Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

GLIBENKLAMID 5MG N30 TB

Məhsul Kodu : 111-15805
1,08 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

QLİBENKLAMİD, tabletlər

QLİBENKLAMİD tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq qlibenklamid vardır.

İstifadəsinə göstərişlər

Müvafiq pəhriz və fiziki aktivlik nəticəsində maddələr mübadiləsi kompensasiya olunmadıqda və insulin müalicəsinin aparılması üçün zərurət olmadığı halda, insulindən asılı olmayan II-ci tip şəkərli diabet (böyüklərin diabeti) zamanı istifadə olunur.

Əks göstərişlər

İnsulindənasılı I-ci tip şəkərli diabet zamanı; prekoma və ya diabetik koma zamanı; infeksion xəstəliklər və əməliyyatlar, həmçinin mədəaltı vəzinin rezeksiyası zamanı diabetin dekompensasiyası; qaraciyər və böyrəklərin ağır dərəcəli funksional pozğunluqları; kreatinin klirensinin dəqiqədə 30 ml-dən aşağı düşməsi ilə müşayiət olunan böyrək funksiyalarının aşağı düşməsi; qlibenklamidə və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı məlum yüksək həssaslıq. Digər sulfonilkarbamid preparatlarına, sulfonamidlərə, diuretiklərə, sulfonamid törəmələrinə və probenesidə qarşı yüksək həssaslıq. II-ci tip şəkərli diabet zamanı qlibenklamid ilə müalicənin tam ikincili qeyri-effektivliyi, asidoza meylli metabolizm. Bozentan preparatı ilə birlikdə istifadə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Preparatın hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir. Mümkün olduğu halda, hamiləliyi planlaşdırdıqdan əvvəl peroral diabetəleyhinə preparatlar ilə müalicəni dayandırmaq lazımdır. Hamiləlik və laktasiya dövründə diabetin insulin ilə idarə olunması seçim müalicəsidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Hipoqlikemiya xəstənin diqqət konsentrasiyası qabiliyyətini və reaksiyalarını aşağı sala bilər ki, yüksək diqqət və sürətli reaksiya tələb olunan hallarda risk törədə bilər. Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarə etdikdə, pasiyentlər hipoqlikemiyanın qarşısını almaq üçün, təhlükəsizlik tədbirləri görməlidirlər. Bu, hipoqlikemiya halları müşahidə edilən pasiyentlər və ya hipoqlikemiyanın baş verməsini xəbərdar edən simptomların qavranılması olmayan pasiyentlər üçün, xüsusilə vacibdir. Belə hallarda, nəqliyyat vasitəsini digər potensial təhlükəli mexanizmləri idarə etməyin məqsədəuyğun olması barədə qərar vermək vacibdir.

QLİBENKLAMİD istifadə qaydası və dozası

Preparatı yalnız həkimin göstərişi və mütləq pəhrizin korreksiyası ilə təyin etmək olar. Doza, maddələr mübadiləsinin vəziyyətinin müayinəsinin nəticələrindən asılıdır (qanda və sidikdə şəkərin səviyyəsi). İlkin və sonrakı təyinatlar Müalicəni, mümkün qədər minimal dozalardan başlamaq lazımdır; ilk öncə bu, hipoqlikemiyaya meylliliyi yüksək olan və bədən kütləsi 50 kq-dan aşağı olan pasiyentlərə aiddir. Preparatı ilk dəfə sutkada ½ və ya 1 tablet təyin etmək lazımdır (bu, 2,5-5 mq qlibenklamidə müvafiqdir).

Maddələr mübadiləsinin korreksiyası kifayət qədər olmadıqda, dozanı bir neçə gündən 1 həftəyə qədər intervalla, preparatın sutkada 3 tablet (bu, 15 mq qlibenklamidə müvafiqdir) təşkil edən terapevtik dozası əldə edilənə qədər, tədricən artırmaq olar. Pasiyentin, digər diabetəleyhinə preparatların istifadəsindən qlibenklamid müalicəsinə keçirilməsi Qlibenklamid preparatının istifadəsinə pasiyenti çox ehtiyatla keçirmək və sutkada preparatın ½ və ya 1 tabletindən (bu, 2,5-5 mq qlibenklamidə müvafiqdir) başlamaq lazımdır. Dozanın seçilməsi Yaşlı, zəifləmiş və ya kifayət qədər qidalanmayan pasiyentlərdə, həmçinin, böyrək və ya qaraciyər funksiyalarının pozulması olan pasiyentlərdə hipoqlikemiyanın inkişaf etmə ehtimalını nəzərə alaraq, preparatın başlanğıc və ya dəstəkləyici dozalarını aşağı salmaq lazımdır. Pasiyentin bədən kütləsi aşağı düşdükdə və ya həyat tərzi dəyişdikdə, dozanın korreksiyası barədə qərar qəbul etmək lazımdır.

Digər diabetəleyhinə preparatlar ilə kombinasiyası Bəzi hallarda, pasiyentdə metforminə qarşı dözümsüzlük olduqda, qlitazon qrupu preparatlarının (roziqlitazon, pioqlitazon) əlavə istifadəsi göstəriş ola bilər. Qlibenklamidi həmçinin, β- hüceyrələr tərəfindən endogen insulin atımını stimullaşdırmayan peroral diabetəleyhinə preparatlarla (quarmel və ya akarboza) kombinə etmək olar. Qlibenklamid müalicəsinin ikincili qeyri-effektivliyi (β-hüceyrələrin tükənməsi nəticəsində insulin hasilatının aşağı düşməsi) meydana çıxdıqda, insulin ilə kombinəolunmuş müalicəni sınaqdan keçirmək olar. Lakin, orqanizm öz insulin sekresiyasını tam dayandırdığı halda, insulin ilə monoterapiya təyin olunmalıdır.

İstifadə qaydası və müalicə müddəti Tabletləri yeməkdən əvvəl, çeynəmədən, kifayət qədər su ilə (yaxşı olar ki, bir stəkanla) qəbul etmək lazımdır. Preparatın 2 tabletdən artıq olan sutkalıq dozasının bütün miqdarını, bir səhər və bir axşam qəbuluna 2:1-ə nisbətində bölmək tövsiyə olunur. Preparatı hər dəfə eyni vaxtda qəbul etmək vacibdir. Pasiyent preparatın qəbulunu bir dəfə ötürdükdə, bunu daha yüksək dozanın qəbul edilməsi ilə əlavə etmək olmaz.

Müalicənin davametmə müddəti xəstəliyin gedişindən asılıdır. Müalicə müddətində maddələr mübadiləsinin vəziyyətinə müntəzəm nəzarət etmək vacibdir. Uşaqlar Pediatriya təcrübəsində preparatı istifadə etmək olmaz.

Prepared by  T-Soft E-Commerce.