Sevimlilərə əlavə edin
Paylaşın

İnsulipon 50 ml Inyeksiya üçün Məhlul

Məhsul Kodu : 111-23471
İstehsalçı ölkə : Türkiye
0 Şərh Şərh
8,00 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

İNSULİPON, inyeksiya üçün məhlul

İNSULİPON tərkibi

Təsiredici maddə: 1 flakonda 600 mq tiokt turşusu vardır.

İNSULİPON, istifadəsinə göstərişlər

Böyüklərdə periferik (sensomotor) diabetik polineyropatiyanın simptomlarının müalicəsi.

Əks göstərişlər

Tiokt turşusuna və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İnsulipon 18 yaşınadək olan uşaqlar və yeniyetmələrdə istifadəyə əks göstərişdir, çünki bu qrup xəstələrdə istifadənin klinik təcrübəsi yoxdur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik: Heyvanlar üzərində aparılan tədqiqatlarda tiokt turşunun reproduktiv funksiyaya birbaşa və ya dolayı mənfi təsir göstərmədiyi aşkar edilmişdir. İnsulipon hamiləlik dövründə yalnız ana üçün fayda və döl üçün risk nisbətini diqqətlə qiymətləndirdikdən sonra istifadə edilməlidir.

Laktasiya: Tiokt turşunun/onun metabolitlərinin ana südü ilə ifrazı haqqında məlumat yoxdur. Ana südü ilə qidalanmanın dayandırılması və ya İnsuliponun ləğv olunması qərarı ana südü ilə qidalandırmanın uşaq üçün faydaları və ana üçün dərman istifadəsinin faydaları nəzərə alınmaqla qəbul edilir.

İNSULİPON, istifadə qaydası

Dozalanması: Tövsiyə olunan doza: 50 ml məhlul (600 mq tiokt turşusuna ekvivalent) gündə 1 dəfə. İlkin mərhələdə müalicənin davametmə müddəti 2-4 həftə təşkil edir. Sonra isə gündə 300-600 mq dozada peroral qəbul üçün tiokt turşunun dərman formaları ilə dəstəkləyici müalicəyə keçirlər. Diabetik polineyropatiyanın müalicəsinin əsasını şəkərli diabetin müvafiq müalicəsi təşkil edir.

İstifadə üsulu: İnsulipon venadaxili yavaş-yavaş yeridilməlidir (tiokt turşusunun yeridilmə sürəti dəqiqədə 50 mq-dən çox olmamalıdır, yəni dəqiqədə 4,2 ml məhlul). İnfuziya birbaşa flakondan, işıqdan qoruyucu futlyarda və ya infuzomat vasitəsilə aparılır. İnfuziya vaxtı ən azı 12 dəqiqə olmalıdır.

Əlavə təsirləri

Qan və limfa sistemi: çox nadir hallarda – trombopatiyalar.
İmmun sistemi: tezlik məlum deyil – səpgi, övrə, ekzema və qaşınma kimi allergik reaksiyalar, anafilaktik reaksiyalar, autoimmun insulin sindromu (AIS).
Maddələr mübadiləsi: çox nadir hallarda - hipoqlikemiya.
Sinir sistemi: nadir hallarda – disgevziya; çox nadir hallarda – qıcolmalar, baş ağrısı, başgicəllənmə, hiperhidroz.
Görmə: çox nadir hallarda – diplopiya, görmə qabiliyyətinin aydın olmaması.
Mədə-bağırsaq: nadir hallarda – ürəkbulanma, qusma.
Dəri və dərialtı toxumalar: çox nadir hallarda – purpura.
Ümumi: tez-tez – sürətli yeritmə zamanı kəllədaxili təzyiqin artması; çox nadir hallarda – inyeksiya nahiyyəsində reaksiyalar.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-23471

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce