inyeksiyasından sonra həkimə müraciət etməyiniz lazımdır; hipoqlikemiya vəziyyətinə düşməyinizin səbəbini bilməlisiniz ki, onun təkrarlanmasının qarşısını ala biləsiniz. Hipoqlikemiyanın sәbәblәri Qanda şəkər çox aşağı səviyyəyə düşdükdə hipoqlikemiya baş verir. Bu aşağıdakı hallarda baş verə bilər: • Artıq dozada insulinin yeridilməsi • Çox az yemək və ya bir yemək qəbulunun buraxılması • Adət etdiyinizdən artıq fiziki çalışma. Әgәr qanda şәkәrinizin sәviyyәsi çox yüksәkdirsә Qanda şəkərin səviyyəsi çox yüksək ola bilər (buna hiperqlikemiya deyilir). Əlamətlər tədricən peyda olur. Bu əlamətlər: tez-tez sidik ifrazı, susuzluq, iştahanın azalması, naxoşluq (ürəkbulanma və ya qusma), yuxululuq və ya yorğunluq hiss etmə, dərinin qızarıb quru olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu. Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanda şəkərin səviyyəsini ölçün; mümkündürsə, sidiyi də ketona görə yoxlayın, sonra gecikmədən həkimə müraciət edin. Bu, diabetik ketoasidoz adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müdaxilə olunmazsa, bu, diabetik komaya və ölümə səbəb ola bilər. Hiperqlikemiyanın sәbәblәri • İnsulin inyeksiyasını etməyi unutmuşsunuz • Hər dəfə lazım olandan daha az insulin istifadə edirsiniz • İnfeksiya və ya qızdırma • Adət etdiyinizdən daha çox yemək • Adət etdiyinizdən daha az fiziki çalışma.