Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

INSULATARD 100 IU 10ML N1 FLK

Məhsul Kodu : 111-02959
İstehsalçı ölkə: Danimarka
21,56 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

İNSULATARD, 100 BV/ml inyeksiya üçün suspenziya flakonda

İNSULATARD tərkibi

Təsiredici maddə: 1 ml inyeksiya məhlulunun tərkibində 100 BV biotexnoloji rekombinant üsulla istehsal olunmuş insan insulini [izofan insulin suspenziyası (NPH)] vardır.

İstifadəsinə göstərişlər

İnsulatard® insan insulinidir və diabetin müalicəsində istifadə olunur. Diabet zamanı bədən qandakı şəkərin səviyyəsini tənzimləmək üçün kifayət qədər insulin ifraz etmir. İnsulatard® tək və ya adətən tez təsir göstərən insulin məhsulları ilə birlikdə təyin edilir.

Əks göstərişlər

►İnsulin infuziya pompaları ilə. ►İnsan insulininə və ya İnsulatard® -ın tərkibində olan hər hansı digər maddəyə qarşı allergiya (yüksək həssaslıq) (bax: “Tərkibi” bölməsi). ►Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə (qanda şəkərin səviyyəsinin azalması). Bax: “Kritik vəziyyətdə nə etmək lazımdır?” bölməsinə.

►Qoruyucu qapaq yoxdur və ya boşdursa. Hər bir flakonun ü zərində qoruyucu, təsadüfi təsirlərdən təcrid edən plastik qapaq vardır. Flakonu əlinizə aldıqda bu qapaqda hər hansı qüsur görsəniz, flakonu əczaçınıza qaytarın. ►Düzgün şəraitdə saxlanılmayıbsa və ya dondurulubsa (bax: “İnsulatard®-ın saxlanma şəraiti”).

►Durulaşdırılmış insulin bircinsli, ağ və bulanıq deyilsə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və laktasiya d övründə İnsulatard ®-la müalicəyə əks g östəriş yoxdur, həkiminizlə məsləhətləşin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitəsi idarə edirsinizsə, yaxud avadanlıq və ya cihazlar ilə işləyirsinizsə: hipoqlikemiya simptomlarına diqqət yetirin. Konsentrasiya olmaq və reaksiya vermək bacarığınız hipoqlikemiya zamanı aşağı düşə bilər. Hipoqlikemiya əlamətlərinin yaxınlaşdığını hiss edirsinizsə, nəqliyyat vasitəsi idarə etməyin və avadanlıq/cihazlar ilə işl əməyin. Əgər sizdə tez-tez hipoqlikemiya halları olursa və ya hipoqlikemiyanı m üəyyən etməkdə ç ətinlik çəkirsinizsə, nəqliyyat vasitəsinin idarə olunması, yaxud avandanlıq və ya cihazlarla işləməyin mümkünlüyünü həkiminizdən soruşun.

İNSULATARD istifadə qaydası və dozası

İnsulinə olan ehtiyacınız barədə həkiminizlə və tibb bacınız ilə danışın. Onların məsləhətlərinə diqqətlə riayət edin. İnsulinə olan fərdi tələbat ümumiyyətlə, 0,3-1 BV/kq/gün arasındadır. Qaraciyər və böyrək çatışmazlığı qlükozaya olan tələbatı azalda bilər.

Həkim Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə, dozanızda dəyişikliklər ola bilər. Qanda şəkərin səviyyəsini müntəzəm ölçməyiniz məsləhətdir. İnsulatard® dərialtı inyeksiya üçün nəzərdə tutulub. İnsulini heç vaxt birbaşa vena daxili nə və ya əzələyə yeritməyin.

Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz nahiyəsinin fərqli yerlərinə yeridin. Bu dəridə nazikləşmə və qalınlaşma riskini azalda bilər (bax: “Əlavə təsirləri”). Bədəndə inyeksiya üçün ən münasib yerlər: sağrı əzələsi; budun ön tərəfi və bazu. Yalnız İnsulatard®-ın yeridilməsi və ya tez təsir göstərən insulinlərlə kombinə edilmə qaydası ►Əmin olun ki, sizdə insulin inyeksiyası üçün üzərində müvafiq vahid bölgü olan şpris vardır.

►Şprisə Sizə lazım olan insulin dozası qədər hava yığın. ►Həkiminiz və ya tibb bacınızın təlimatlarına diqqətlə riayət edin. ►Bu insulin inyeksiyasını etməzdən öncə, flakonu əllərinizdə diyirlədin ki, i çindəki maye bircinsli ağ və bulanıq olsun. Maye otaq temperaturunda olduqda daha asanlıqla durulaşdırılır.

►İnsulini dərialtına yeridin. Həkiminizin və ya tibb bacınızın məsləhət bildiyi üsuldan istifadə edin. ►İynəni azından 6 saniyə dərinizin altında saxlayın ki, bütün dozanın yeridilməsinə əmin olasınız. Kritik vəziyyətdə nə etmək lazımdır?

Əgər hipoqlikemiya vəziyyətinə düşdünüzsə Hipoqlikemiya qanda şəkərin səviyyəsinin xeyli azalması deməkdir. Hipoqlikemiya barədə xəbər verən əlamətlər təsadüfən peyda olur. Bu əlamətlər – soyuq tər, soyuq və rəngi a vazımış dəri, baş ağrısı, bərk ü rək döyüntüsü, ürəkbulanma, bərk aclıq hissi, gö rmə qabiliyyətində m üvəqqəti dəyişiklik, yuxululuq, qeyri-adi yorğunluq və zəiflik, əsəbilik və ya titrəmə, həyəcan, narahatlıq hissi, konsentrasiyada çətinlik. Bu əlamətlərdən hər hansı birini hiss edirsinizsə, qlükoza həblərini qəbul edin və ya tərkibində çoxlu şəkər olan çərəz, konfet, biskvit yeyin, meyvə şirəsi için, sonra istirahət edin.

Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə, insulin istifadə etməyin. Hər ehtimala qarşı qlükoza həblərini, konfet, biskvit və ya meyvə şirəsini həmişə özünüzlə daşıyın. Qohumlarınıza, dostlarınıza və yaxın əməkdaşlarınıza bildirin ki, birdən birə huşunuzu itirsəniz, Sizi böyrü üstə uzadıb dərhal həkim çağırsınlar. Sizə heç bir yemək və ya içki verməsinlər, çünki boğulmaya səbəb ola bilər.

►Ağır hipoqlikemiyaya müdaxilə olunmazsa, beyin zədələnə bilər (müvəqqəti və ya həmişəlik) və hətta ölümlə nəticələnə bilər. ►Sizi huşsuz vəziyyətə gətirən hipoqlikemiya olubsa və ya Sizdə tez -tez hipoqlikemiya halları baş verirsə, həkimini zlə danışmağınız t övsiyə olunur. İnsulinin dozasında və istifadə vaxtında, yeməyinizdə və ya fiziki çalışmalarınızda dəyişiklik tələb oluna bilər. Qlükaqonun istifadəsi Qlükaqon hormonunun inyeksiyası ilə huşsuzluqdan daha tez ayılmaq mümkündür.

İnyeksiyanı bacaran şəxs etməlidir. Sizə qlükaqon inyeksiyası yeridilibsə, huşsuzluqdan ayılan kimi dərhal qlükoza qəbul etməlisiniz və ya şəkərli bir şey yeməlisiniz. Qlükaqon Sizə təsir etməzsə, xəstəxanada müalicə almalısınız. Qlükaqon inyeksiyasından sonra həkim ə müraciət etməyiniz lazımdır; hipoqlikemiya vəziyyətinə d üşməyinizin səbəbini bilməlisiniz ki, onun təkrarlanmasının qarşısını ala biləsiniz.

Hipoqlikemiyanın səbəbləri Qanda şəkər çox aşağı səviyyəyə d üşdükdə hipoqlikemiya baş verir. Bu aşağıdakı hallard a baş verə bilər. • Artıq dozada insulinin yeridilməsi • Çox az yemək və ya bir yemək qəbulunun buraxılması • Adət etdiyinizdən artıq fiziki çalışma Əgər qanınızda şəkərin səviyyəsi çox yüksəkdirsə Qanda şəkərin səviyyəsi çox yüksək ola bilər (buna hiperqlikemiya deyilir). Əlamətlər tədricən peyda olur.

Bu əlamətlər: tez-tez sidik ifrazı, susuzluq, iştah anın azalması, naxoşluq (ürəkbulanma və ya qusma), yuxululuq və ya yorğunluq hiss etmə, dərinin qızarıb, quru olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu. Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanda şəkərin səviyyə sini ölçün; mü mkündürsə, sidiyi də ketona görə yoxlayın, sonra gecikmədən həkimə müraciət edin. Bu, diabetik ketoasidoz adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müdaxilə olunmazsa, bu, diabetik komaya və ölümə səbəb ola bilər.

Hiperqlikemiyanın səbəbləri • İnsulin inyeksiyasını etməyi unutmusunuz • Hər dəfə lazım olandan daha az insulin istifadə edirsiniz • İnfeksiya və ya qızdırma • Adət etdiyinizdən daha çox yemək • Adət etdiyinizdən daha az fiziki çalışma

Prepared by  T-Soft E-Commerce.