Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Esafosfina 5 qr 50 ml N1 flakon

Məhsul Kodu : 111-03209
İstehsalçı ölkə: Italiya
28,28 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

EZAFOSFİNA, 0,5 q/10 ml inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici EZAFOSFİNA 5 q/50 ml infuziya məhlulu hazırlamaq üçün toz və həlledici EZAFOSFİNA 10 q/100 ml  İnfuziya üçün məhlul 

Ezafosina tərkibi

 EZAFOSFİNA  0,5 q/10 ml inyeksiya üçün toz və həlledici Təsiredici maddə: 1 flakon tozun tərkibində 0,5 q D-fruktoza-1,6-difosfat natrium hidrat duzu   (0,375 q D-fruktoza-1,6-difosfor turşusuna ekvivalent) vardır. Həlledici (ampulda): inyeksiya üçün su. Hazırlanmış məhlulun tərkibində 50 mq/ml D-fruktoza-1,6-difosfat natrium hidrat duzu vardır (37,5 mq D-fruktoza-1,6-difosfat turşusuna ekvivalent).  Eyni məhlul təxminən 0,235 mEq/ml fosforu təmin edir.  EZAFOSFİNA  5 q/50 ml infuziya üçün toz və həlledici Təsiredici maddə: 1 flakon tozun tərkibində 5 q D-fruktoza-1,6-difosfat natrium hidrat duzu  vardır (3,75 q D-fruktoza-1,6-difosfat turşusuna ekvivalentdir). Həlledici (ampulda): inyeksiya üçün su. Hazırlanmış məhlulun tərkibində 100 mq/ml D-fruktoza-1,6-difosfat natrium hidrat duzu vardır (75 mq D-fruktoza-1,6-difosfor turşusuna ekvivalent).  Eyni məhlul təxminən 0,47 mEq/ml fosforu təmin edir.  EZAFOSFİNA  10 q/100 ml infuziya üçün məhlul Təsiredici maddə: 100 ml (1 flakon) infuziya üçün məhlulun tərkibində 10 q D-fruktoza-1,6-  difosfat natrium hidrat duzu  vardır (7,5 q D-fruktoza-1,6-difosfat turşusuna  ekvivalent).  Həlledici (ampulda): natrium metabisulfit (E223), inyeksiya üçün su. Hazırlanmış məhlulun tərkibində 100 mq/ml D-fruktoza-1,6-difosfat natrium hidrat duzu var (75 mq D-fruktoza-1,6-difosfat turşusuna ekvivalent).  Eyni məhlul təxminən 0,47 mEq/ml fosforu təmin edir. pH=3,5.  D-fruktoza-1,6-difosfatın hər təsiredici qramı onun tərkibindəki 6 mmol Na-a ekvivalentdir.

İstifadəsinə  göstərişlər:

 Hipofosfatemiya.

 Əks göstərişlər:

 Hiperfosfatemiya, böyrək çatışmazlığı, əsas tərkib və dərman əsasına qarşı yüksək həssaslıq. Fruktozaya qarşı dözümsüzlük.

Ezafosina istifadə qaydası, dozası

 Dozası Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq məsləhət görülən gündəlik doza 70 mq/kq və 160 mq/kq arasında (həkimin xüsusi təyinatı istisna olmaqla) olmalıdır. Əsasən böyüklərə təyin edilən gündəlik doza EZAFOSFİNA “5 q/50 ml infuziya üçün toz və həlledici”nin 1-2 flakonuna və ya EZAFOSFİNA  “10 q/100 ml infuziya üçün məhlul”un 1 flakonuna bərabərdir. Həddən artıq fosforun yeridilməsinin qarşısını almaq üçün bədənə yeridiləcək preparatın miqdarı hipofosfatemiyanın dərəcəsindən asılı olaraq müəyyən edilməlidir. Tam parenteral qidalanma tətbiq edilən xəstələrdə preparatın dozası fosforun gündəlik qəbul səviyyəsi nəzərə alınaraq təyin edilir. Yüksək miqdarda olan gündəlik dozaları hissələrə bölmək məsləhət görülür. Uşaqlarda dozalanma bədən kütləsini nəzərə alaraq təyin edilir. Kiçik miqdarda dozanın alınması üçün EZAFOSFİNA “0,5 q/10 ml inyeksiya üçün toz və həlledici”dən istifadə etmək olar. Preparat təyin edilmiş dozadan artıq dozada istifadə edilməməlidir. İstifadə qaydası EZAFOSFİNA  “0,5 q/10 ml inyeksiya üçün toz və həlledici” Münasib iynə ilə təchiz edilmiş şpris vasitəsi ilə həlledici ampuldan şprisə doldurularaq içində toz olan flakona daxil edilməlidir. Alüminium qapaqcıq flakondan ayrılmalı və tıxac spirtli pambıq ilə dezinfeksiya edilməlidir. Şprisin iynəsi rezin tıxacın mərkəzindən içəri keçirilməli və həlledici axını flakonun şüşə divarlarına tərəf istiqamətləndirilməlidir. Tam həll olunmanı təmin etmək üçün flakon çalxalanmalı və daha sonra məhlul vena daxilinə yeridilməlidir. EZAFOSFİNA “5 q/50 ml infuziya üçün toz və həlledici” Məhlulun hazırlanma qaydası  1. Alüminium qapaqcığı flakondan ayırmaq və spirtli pambıq ilə tıxacı dezinfeksiya etmək; 2. Birdəfəlik istifadə üçün ikiuclu perforatorun yalnız bir qapağını çıxarmaq və toz flakonunun rezin tıxacının mərkəzindən içəri daxil etmək;  3. Həlledici flakonun alüminium qapaqcığını çıxarmaq və tıxacı dezinfeksiya etmək; Perforatorun o biri qapaqcığını çıxarmaq və həlledici flakonunu çevirərək onun içinə daxil etmək; 4. Həlledicinin toz flakonuna axmasını asanlaşdırmaq üçün bir az çalxalamaq; həlledici flakonu boşaltdıqdan sonra perforatoru çıxarmaq və həll olmanı asanlaşdırmaq üçün toz flakonunu çalxalamaq.  Hazırlanmış məhlulun venadaxili yeridilmə qaydası 5. Yenidən flakonun tıxacını dezinfeksiya etmək; 6. Şlanqsıxanı tam olaraq şlanqa bərkitmək; 7. Şlanq başlığının qapağını çıxarmaq və flakona daxil etmək; 8. Damcıladıcı aparatı yarıyadək doldurmaq üçün açmaq və şlanqısıxanı açaraq komplektdən havanın çıxmasını gözləmək;  9. Şlanqsıxanı bağlamaq, iynəni venaya yeritmək və məhlulun lazım olan axınını almaq üçün yavaş-yavaş şlanqsıxanı açmaq. Preparatın orta yeridilmə sürəti – 10 ml/dəq.  EZAFOSFİNA “10 q/100 ml infuziya üçün məhlul” Qablaşdırmada olan komplektdən istifadə etməklə və yuxarıda verilən göstərişlərə (5-ci bənddən 9-cu bəndə qədər) uyğun olaraq hazırlanan məhlulu venadaxili yeritmək.  Preparatın orta yeridilmə sürəti – 10 ml/dəq.  QEYD: məhlul hazırlanan kimi istifadə edilməlidir (yalnız bir dəfə arasıkəsilmədən), hazır məhlul şəffaf olmalı və tərkibində heç bir zərrəcik müşahidə edilməməlidir. Artıq qalan məhlul təkrar istifadə edilə bilməz.

Prepared by  T-Soft E-Commerce.