Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

DIASMET 850MG N100 TB

Məhsul Kodu : 111-26539
İstehsalçı ölkə: Azerbaycan
6,25 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

DİASMET, 850 mq örtüklü tabletlər

DİASMET tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 850 mq metformin hidroxlorid vardır.

İstifadəsinə göstərişlər

• Metformin preparatı 2-ci tip şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin müalicəsində, pəhrizlə tənzimləmə və sadəcə fiziki hərəkətlərlə qandakı qlükozanın nəzarət altına alı nması mümkün olmadığı təqdirdə istifadə olunur. Xüsusilə artıq bədən kütləli pasiyentlərdə istifadə olunur. • Metformin 10 yaşından və ya daha böyük uşaqlarda, yeniyetmələrdə və böyüklərdə monoterapiya kimi və ya digər preparatlarla (peroral qəbul olunan dərman vasitəl əri və insulin kimi) kombinasiyada istifadə edilə bilər.

Əks göstərişlər

• Əgər Siz metformin maddəsinə və ya preparatın hər hansı köməkçi maddəsinə qarşı allergik reaksiya göstərirsinizsə • Əgər Siz qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkirsinizsə • Əgər Siz nəzarətsiz şəkərli diabetdən əziyyət çəkirsiniz, məsələn, ağır hipergli kemiya (qanda qlükozanın səviyyəsinin çox yüksək olması), ürəkbulanma, qusma, ishal, sürətli arıqlama, laktoasidoz və ya ketoasidoz. Ketoasidoz – “keton cisimciklər” adlanan maddələrin qanda toplanması və diabetik prekomaya səbəb ola biləcək bir vəziyyətdir. Simptomlar a qarın ağrısı, tez ləşmiş və dərin tənəffüs, yuxululuq və ya nəfəsdən qeyri -adi meyvə qoxusunun gəlməsi aiddir • Əgər Siz uzunmüddətli və ya ciddi ishal və ya dəfələrlə təkrarlanan qusma nəticəsində orqanizmdən xeyli miqdarda maye itirmisiniz (dehidratasiya). Dehidra tasiya böyrəklərin funksiyasının pozulmasına səbəb ola bilər ki bu da laktoasidozun yaranma riskini artırır • Əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciy ərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyası varsa.

Ağır infeksiyalar böyrəklərin funksiyasının pozulmasına səbəb ola bilər, bu da laktoasidozun yaranma riskini artırır • Əgər Siz ürək çatışmazlığının müalicəsi üçün preparatlar qəbul edirsinizs ə və ya yaxın zamanlarda miokard infarktı keçirmisinizsə, həmçinin əgər Sizdə qan dövranının ağır pozğunluqları və ya çətinləşmiş tənəffüs mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər çatmamasına səbəb ola bilər, bu da laktoasidozun yaranma riskini artırır • Əgər Siz başqa dərmanlar qəbul edirsiniz • Əgər Siz, tərkibində yod olan kontrast maddənin qana yeridilməsi ilə rentgenoqrafik və ya tomoqrafik müayinələrindən keçməlisinizsə • Əgər Sizə geniş həcmli cərrahi müdaxilənin aparılması tələb olunursa. Belə müayinələrin və ya əməliyyatın aparılmasından əvvəl və sonra müəyyən müddət ərzində Siz Metformin preparatını qəbul etməməlisiniz. Sizin müalicə həkiminiz bu zaman digər preparatların qəbul edilməsinin lazımlı olduğu barədə qərar verəcək.

Müalicə həkimi nin bütün göstərişlərinə əməl etməyiniz vacibdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya dövründə, həmçinin ehtimal olunan hamiləlik və ya planlaşdırılan hamiləlik zamanı preparatın qəbulundan əvvəl məsləhət üçün həkimə müraciət edin. Hamiləlik zamanı şəkərli diabeti insulin ilə müalicə etmək lazımdır. Bu preparatı laktasiya dövründə qəbul etmək tövsiyə olunmur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Metformin özü hipoqlikemiya yaratmır (qanda qlükozanın səviyyəsinin çox aşağı düşməsi). Bu o deməkdir ki, o, nəqliyyat vasitələri və digər mexanizmlərin idarə olunması qabiliyyətinə təsir etmir. Lakin Metformin preparatını digər hipoqlikemiya yarada bilən şəkərli diabetin müalicəsi üçün olan preparatlarla (məsələ n, sulfonilsidikcövhəri törəmələ ri, insulin və ya meql itinidlərlə) birgə istifadəsi zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Hipoqlikemiyanın simptomlarına zəiflik, başgicəllənmə, tərləmənin artması, ürəkdöyünmənin artması, görmənin pozulması və ya diqqətin konsentrasiyasının pozulması aiddir.

Sizdə bu simptomlar yaranarsa, nəqliyyat vasitələri və digər mexanizmlərin idarə olunmasından kütlənin.

DİASMET istifadə qaydası və dozası

• Metformini həkiminizin dedi yi kimi qəbul edin. Əmin deyilsinizsə həkiminizlə və ya əczaçınızla məsləhətləşin. • Metformin preparatı sağlam həyat tərzinin üstünlüklərini əvəz edə bilməz. Həkiminizin Sizə pəhriz barədə verdiyi tövsiyələrə əməl etməyə davam edin və bəzi müntəzəm məşqlər edin.

• Metformin preparatı qida ilə və ya qidadan sonra qəbul edilə bilər. Bu həzm sisteminizə təsir edən əlavə təsirlərdən yayınmağa imkan verəcək. • Tabletləri əzməyin və ya çeynəməyin. Tabletləri kifayət qədər su ilə daxilə qəbul etməlisiniz ▪ Əgər Siz Metformin preparatının gündəlik dozasını 1 dəfəyə qəbul edirsinizsə, həmin dozanı səhər (səhər yeməyi vaxtı) qəbul edin.

▪ Əgər Siz Metformin preparatının günd əlik dozasını 2 d əfəyə qəbul edirsinizs ə, həmin dozaları səhər (səhər yeməyi vaxtı) və axşam (şam yeməyi vaxtı) qəbul edin. ▪ Əgər Siz Metformin preparatının günd əlik dozasını 3 d əfəyə qəbul edirsinizs ə, həmin dozaları s əhər (s əhər yem əyi vaxtı), günorta (nahar vaxtı) v ə axşam (şam yem əyi vaxtı) qəbul edin. ▪ Əgər Siz Metformin preparatının həddindən çox və ya az təsir etdiyini güman edirsinizsə, onda öz həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Tövsiyə olunan dozalar ▪ 10 yaşdan böyük uşaqlar və yeniyetmələr üçün başlanğıc doza gündə 500 v ə ya 850 mq təşkil edir.

Maksimal günd əlik doza 2-3 dəfəyə qəbul edilməli və 2000 mq t əşkil edir. 10- 12 yaş arası uşaqların müalic əsi yalnız h əkiminizin xüsusi tövsiy əsinə əsasən h əyata keçirilməlidir, çünki bu yaş qrup unda preparatın istifad əsi haqqında m əlumatlar kifay ət dərəcədə deyil. ▪ Böyüklər üçün başlanğıc doza gündə 2 və ya 3 dəfə qəbul edilməklə 500 və ya 850 mq təşkil edir. Maksimal gündəlik doza 3 dəfəyə qəbul edilməklə, 3000 mq-dır.

▪ Əgər Sizin böyrəkləriniz normal işləmirsə, həkiminiz daha aşağı doza təyin edəcək. ▪ Əgər Siz insulin d ə istifadə edirsinizsə, həkiminiz Metformini necə başlamaq bar ədə Sizə məlumat verəcəkdir. Monitorinq • Həkim Metformin preparatının dozasını qanda qlükozanın səviyyəsindən asılı olaraq seçir. Həkimlə müntəzəm şəkildə əlaqə saxlamaq lazımdır.

Bu, uşaqlar və yeniyetmələr, həmçinin yaşlı xəstələr üçün xüsusilə vacibdir. • Bundan başqa, həkim minimum, ildə 1 dəfə xəstənin böyrəklərini yoxlamalıdır. Xəstənin yaşı çox olduqda və ya böyrək funksiyaları pozulduqda müayinələrin daha tez -tez həyata keçirilməsi mümkündür. Metformin preparatını qəbul etməyi unutmusunuzsa Yaddan çıxmış dozanın kompensasiyası üçün ikiqat doza qəbul etməyin.

Növbəti dozanı lazım olan vaxtda qəbul edin.

Prepared by  T-Soft E-Commerce.