Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 ml hazır inyeksiya məhlulunun tərkibində mayada rekombinant DNT üsülla istehsal olunmuş 1 mq qlükaqon (hidroxlorid şəklində) vardır.
QlükaGen Hypokit®-in tərkibində qlükaqon təsiredici maddəsi vardır. QlükaGen Hypokit®, insulindən istifadə edən şəkərli diabeti olan uşaqlarda və böyüklərdə dərhal və təxirəsalınmaz müdaxilə üçün istifadə olunur. Ondan, qanda şakərin səviyyəsi həddindən artıq aşağı düşdüyündən xəstə huşunu itirdikdə, istifadə edilir. Bu "ağır hipoqlikemiya" adlanır. Daxilə şakər qəbul edə bilmədikdə, QlukaGen® HipoKit istifadə olunur.
QlükaGen Hypokit®-i aşağıdakı hallarda istifadə etməyin
• Qlükaqona, yaxud bu dərman vasitəsinin tərkibindəki hər hansı digər maddəyə (bax: “Tərkibi”) qarşı allergiyanız varsa.
• Böyrəküstü vəzinizdə şiş varsa. Əgər yuxarıda qeyd olunanlardan hər hansı biri Sizdə varsa, QlükaGen Hypokit®-dən istifadə etməyin.
Hamiləlik zamanı, yaxud uşaq əmizdirdiyiniz müddətdə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırdığınız zaman qanda şəkərin səviyyəsi çox aşağıdırsa, QlükaGen Hypokit®-dən istifadə edə bilərsiniz. Hamiləsinizsə, hər hansı preparat qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçınızla məsləhətləşin.
Nəqliyyat vasitəsini idarə etməzdən və cihazlar ilə işləməzdən öncə qanda şəkərin səviyyəsinin çox aşağı düşməsinin təsirlərinin bitməsini gözləyin. QlükaGen® preparatının tərkibində natrium vardır.
QlükaGen® preparatının tərkibində maksimum dozada 1 mmol-dan (23 mq) az miqdarda natrium var, yəni, preparatın demək olar ki, “tərkibində natrium yoxdur”.
Bu dərman preparatını hər zaman məhz içlik vərəqədə göstərildiyi və həkiminizin məsləhət gördüyü kimi istifadə edin. Əmin deyilsinizsə, həkiminizlə və ya əczaçınızla məsləhətləşin. İnyeksiyanın hazırlanması və yeridilməsi
1. Flakonun üzərindən plastik qapağı çıxarın. Şpris iynəsinin qapağını açın. Plastik porşen blokiratorunu şprisin üzərindən çıxartmayın. İçərisində QlükaGen® olan flakonun rezin tıxacının ortasına (işarələnmiş dairənin içinə) iynəni daxil edin və şprisdəki bütün mayeni flakonun içinə buraxın.
2
2. Iynəni flakondan çıxartmadan, flakonu yavaşca çalxalayın ki, QlükaGen® tamamilə həll olunsun və məhlul şəffaf olsun.
3
3. Əmin olun ki, porşen tam aşağı vəziyyətdədir. İynənin ucu məhlulun içində ikən, məhlulun hamısını asta-asta şprisə yığın. Baxın ki, porşen şprisin içindən çıxmasın.
Şprisdən bütün hava qabarcıqlarını çıxartmaq vacibdir. Bunun üçün:
• Şprisi iynəsi yuxarı doğru tutaraq şprisin üzərini barmaqla tıqqıldadın.
• Porşenə yavaşca basın ki, şprisin ucunda toplanmış bütün hava çıxsın. Porşeni, inyeksiyanın lazımi dozası olana qədər basın. Bunu edərkən məhlulun cüzi həcmi çıxa bilər. Dozalar barədə məlumat aşağıda verilir
4
4. İnyeksiyanı dəri altına və ya əzələ daxilinə yeridin. 5. Boğulmanın qarşısını almaq üçün huşunu itirmiş insanı böyrüstə uzadın. 6. Huşunu itirmiş insana huşsuzluqdan ayılan kimi və yenidən uda bildiyində konfet, biskvit və ya meyvə şirəsi kimi digər yüksək şəkərli çərəz verin. Yüksək şəkərli çərəzlər qanda şəkərin səviyyəsinin yenidən aşağı düşməsinin qarşısını alacaq. QlükaGen Hypokit®-dən istifadə etdikdən sonra, siz və ya başqası sizin həkiminizlə və ya səhiyyə işçisi ilə əlaqə saxlamalıdır. Siz, qanınızda şəkərin nə üçün həddən artıq aşağı düşdüyünü və bunun təkrar baş verməsinin necə qarşısını almağı öyrənməlisiniz. Dozalanması Məsləhət görülən dozalar aşağıdakı kimidir:
• Böyüklər: üçün bu dərman preparatının hamısı yeridilir, bu, şprisin üzərində “1” kimi nişanlanıb.
• Çəkisi 25 kq-dan az olan 8 yaşdan kiçik və ya 8 yaşdan yuxarı uşaqlar: dərman preparatının yarısı (0,5 ml) yeridilir – bu, şprisin üzərində “0,5” kimi nişanlanıb.
• Çəkisi 25 kq-dan çox olan 8 yaşdan yuxarı və ya 8 yaşdan kiçik uşaqlar: dərman preparatı birdəfəlik (1 ml) yeridilir – bu, şprisin üzərində “1” kimi nişanlanıb.