Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

L-Tiroksin Berlin-xemi 50 mkg N50 tb

Məhsul Kodu : 111-05925
İstehsalçı ölkə: Almaniya
2,96 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

L-TİROKSİN 50 Berlin-Hemi, tabletlər

L-Tiroksin tərkibi

  Təsiredici maddə:   1 tabletin tərkibində 53,2-56,8 mikroqram levotiroksin- natrium x H2O (50 mikroqram levotiroksin-natriuma müvafiq) vardır. Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, nişasta  qlikolyatın natrium duzu (A tipi), dekstrin, uzunzəncirli  parsial qliseridlər.

İstifadəsinə göstərişlər:

  L-Tiroksin 50 Berlin-Hemi  preparatı  aşağıdakı  hallarda  istifadə  olunur:  - qalxanabənzər  vəzinin  hipofunksiyasının  bütün  formalarında  tireoid  hormon  olmadıqda onu  əvəz  etmək  üçün;  - qalxanabənzər  vəzidə  aparılan  zobun  cərrahi  əməliyyat  vasitəsilə  xaric  olmasından  sonra qalxanabənzər  vəzinin  normal  funksional  fəaliyyəti  olduqda  zob  xəstəliyinin (qalxanabənzər vəzinin  böyüməsi) təkrarlanmasının  profilaktikası  üçün;  - qalxanabənzər  vəzinin  normal  funksional  fəaliyyəti  fonunda  xoşxassəli  zob  xəstəliyinin müalicəsi;  - qalxanabənzər  vəzinin  yüksəlmiş  funksiyalarının  tireostatiklərlə (qalxanabənzər  vəzinin yüksəlmiş  funksiyalarını  tormozlayan  dərman  preparatları) müalicəsi  fonunda, normal metabolizm  vəziyyətinə  çatdıqdan  sonra  köməkçi  terapiya  vasitəsi  kimi;  L-Tiroksin 50 Berlin-Hemi  preparatı  bütün  yaş  qruplarından  olan  pasiyentlər  üçün  istifadə oluna  bilər. 

Əks göstərişlər:

  - Levotiroksin-natriuma    ya  preparatın  tərkibində  olan  hər  hansı  komponentə  qarşı  yüksək  həssaslıq;  - aşağıda  sadalanan  xəstəlik    vəziyyətlər: qalxanabənzər  vəzinin  müalicə  olunmayan hipertireozu, müalicə  olunmayan  adrenokortikal  çatışmazlıq, müalicə  tələb  edən  adrenokortikal  çatışmazlığa  səbəb  olan  müalicə  olunmayan  hipofizar  çatışmazlıq, yaxın  zamanlarda keçirilmiş  miokard  infarktı, ürək  əzələsinin  kəskin  iltihabı (miokardit), ürək  divarının  bütün qatlarının  kəskin  iltihabı (pankardit).  Hamiləlik  dövründə  qalxanabənzər  vəzinin  hiperfunksiyasının  müalicəsi  üçün  dərman preparatları (tireostatiklər) qəbul  edildikdə  L-Tiroksin 50 Berlin-Hemi  preparatından  istifadə etmək  olmaz.  L-Tiroksin 50 Berlin-Hemi  preparatını  istifadə  etməzdən  əvvəl  aşağıda  göstərilən  xəstəlik və  vəziyyətləri  istisna  etmək    ya  onları  müalicə  etmək  lazımdır:  - ürəyin  işemik  xəstəliyi;  - ürək  nahiyəsində  ağrı    sinədə  sıxılma  hissi (stenokardiya);  - yüksək  arterial  təzyiq;  - hipofiz  çatışmazlığı  və/və  ya  böyrəküstü  vəzilərin  qabıq  maddəsinin  çatışmazlığı;  - qalxanabənzər  vəzidə  nəzarət  olunmayan  tireoid  hormon  ifraz  edən  sahələrin  mövcud olması (qalxanabənzər  vəzinin  avtonomiyası);  Qalxanabənzər  vəzinin  funksional  vəziyyətinin  müayinəsi  üçün  qalxanabənzər  vəzinin supressiyası  ilə  aparılan  testi  həyata  keçirməzdən  əvvəl  yuxarıda  sadalanan  xəstəlik    ya vəziyyətləri  istisna  etmək    ya  onların  müalicəsini  aparmaq  lazımdır. Bununla  belə, qalxanabənzər  vəzinin  avtonomiyasını  istisna  etmək  tələb  olunmur, çünki  digər  məsələlərlə yanaşı, qalxanabənzər  vəzinin  supressiyası  ilə  aparılan  test  qalxanabənzər  vəzinin avtonomiyasının  da  aşkarlanmaşı  üçün  istifadə  edilir. 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

  Müalicəyə  başlamazdan  əvvəl  hamiləlik, laktasiya, ehtimal  edilən  hamiləlik    ya  hamiləliyin  planlaşdırılması  barədə  həkimi    ya  əczaçını  məlumatlandırmaq  lazımdır.   Hamiləlik    laktasiya  dövründə  tireoid  preparatlarla  lazımi  müalicə  xüsusilə  vacibdir. Bu səbəbdən  fasiləsiz  həkim  nəzarətində  olmaq  lazımdır. L-Tiroksin 50 Berlin-Hemi  preparatının  hamiləlik  dövründə  geniş  istifadə  olunmasına  baxmayaraq, Levotiroksin  preparatının hamiləliyin  gedişinə    dölün    ya  yenidoğulmuş  körpənin  sağlamlığına  arzuolunmaz təsiri  indiyə  qədər  aşkarlanmayıb.  Hamiləlik  dövründə    hamiləllikdən  sonra  qalxanabənzər  vəzin  funksiyasına  nəzarət  etmək  lazımdır. Hamiləlik  dövründə  qanda  estrogenin (qadın  cinsiyyət  hormonu) miqdarı yüksək  olduğuna  görə, Levotiroksin  preparatının  dozasının  korreksiyası  tələb  oluna  bilər.  Hamiləlik  dövründə  L-Tiroksin 50 Berlin-Hemi  preparatını  qalxanabənzər  vəzinin  hiperfunksiyasının  müalicəsi  üçün  istifadə  olunan  preparatlarla (tireostatiklər) eyni  zamanda istifadə  etmək  olmaz, çünki  bu  zaman  tireostatiklərin  daha  yüksək  dozalarda  istifadəsi  tələb  oluna  bilər.  Tireostatiklər (Levotiroksindən  fərqli  olaraq) plasentar  səddən  keçib  dölün  qan  dövranına daxil  olaraq  dölün  qalxanabənzər  vəzinin  hipofunksiyasına  səbəb  ola  bilərlər. Bu  səbəbdən, hamiləlik  dövründə  qalxanabənzər  vəzinin  hiperfunksiyasını, tireostatiklərin, yalnız  aşağı dozaları  ilə  müalicə  etmək  lazımdır.  Levotiroksin  preparatının, hətta  yüksək  dozalarından  istifadə  etdikdə  belə, ana  südünə  nüfuz edən  tireotrop  hormonun  miqdarı, əhəmiyyətsiz  dərəcədə  az  olduğundan, preparatın  laktasiya  dövründə  istifadəsi  təhlükə  törətmir. Preparatın, kişilərin    qadınların  reproduktiv  funksiyasına  təsiri  barədə  heç  bir  elmi  sübut yoxdur. Hər  hansı  bir  şübhə    ya  buna  işarə  edən  dəlil  mövcud  deyil. 

L-Tiroksin istifadə qaydası, dozası

  Preparatı  həkim    ya  əczaçının  təyinatına  müvafiq  olaraq  istifadə  etmək  lazımdır. Preparatın  istifadəsilə  bağlı  suallar  yarandıqda  həkimə    ya  əczaçıya  müraciət  etmək lazımdır.  Müayinələrin  nəticələrinə  əsasən, preparatın  fərdi  sutkalıq  dozası  həkim  tərəfindən  müəyyən  olunur.   Dozalanması  Fərdi  müalicə  üçün, məsələn, müalicəni  başlamaq, yetkin  pasiyentlərdə  dozanı  artırılmaq, həmçinin  uşaqların  müalicəsi  üçün  təsiredici  maddənin  müxtəlif  dozalı  bölünən  tabletlər mövcuddur.  Əldə  olan  simptomatikadan  asılı  olaraq, aşağıdakı  məsləhətlərə  əməl  etmək  lazımdır:  - qalxanabənzər  vəzinin  hipofunksiyasının  müalicəsi  üçün  yetkin  pasiyentlərə  sutkada  25-50 mkq  Levotiroksin-natrium  təyin  olunur (1/2 -1 tablat  L-Tiroksin 50 Berlin-Hemi  preparatına  müvafiqdir). Həkimi  təyinatına  əsasən  doza  2-4 həftə  intervalı ilə  25-50 mkq  artırılaraq   sutkada  100-200 mkq  Levotiroksin-natriuma (2-4 tablet  L-Tiroksin 50 Berlin-Hemi  preparatına  müvafiqdir) çatdırıla  bilər.  - qalxanabənzər  vəzidə  aparılan  urun  cərrahi  əməliyyat  vasitəsilə  xaric  olmasından  sonra zobun  təkrarlanmasının  profilaktikası  üçün    xoşxassəli  zob  xəstəliyinin  müalicəsi  üçün sutkada  75-200 mkq  Levotiroksin-natrium  təyin  olunur (1 ½ - 4 tabletə  qədər  L-Tiroksin 50 Berlin-Hemi  preparatına  müvafiqdir).  - qalxanabənzər  vəzinin  yüksəlmiş  funksiyalarının  tireostatiklərlə  müalicəsi  fonunda köməkçi (əlavə, birlikdə  aparılan) terapiya  vasitəsi  kimi  sutkada  50-100 mkq  Levotiroksinnatrium  təyin  olunur (1-2 tablet  L-Tiroksin 50 Berlin-Hemi  preparatına  müvafiqdir).  - Qalxanabənzər  vəzinin  bədxassəli  şişi  zəminində  qalxanabənzər  vəziyə  cərrahi  müdaxilə olduqda  sutkada  150-300 mkq  Levotiroksin-natrium  təyin  olunur (3-6 tablet  L-Tiroksin 50 Berlin-Hemi  preparatına  müvafiqdir). Tireoid  hormonun  daha  aşağı  dozalarının  istifadəsi    kifayət  edə  bilər.  Qalxanabənzər  vəzinin  funksiyasının  azalmasından  əziyyət  çəkən  uşaqlar (anadangəlmə    qazanıl-mış  hipotireoz)  - Qalxanabənzər  vəzinin  funksiyasının  aşağı  düşməsinin  uzunmüddətli  müalicəsində (anadangəlmə    qazanılmış  hipotireoz), Levotiroksinin  dəstəkləyici  dozası, adətən, bədən səthinin  hər  kvadrat  metri  hesabına  sutkada  100-150 mkq  təşkil  edir.  - Orqanizmdə  Levotiroksinin  tez  bərpa  olması  vacib  olan, psixi    fiziki  inkişaf  üçün xüsusi  əhəmiyyət  kəsb  edən  yenidogulmuş    körpə  uşaqlarda  qalxanabənzər  vəzinin anadangəlmə  hipofunksiyasının  müalicəsi  üçün  məsləhət  görülən başlanğıc  doza  ilk  3 ay müddətində  bədən  kütləsinin  hər  kiloqramına  sutkada  10-15 mkq  təşkil  edir. Sonra  doza klinik  göstəricilərdən (xüsusən, qanda  qalxanabənzər  vəzinin  hormonunun  miqdarından) asılı olaraq, fərdi  qaydada  seçilir.  - Qalxanabənzər  vəzinin  qazanılmış  hipofunksiyasının  müalicəsi  üçün  məsləhət  görülən başlanğıc  doza  sutkada  12,5-50 mkq  Levotiroksinin  təşkil  edir. Hər  2-4 həftədən  bir  doza tədricən  artırılaraq, hormonun  əvəz  olunması  tamamlanana  qədər, tam  dozaya  çatdırılmalıdır. Bu  zaman, qanda  qalxanabənzər  vəzinin  hormonunun  miqdarı  əhəmiyyət kəsb  edir.  Yaşlı  pasiyentlər, ürəyin  işemik  xəstəliyindən    qalxanabənzər  vəzinin  hipofunksiyasından əziyyət  çəkən  pasiyentlər Yaşlı  pasiyentlərdə, ürəyin  işemik  xəstəliyindən  əziyyət  çəkən  pasiyentlərdə    qalxanabənzər  vəzinin  ağır    ya  uzunmüddətli  hipofunksiyasından  əziyyət  çəkən  pasiyentlərdə qalxanabənzər  vəzinin  hormon  preparatları  ilə  müalicəni  ehtiyatla  başlamaq  lazımdır. Bu  o deməkdir  ki, preparatla  müalicəni  ən  aşağı  dozadan  başlamaq    dozanı  tədricən, uzunmüddətli  intervallarla, qanda  qalxanabənzər  vəzinin  hormonlarının  səviyyəsinə  tez-tez  nəzarət  etməklə  artırmaq  lazımdır.  Bədən  kütləsi  aşağı  olan  pasiyentlər    böyük  ölçülü  düyünlü  zob  olan  pasiyentlər  Toplanan  təcrübəyə  göstərir  ki, bədən  kütləsi  aşağı  olan    böyük  ölçülü  düyünlü  zobu olan  pasiyentlərin  müalicəsi  üçün  preparatın  kiçik  dozalarının  istifadəsi  kifayət  edir.  Tabletin  bölünməsi  Tabletləri  iki  eyni  hissəyə  bölmək  olar.  Tableti, düz    möhkəm  müstəviyə, bölünmə  üçün  çərtmə  olan  tərəfini  yuxarı  tutaraq yerləşdirmək  lazımdır. Tabletin  üzərindən  sıxdıqda, tablet  iki  hissəyə  bölünür.  

Prepared by  T-Soft E-Commerce.