Sevimlilərə əlavə edin
Paylaşın

Coldrex Maxgrip N10 Paket

Məhsul Kodu : 111-06288
1 Şərh Şərh
11,70 AZN
KolleksiyaQiymət Xəbərdarlığı

KOLDREKS Maksqrip,daxilə qəbul edilən məhlul hazırlamaq üçün toz (limonlu)

Koldreks Maksqrip tərkibi 

Təsiredici maddələr:1 paketdə 1000 mq parasetamol, 10 mq fenilefrin hidroxlorid, 40 mq  askorbin turşusu (etilsellüloza örtüklü) vardır.  Köməkçi maddələr:  saxaroza (3725,0 mq), susuz limon turşusu, natrium sitrat, qarğıdalı  nişastası, limon aromatizatoru PHS-163671, natrium siklamat, natrium   saxarin, kurkumin boya maddəsi (E 100), kolloidal silisium dioksid.

İstifadəsinə göstərişlər:

“Soyuqdəymənin” və qripin aşağıdakı simptomlarının qısa müddətə yüngülləşməsi:

bədən temperaturunun yüksəlməsi;

burun və sinus boşluqlarının tutulması;

mülayim intensivli ağrılar:

boğazda ağrı, başağrı, əzələlərdə ağrı, burun boşluğu nahiyəsində ağrı.

Əks göstərişlər:

Preparatın istifadəsi aşağıdakı pasiyentlərdə əks göstərişdir: anamnezdə parasetamola, fenilefrinə, askorbin turşusuna və ya preparatın tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq; hazırda və ya son 2 həftə müddətində, bir qayda olaraq, depressiyanın müalicəsi üçün istifadə edilən monoaminooksidaza (MAO) fermentinin inhibitorlarının istifadəsi; feoxromositoma (böyrəküstü vəzinin nadir şişi); bağlıbucaqlı qlaukoma; qaraciyər və ya ağır böyrək çatışmazlığı; hipertoniya; hipertireoidizm (hiperaktiv qalxanabənzər vəzilə); şəkərli diabet (qanda şəkərin miqdarının yüksəlməsilə); ürək xəstəlikləri; trisiklik antidepressantlar və ya beta-blokatorlar qəbul edən. Digər simpatomimetik dekonhestantlarla eyni vaxtda istifadə etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik Ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olmadığı halda preparatı hamiləlik dövründə istifadə etmək olmaz. Bu dərman vasitəsini hamiləlik dövründə həkim məsləhəti olmadan istifadə etmək olmaz. İstifadəsinin minimal effektiv dozanın mümkünlüyünü və müalicənin müddətini nəzərdən keçirmək vacibdir. Laktasiya dövrü Ana üçün gözlənilən fayda yenidoğulmuşa olan potensial riskdən üstün olmadığı halda süd verən ana, körpə ana südü ilə qidalandığı dövrdə bu dərman vasitəsindən istifadə etməməlidir. Süd verən ana, körpə ana südü ilə qidalandığı dövrdə bu dərman vasitəsindən həkim məsləhəti olmadan istifadə etməməlidir. Fenilefrin ana südünə nüfuz edə bilər.

Koldreks Maks Qrip istifadə qaydası, dozası

Preparat, yalnız daxilə qəbul edilir.  Paketin möhtəviyyatını 1 stəkana töküb, üzərinə qaynar su əlavə edib, həll olana qədər qarışdırmaq lazımdır. Ehtiyac olduqda, soyuq su əlavə etmək olar. Böyüklər (yaşlılar daxil olmaqla) və 12 yaşdan yuxarı uşaqlar Ehtiyac olduqda hər 4-6 saatdan bir 1 paket. 24 saat ərzində 4 paketdən artıq istifadə etmək  olmaz. Preparatı 4 saatdan tez qəbul etmək olmaz. 12 yaşa qədər uşaqlarda istifadəsi məsləhət görülmür. Həkim məsləhəti olmadan 7 gündən artıq qəbul etmək olmaz. Qeyd edilən dozanı aşmaq olmaz. Effekt almaq üçün vacib olan ən kiçik doza və minimal qəbul müddəti seçilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06288

Oxşar Məhsullar

Anaferon 3 Mq N20 Tablet
7,91 AZN -%0
7,91AZN
Ergoferon N20 Tablet
11,94 AZN -%0
11,94AZN
Ferveks Malina N8 Paket
9,80 AZN -%0
9,80AZN
FERVEKS N8 PAKET (USAG)
9,20 AZN -%0
9,20AZN
Griphot N12 Paket
9,48 AZN -%0
9,48AZN
Linkas 25 g Balzam
3,58 AZN -%0
3,58AZN
Oksolinovaya 0 25% 10 Qr Məlhəm
1,20 AZN -%0
1,20AZN
Paraferin N30 Kapsul
4,20 AZN -%0
4,20AZN
Paraferin Plus 100 ml Şərbət
4,84 AZN -%0
4,84AZN
Parasetamol 500 Mq N20 Tb
1,60 AZN -%0
1,60AZN
Qroprinosin 500 Mg N50 Tablet
23,98 AZN -%0
23,98AZN
Strepsils 6+ Uşaq üçün N16 Pastil
6,62 AZN -%0
6,62AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce