Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Eutiroks 150 mkq N100 tablet

Məhsul Kodu : 111-90462
İstehsalçı ölkə: Almaniya
8,27 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

Eutiroks, 25 mkq, 50 mkq, 75 mkq, 100 mkq, 125 mkq və ya 150 mkq tabletlər

Eutiroks tərkibi

Təsiredici maddə:  1 tabletin tərkibində 25, 50, 75, 100, 125 və ya 150 mkq levotiroksin  
natrium* vardır.

Əks göstərişlər

- Təsiredici maddəyə və ya hər hansı bir köməkçi maddəyə qarşı yüksək həssaslıq;          - müalicə olunmamış böyrəküstü vəzi çatışmazlığı;                                                            - müalicə olunmamış hipofizar çatışmazlıq;                                                                        - müalicə olunmamış tireotoksikoz;                                                                                    - hipertireoz zamanı hamiləlik dövründə levotiroksinlə və antitireoid vasitələrlə kombinəolunmuş terapiya                                                                                                  - kəskin miokard infarktı, kəskin miokardit və kəskin pankardit zamanı Eutiroks ilə müalicəyə başlamamalısınız.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik dövründə və xüsusilə, laktasiya dövründə levotiroksinin istifadəsini davam etdirmək lazımdır. Hamiləlik dövründə preparatın dozasının artırılması tələb oluna bilər.  Hamiləliyin artıq 4-cü həftəsində qan zərdabında TTH səviyyəsinin yüksələ bilməsini nəzərə alaraq, levotiroksindən istifadə edən hamilə qadınlarda qan zərdabında TTH səviyyəsinin göstəricilərinin trimestr-spesifik normal göstəricilər çərçivəsindən kənara çıxmamasına əmin olmaq məqsədi ilə hamiləlik dövrünün hər bir trimestri müddətində TTH səviyyəsinə nəzarət etmək lazımdır. Qan zərdabında TTH-nin yüksək səviyyəsini levotiroksinin dozasının artırılması yolu ilə korreksiya etmək lazımdır. Doğuşdan sonra TTH səviyyəsi hamiləlik baş verməzdən əvvəl qeyd olunan TTH səviyyəsinə müvafiq olmalıdır və bu səbəbdən, doğuşdan dərhal sonra levotiroksinin dozalanması 
ilkin dozalanma səviyyəsinə qaytarılmalıdır. Doğuşdan 6-8 həftə sonra, qan zərdabında TTH-nin ilkin səviyyəsi əldə olunur.  
Hamiləlik dövrü  
Preparatı tövsiyə olunan terapevtik dozalarda istifadə etdikdə, teratogen və fetotoksik effektlərin meydana çıxması barədə heç bir məlumat yoxdur. Hamiləlik dövründə preparatın həddindən artıq  yüksək dozalarının istifadəsi, dölə və postnatal inkişafa neqativ təsir göstərə bilər.  
Levotiroksin natriumun istifadəsi zamanı antitireoid preparatların dozalarının artırılması tələb oluna bilər və bu səbəbdən, hamiləlik dövründə preparatın antitireoid vasitələrlə kombinasiyada istifadəsi əks göstərişdir. Levotiroksin natriumdan fərqli olaraq, antitireoid preparatlar plasentadan keçə bilərlər və nəticədə döldə hipotireoz inkişaf edə bilər.  
Hamilə qadınlarda radioaktiv maddələrin istifadəsinin əks göstəriş olduğunu nəzərə alaraq, hamiləlik dövründə diaqnostik tireoid supressiya testinin aparılması tövsiyə olunmur.  
Laktasiya dövrü  
Laktasiya dövründə levotiroksin ana südünə sekresiya olunur, lakin, tövsiyə olunan terapevtik dozalarda istifadə edildikdə Eutiroks preparatının konsentrasiyaları südəmər körpədə hipertireozun inkişaf etməsi üçün və ya TTH-nin sekresiyasının tormozlanması üçün yetərli deyil.

İstifadə qaydası və dozası 

Dozalanması  
Pasiyentlərin fərdi tələbatları əsasında müalicənin aparılması üçün miqdarına görə müxtəlif tərkibli levotiroksin natrium tabletləri mövcuddur – 25 mkq-dan 150 mkq-a qədər. Bu səbəbdən, pasiyentlər adətən, sutkada cəmi 1 tablet qəbul etməlidirlər.  
Preparatın dozalanmasına dair tövsiyələr aşağıda göstərilən cədvəllərdə göstərilmişdir.  
Preparatın sutkalıq dozası, laborator testlərin və klinik müayinələrin cavabından asılı olaraq, fərdi şəkildə müəyyən edilir.  
Pasiyentlərin əksəriyyətində T4-ün və FT4-ün yüksək konsentrasiyalarının müşahidə olunmasını nəzərə alaraq, qan zərdabında tireotrop hormonun bazal konsentrasiyası müalicə kursunu müəyyən etmək üçün daha etibarlı əsası təmin edir.  
Tireoid hormonların istifadəsi ilə müalicəni aşağı dozalardan başlamaq və tam əvəzedici doza əldə edilənə qədər, hər 2-4 həftədən bir dozanı tədricən artırmaq lazımdır.  
Pediatrik populyasiya  
Anadangəlmə hipotireoz qeyd olunan yenidoğulmuşlarda və uşaqlarda sürətli əvəzedici müalicənin aparılması tələb olunduğu halda, preparatın başlanğıc tövsiyə olunan dozası ilk 3 ay müddətində sutkada 10-15 mkq/kq bədən kütləsinə təşkil edir. Sonra, preparatın dozasını klinik nəticələrdən, TTH-nin və tireoid hormonların səviyyəsindən asılı olaraq, fərdi qaydada korreksiya etmək lazımdır.  
Yaşlı pasiyentlər  
Yaşlı pasiyentlərdə, ürəyin işemik xəstəliyindən əziyyət çəkən pasiyentlərdə və ağır dərəcəli və uzun müddət ərzində mövcud olan hipotireozdan əziyyət çəkən pasiyentlərdə müalicəni preparatın aşağı dozalarının (məsələn, 12,5 mkq/sutkada) istifadəsindən başlamaq və həmin dozaları, tireoid hormonların tez-tez monitorinqini aparmaqla uzunmüddətli fasilələrlə (məsələn, dozanın, iki həftədən bir 12,5 mkq/sutkada tədricən artırılması) tədricən artırmaq lazımdır. Bu səbəbdən, həmin pasiyentlərdə TTH səviyyəsinin tam korreksiyasına gətirib çıxarmayan, tam əvəzedici müalicəni təmin etməyən daha aşağı dozanın təyin edilməsini nəzərdən keçirmək mümkündür.  
Preparatın istifadə təcrübəsi onu göstərir ki, aşağı bədən kütləsinə malik pasiyentlər və iri ölçülü düyünlü zob qeyd olunan pasiyentlər üçün preparatın daha aşağı dozalanması yetərlidir.                                                                                                                              
Eutireoid zobun müalicəsində levotiroksin natriumun tövsiyə olunan dozası sutkada 75–200 mikroqram təşkil edir. Operativ müdaxilələrdən sonra zobun residivləşməsinin profilaktikası məqsədilə də sutkalıq doza 75–200 mikroqram aralığında təyin olunur.

Böyüklərdə hipotireoz zamanı əvəzedici müalicədə başlanğıc doza adətən sutkada 25–50 mikroqramdır, dəstəkləyici doza isə 100–200 mikroqrama qədər artırıla bilər. Uşaqlarda hipotireoz zamanı əvəzedici müalicədə başlanğıc doza 12,5–50 mikroqram təşkil edir, dəstəkləyici doza isə bədən səthinə görə hesablanaraq 100–150 mikroqram/m² səviyyəsində təyin olunur.

Antitireoid preparatların istifadəsi fonunda hipertireozun müalicəsi zamanı levotiroksin natrium birlikdə sutkada 50–100 mikroqram dozasında tətbiq edilə bilər. Qalxanabənzər vəzi xərçənginin supressiv müalicəsində tövsiyə olunan doza sutkada 150–300 mikroqramdır.

Tireoid supressiya testi aparıldıqda levotiroksin natrium diaqnostik preparat kimi mərhələli şəkildə istifadə olunur. Testdən 4 həftə əvvəl Eutiroks 100 mikroqramdan gündə 2 tablet (sutkada 200 mikroqram), testdən 3 həftə əvvəl 100 mikroqramdan gündə 2 tablet, testdən 2 həftə əvvəl Eutiroks 150 mikroqramdan gündə yarım tablet (sutkada 75 mikroqram), testdən 1 həftə əvvəl isə 150 mikroqramdan gündə 1 tablet (sutkada 150 mikroqram) qəbul edilir.                                                                                

İstifadə qaydası  
Preparatın sutkalıq dozalarını birdəfəyə qəbul etmək olar.  
Preparat aşağıda göstərildiyi qaydada daxilə qəbul etmək üçün nəzərdə tutulmuşdur: bir sutkalıq dozanı səhər yeməyindən 30 dəqiqə əvvəl, əsasən acqarına az miqdar (yarım stəkan) su ilə birlikdə qəbul etmək lazımdır.  
Südəmər körpələrə sutkalıq dozanı birinci səhər qida qəbulundan 30 dəqiqə əvvəl birdəfəyə qəbul etdirmək lazımdır. Tabletlər suda həll edilir və əmələ gəlmiş suspenziya daha bir qədər su ilə birlikdə daxilə qəbul edilir.  
Hipotireozun əvəzedici müalicəsi aparıldıqda və strumektomiyadan və ya tireoidektomiyadan sonra və eləcə də, eutireozdan əziyyət çəkən pasiyentlərdə zobun residivləşməsinin profilaktikası məqsədi ilə preparatın istifadəsi, bir qayda olaraq, ömrün sonuna qədər davam etdirilir. Eutireoid vəziyyət əldə edildikdən sonra, hipertireozun kombinəolunmuş müalicəsi, antitireoid preparatların təyin 
edildiyi müddət ərzində göstərişdir. Xoşxassəli eutireoid zob zamanı müalicənin davametmə müddəti 6 aydan 2 ilə qədər təşkil edir. Göstərilən müddət ərzində istənilən müalicəvi effekt əldə olunmadığı halda, cərrahi müdaxilənin və ya zobun radioaktiv yodla müalicəsinin mümkünlüyünü nəzərdən keçirmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.