Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 1000 mq metformin hidroxlorid vardır
2-ci tip şəkərli diabet: hiperqlikemiyanın tək pəhriz və fiziki hərəkət (idman) ilə nəzarət altında saxlanılması mümkün olmadığı halda qanda qlükozanın yüksək səviyyəsini aşağı salmaq məqsədi ilə - idman və pəhrizə əlavə olaraq. Polikistoz yumurtalıq sindromu: insulinə qarşı rezistentliyi aradan qaldırmaq və hiperinsulinemiyanın qarşısını almaq məqsədi ilə. Şəkərli diabet xəstəliyinin profilaktikası: qlükozaya tolerantlığın pozulması olan xəstələrdə şəkərli diabetin qarşısını almaq məqsədi ilə. Böyüklərdə monoterapiya və ya digər peroral antidiabetik dərman vasitələrilə yaxud insulinlə kombinəolunmuş şəkildə isifadə oluna bilər. 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə monoterapiya və ya insulinlə kombinəolunmuş şəkildə isifadə oluna Prediabetli və ən azı bir risk amili olan xəstələrdə 2-ci tip şəkərli diabet xəstəliyinin profilaktikası: qanda qlükozanın normal səviyyəsində saxlanılması üçün yalnız həyat tərzinin dəyişilməsinin kifayət etməyəcək dərəcədə olduğu hallarda istifadə edilə bilər. 2-ci tip şəkərli diabet olan xəstələrdə pəhrizlə müalicə effektiv olmadıqda metforminlə müalicə şəkərli diabetin fəsadlarının azalmasını və beləliklə metforminin ilk seçim dərman vasitəsi olduğunu göstərmişdir.
Metforminə və ya preparatın tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq. Laktoasidoz, diabetik ketoasidoz, diabetik prekoma. Böyrək funksiyasının pozulması (kreatinin klirensi 60 ml/dəq-dən az, zərdab kreatininin səviyyəsi kişilərdə 1,5 mq/dl- dən çox, qadınlarda 1,4 mq/dl-dən çox), ağır böyrək çatışmazlığı (yumaqcıqların filtrasiya sürəti (YFS) 30 ml/dəq-dən az). Dehidratasiya, ağır infeksion xəstəlikləri, şok, yod tərkibli rentgenkontrast maddələrin damardaxili yeridilməsi kimi böyrək funksiyasının pozulmasının yaranmasına səbəb ola bilən kəskin vəziyyətlər. Ürək və ya tənəffüs çatışmazlığı, yaxınlarda keçirilmiş miokard infarktı, şok kimi toxuma hipoksiyasının yaranmasına səbəb ola bilən kəskin və ya xronik xəstəliklər. Qaraciyər çatışmazlığı, kəskin alkoqol intoksikasiyası, xroniki alkoqolizm. Laktasiya dövrü. Sepsitemiya.
Hamiləlik dövründə şəkərli diabet metforminlə müalicə olunmamalıdır. Qanda qlükozanın konsentrasiyasını normaya ən yaxın səviyyəsində saxlamaq üçün və beləliklə döldə qüsurların yaranma ehtimalını azaltmaq üçün insulin təyin olunmalıdır. Metformin ana südünə keçir. Laktasiya dövründə metformin qəbulu zamanı yenidoğulmuşlarda / körpələrdə əlavə təsirlər müşahidə olunmamışdır. Buna baxmayaraq, məhdud məlumat olduğundan ana südü ilə qidalandırılma zamanı metforminin istifadəsi tövsiyə olunmur. Laktasiya dövründə istifadəsi əks göstərişdir.
Asformin preparatı ilə monoterapiya hipoqlikemiyanı törətmir. Bu səbəbdən nəqliyyat vasitələrini və mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir. Buna baxmayaraq metformin ilə birlikdə digər antidiabetik dərman vasitələri (sulfonilamidlər, insulin, repaqlinid kimi) istifadə edən xəstələr hipoqlikemiya ehtimalı olduğundan diqqətli olmalıdırlar.
AsforminТМ tabletləri qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. Böyüklər Monoterapiya və digər peroral antidiabetik vasitələrlə kombinəolunmuş terapiya Standart başlanğıc dozası gündə 2-3 dəfə 500 mq və ya 850 mq təşkil edərək qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. 10-15 gün sonra qanda qlükoza göstəriciləri nəzərə alaraq doza tənzimlənməlidir. Dozanın tədricən artırılması mədə-bağırsaq traktı tərəfindən dözümlülüyünü yaxşılaşdıra bilər. AsforminТМ preparatının tövsiyə olunan maksimal gündəlik dozası 3 bərabər dozalara bölünərək 3 q təşkil. Digər peroral antidiabetik vasitə AsforminТМ preparatı ilə əvəz edildikdə həmin vasitənin istifadəsi dayandırılmalı və AsforminТМ preparatının qəbulu yuxarıda göstərilən dozalarla başlanılmalıdır. Prediabetdə monoterapiya Standart başlanğıc dozası 2 bərabər dozalara bölünərək gündə 1000 mq və ya 1700 mq təşkil edir və qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. Müalicənin davam etdirilməsinə ehtiyac olduğunun qiymətləndirilməsi məqsədilə xəstənin qlikemik statusu, həmçinin risk amilləri müntəzəm olaraq nəzarət edilməlidir. İnsulinlə kombinəolunmuş şəkildə istifadəsi Qanda qlükoza səviyyəsinə nəzarəti yaxşılaşdırmaq üçün metformin insulinlə birlikdə kombinəolunmuş şəkildə istifadə oluna bilər. Metforminin standart başlanğıc dozası gündə 2-3 dəfə 500 mq və ya 850 mq təşkil edir, insulinin dozası isə qanda qlükoza səviyyəsinə müvafiq tənzimlənir. Xüsusi qrup xəstələrə dair əlavə məlumat
Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Kişi xəstələrdə zərdab kreatininin göstəriciləri 1,5 mq/dl-dən yüksək olduqda və qadın xəstələrdə zərdab kreatininin göstəriciləri 1,4 mq/dl olduqda AsforminТМ istifadə olunmamalıdır. Kreatinin klirensi 60 ml/dəq-dən az olduqda AsforminТМ istifadə olunmamalıdır. AsforminТМ ilə müalicə zamanı qaraciyər xəstəliyi laktoasidoz yaranmasının risk amili olduğu üçün qaraciyər çatışmazlığı olan xəstələrdə preparat istifadə olunmamalıdır. Pediatrik xəstələr AsforminТМ tabletləri 10 yaşdan yuxarı uşaqlarda və yeniyetmələrdə istifadə oluna bilər. Monoterapiya və insulin ilə kombinəolunmuş şəkildə istifadəsi Standart başlanğıc dozası gündə 1 dəfə 500 mq və ya 850 mq təşkil edərək qida ilə birlikdə və ya qida qəbulundan sonra qəbul edilir. 10-15 gün sonra qanda qlükoza göstəricilərini nəzərə alaraq doza tənzimlənməlidir. Dozanın tədricən artırılması mədə-bağırsaq traktı tərəfindən dözümlülüyünü yaxşılaşdıra bilər. AsforminТМ preparatının tövsiyə olunan maksimal gündəlik dozası 2 və ya 3 bərabər dozalara bölünərək 2 q təşkil edir. Yaşlı xəstələr Yaşlı xəstələrdə böyrək funksiyasının zəifləmə ehtimalı olduğuna görə mertformin hidroxloridin dozası böyrək funksiyasına görə tənzimlənməlidir.