Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

ASFORMIN 850MG N100 TB

Məhsul Kodu : 111-06857
İstehsalçı ölkə: Türkiye
6,29 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

ASFORMİN TM, örtüklü tabletlər

ASFORMİN TM tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 850 mq metformin hidroxlorid vardır

İstifadəsinə göstərişlər

2-ci tip şəkərli diabetin, xüsusilə artıq bədən kütləsi olan xəstələrdə müalicəsi zamanı qanda qlükozanın səviyyəsinə adekvat nəzarət üçün pəhriz və fiziki hərəkət (idman) effektiv olmadıqda Asformin TM göstərişdir. • Böyüklərdə monoterapiya və ya digər peroral antidiabetik dərman vasitələrilə yaxud insulinlə kombinəolunmuş şəkildə isifadə oluna bilər. • 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə monoterapiya və ya insulinlə kombinəolunmuş şəkildə isifadə oluna bilər. Prediabetli və ən azı bir risk amili olan xəstələrdə 2-ci tip şəkərli diabet xəstəliyinin profilaktikası: qanda qlükozanın normal səviyyədə saxlanılması üçün yalnız həyat tərzinin dəyişilməsinin kifayət etməyəcək dərəcədə olduğu hallarda.

2-ci tip şəkərli diabet xəstələrin pəhrizlə müalicəsi effektiv olmadıqda metforminlə müalicə şəkərli diabetin fəsadlarının azalmasını və beləliklə metforminin ilk seçim dərman vasitəsi olduğunu göstərmişdir.

Əks göstərişlər

Metforminə və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Laktoasidoz, diabetik ketoasidoz, diabetik prekoma. Böyrək funksiyasının pozulması (kreatinin klirensi 60 ml/dəq-dən az, zərdab kreatininin səviyyəsi kişilərdə 1,5 mq/dl-dən çox, qadınlarda 1,4 mq/dl-dən çox), ağır böyrək çatışmazlığı (yumaqcıqların filtrasiya sürəti (YFS) 30 ml/dəq-dən az). Dehidratasiya, ağır infeksion xəstəlikləri, şok, yod tərkibli rentgenkontrast maddələrin damardaxili yeridilməsi kimi böyrək funksiyasının pozulmasının yaranmasına səbəb ola bilən kəskin vəziyyətlər.

Ürək və ya tənəffüs çatışmazlığı, yaxınlarda keçirilmiş miokard infarktı, şok kimi toxuma hipoksiyasının yaranmasına səbəb ola bilən kəskin və ya xronik xəstəliklər. Qaraciyər çatışmazlığı, kəskin alkoqol intoksikasiyası, xroniki alkoqolizm. Laktasiya dövrü.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik dövründə şəkərli diabet metforminlə müalicə olunmamalıdır. Qanda qlükozanın konsentrasiyasını normaya ən yaxın səviyyəsində saxlamaq üçün və beləliklə döldə qüsurların yaranma ehtimalını azaltmaq üçün insulin təyin olunmalıdır. Metformin ana südünə keçir. Laktasiya dövründə metformin qəbulu zamanı yenidoğulmuşlarda / körpələrdə əlavə təsirlər müşahidə olunmamışdır.

Buna baxmayaraq, məhdud məlumat olduğundan ana südü ilə qidalandırılma zamanı metforminin istifadəsi tövsiyə olunmur. Ana südü ilə qidalandırılmasının dayandırılması haqqında qərar ana südü ilə qidalandırılmanın faydası və uşaqda əlavə təsirlərin yaranma ehtimalı nəzərə alaraq qəbul edilməlidir. Laktasiya dövründə istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Asformin TM preparatı ilə monoterapiya hipoqlikemiyanı törətmir. Bu səbəbdən nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Buna baxmayaraq, metforminlə birlikdə digər antidiabetik dərman vasitələri (sulfonilamidlər, insulin, repaqlinid kimi) istifadə edən xəstələr hipoqlikemiya ehtimalı olduğundan diqqətli olmalıdırlar.

ASFORMİN TM istifadə qaydası və dozası

Asformin TM tabletləri qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. Böyüklər Monoterapiya və digər peroral antidiabetik vasitələrlə kombinəolunmuş terapiya Standart başlanğıc dozası gündə 2-3 dəfə 500 mq və ya 850 mq təşkil edərək qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. 10-15 gün sonra qanda qlükoza göstəriciləri nəzərə alaraq doza tənzimlənməlidir. Dozanın tədricən artırılması mədə-bağırsaq traktı tərəfindən dözümlülüyünü yaxşılaşdıra bilər.

Asformin TM preparatının tövsiyə olunan maksimal gündəlik dozası 3 bərabər dozalara bölünərək 3 q təşkil edir. Digər peroral antidiabetik vasitə Asformin TM preparatı ilə əvəz edildikdə həmin vasitənin istifadəsi dayandırılmalı və Asformin TM preparatının qəbulu yuxarıda göstərilən dozalarda başlanılmalıdır. Prediabetdə monoterapiya Standart başlanğıc dozası 2 bərabər dozalara bölünərək gündə 1000 mq və ya 1700 mq təşkil edir və qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. Müalicənin davam etdirilməsinə ehtiyac olduğunun qiymətləndirilməsi məqsədilə xəstənin qlikemik statusu, həmçinin risk amilləri müntəzəm olaraq nəzarət edilməlidir.

İnsulinlə kombinəolunmuş şəkildə istifadəsi Qanda qlükozanın səviyyəsinə nəzarəti yaxşılaşdırmaq üçün metformin insulinlə birlikdə kombinəolunmuş şəkildə istifadə oluna bilər. Metforminin standart başlanğıc dozası gündə 2-3 dəfə 500 mq və ya 850 mq təşkil edir, insulinin dozası isə qanda qlükoza səviyyəsinə müvafiq tənzimlənir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Kişi xəstələrdə zərdab kreatininin göstəriciləri 1,5 mq/dl-dən yüksək olduqda və qadın xəstələrdə zərdab kreatininin göstəriciləri 1,4 mq/dl olduqda Asformin TM istifadə olunmamalıdır. Kreatinin klirensi 60 ml/dəqdən az olduqda Asformin TM istifadə olunmamalıdır.

Asformin TM ilə müalicə zamanı qaraciyər xəstəliyi laktoasidoz yaranmasının risk amili olduğu üçün qaraciyər çatışmazlığı olan xəstələrdə istifadə olunmamalıdır. Pediatrik xəstələr Asformin TM tabletləri 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadə oluna bilər. Monoterapiya və insulin ilə kombinəolunmuş şəkildə istifadəsi Standart başlanğıc dozası gündə 1 dəfə 500 mq və ya 850 mq təşkil edərək qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. 10-15 gün sonra qanda qlükoza göstəricilərini nəzərə alaraq doza tənzimlənməlidir.

Dozanın tədricən artırılması mədə-bağırsaq traktı tərəfindən dözümlülüyünü yaxşılaşdıra bilər. Asformin TM preparatının tövsiyə olunan maksimal gündəlik dozası 2 və ya 3 bərabər dozalara bölünərək 2 q təşkil edir. Yaşlı xəstələr Yaşlı xəstələrdə böyrək funksiyasının zəifləmə ehtimalı olduğuna görə mertformin hidroxloridin dozası böyrək funksiyasına görə tənzimlənməlidir. Böyrək funksiyasının müntəzəm nəzarət edilməsi vacibdir.

Prepared by  T-Soft E-Commerce.