Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

LEVEMIR FLEXPEN 100 IU 3ML N5 PEN

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-07064
İstehsalçı ölkə: Danimarka
118,08 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

LEVEMİR FLEKSPEN, 100 TV/ml inyeksiya üçün məhlul (qələmdə)

LEVEMİR FLEKSPEN tərkibi

Tәsiredici maddә: 1 ml inyeksiya məhlulunun tərkibində 100 TV detemir insulini vardır.

İstifadəsinə göstərişlər

Levemir® böyüklərdə, yeniyetmələrdə və 1 yaşdan yuxarı uşaqlarda şəkərli diabetin müalicəsində istifadə olunur. Diabet zamanı bədən qandakı şəkərin miqdarını tənzimləmək üçün kifayət qədər insulin ifraz etmir. 2-ci tip şəkərli diabetin müalicəsində Levemir® həmçinin peroral antidiabetik dərman vasitələri ilə və ya insulindən başqa inyeksiya edilə bilən antidiabetik preparatlarla kombinasiyada istifadə oluna bilər. Levemir® həmçinin tez təsir göstərən, yeməklə əlaqəli insulin məhsulları ilə istifadə oluna bilər. Digər insulinlərlə müqayisədə Levemir® ilə müalicə çox çəki artımı ilə nəticələnmir.

Əks göstərişlər

Levemir®-i aşağıdakı hallarda istifadә etmәyin

►Detemir insulininə və ya Levemir®-in tərkibində olan hər hansı digər maddəyə qarşı allergiya (yüksək həssaslıq) (bax: "Tərkibi")

►Hipoqlikemiyanın yaxınlaşdığını hiss edirsinizsə (qanda şəkərin səviyyəsinin azalması). (bax:

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı bir dərman vasitəsini qəbul etməzdən əvvəl öz həkiminiz və ya əczaçınız ilə məsləhətləşin.

► Hamiləsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamiləlik zamanı və xüsusilə də, doğuşdan sonra insulin dozanızın dəyişdirilməsinə ehtiyac yarana bilər. Şəkərli diabetinizə dəqiq nəzarət olunması və hipoqlikemiyanın qarşısının alınması körpənizin sağlamlığı üçün vacibdir.

► Əgər uşaq əmizdirirsinizsə, həkiminizlə məsləhətləşin, belə ki, insulin dozanıza dəyişiklik etmək tələb oluna bilər

Pediatriyada istifadәsi Levemir® yeniyetmələrdə və 1 yaş və yuxarı olan uşaqlarda istifadə oluna bilər. 1 yaşdan aşağı olan uşaqlarda Levemir®-in istifadəsinə dair heç bir təcrübə yoxdur.

Xüsusi populyasiyalarda istifadә qaydası Əgər Sizdə böyrək və ya qaraciyər çatışmazlığı varsa və ya Sizin yaşınız 65-dən yuxarıdırsa, Sizin qanda şəkəri daha müntəzəm yoxlamalı və insulin dozanızdakı dəyişiklik barədə həkiminizlə məsləhətləşməlisiniz.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Əgər qanınızda şəkərin səviyyəsi aşağı və ya yüksəkdirsə, bu, Sizin diqqətinizi toplamaq və cəld reaksiya verə bilmək, bununla da, avtomobil idarə etmək və ya avadanlıq və cihazlarla işləmək bacarığınıza təsir edə bilər. Yadda saxlayın ki, Siz özünüzü və başqalarını təhlükə altına ata bilərsiniz. Əgər Sizdə tez-tez hipoqlikemiya halları olursa və ya hipoqlikemiyanı müəyyən etməkdə çətinlik çəkirsinizsə, nəqliyyat vasitəsinin və ya avadanlığın idarə olunması mümkünlüyünü həkiminizdən soruşun.

LEVEMİR FLEKSPEN istifadə qaydası və dozası

Dozalar İnsulinə olan ehtiyacınız barədə həkiminiz və ya tibb bacınız ilə danışın. Həkiminiz məsləhət görmədiyi təqdirdə insulininizi dəyişdirməyin. Rəng kodlu Levemir® FleksPen® preparatını həkiminiz və ya tibb bacınızın göstərişinə uyğun qəbul etdiyinizdən əmin olun və onların məsləhətlərinə diqqətlə riayət edin. Dozanızın aşağıdakı hallarda həkiminiz tərəfindən tənzimlənməsinə ehtiyac ola bilər:

• Həkiminiz Sizi bir növ və ya marka insulindən digərinə keçiribsə və ya

• Həkiminiz Levemir® müalicəsindən başqa, diabetin müalicəsi üçün digər dərman vasitəsi əlavə edibsə Tәyin olunma rejimi Levemir® oral antidiabetik dərmanlarla kombinasiyada və ya inyeksiya edilə bilən digər antidiabetik preparatlarla əlavə olaraq istifadə edildikdə, gündə bir dəfə təyin edilməlidir. Levemir® bazal-bolus insulin rejiminin bir hissəsi kimi istifadə edilirsə, Levemir® xəstənin tələbatından asılı olaraq gündə bir və ya iki dəfə təyin edilməlidir. Levemir® -in dozası fərdi şəkildə tənzimlənməlidir. İnyeksiya günün istənilən saatında, lakin hər gün eyni saatda yeridilə bilər. Qanda şəkərin səviyyəsinə nəzarəti optimallaşdırmaq üçün gündə iki dəfə doza tələb olunan xəstələrdə axşam dozası axşam və ya yatmazdan əvvəl təyin oluna bilər. Bu insulin necә istifadә olunur Levemir® dərialtı inyeksiya üçün nəzərdə tutulub. İnsulini heç vaxt birbaşa damara və ya əzələyə yeritməyin. Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz nahiyəsinin fərqli yerlərinə yeridin. Bu, dəridə nazikləşmə və qalınlaşma riskini azalda bilər (bax: “Əlavə təsirləri”). Bədəndə inyeksiya üçün ən münasib yerlər: belin ön tərəfi (qarın nahiyəsi); ombaların ön tərəfi və bazu. Qanınızda şəkərin səviyyəsini müntəzəm ölçməlisiniz. Levemir®-in alkoqollu içki ilә qәbulu

►Alkoqollu içki qəbul edirsinizsə, insulinə olan tələbatınız dəyişə bilər, belə ki, qanınızda şəkərin səviyyəsi yüksələ və ya azala bilər. Bu zaman dəqiq nəzarət tövsiyə olunur. İnsulin inyeksiyasını etmәyi unutmuşsunuzsa İnsulin inyeksiyasını etməyi unutmuşsunuzsa, qanınızda şəkərin səviyyəsi çox yüksələ bilər (buna hiperqlikemiya deyilir). Bu həmçinin aşağıdakı hallarda baş verə bilər.

• Hər dəfə lazım olandan daha az insulin yeridilməsi.

• İnfeksiya və ya qızdırma.

• Adət etdiyinizdən daha çox yemək.

• Adət etdiyinizdən daha az fiziki çalışma. Əlamətlər tədricən peyda olur. Bu əlamətlər: tezləşmiş sidik ifrazı, susuzluq, iştahanın azalması, naxoşluq (ürəkbulanma və ya qusma), yuxululuq və ya yorğunluq hiss etmə, dərinin qızarıb quru olması, ağızda quruluq hissi və nəfəsdən gələn aseton qoxusu. Bu, diabetik ketoasidoz (şəkər əvəzinə yağın parçalanması nəticəsində qanda keton cisimciklərinin artması) adlanan çox ciddi bir vəziyyətin əlamətləri ola bilər. Müalicə olunmazsa, bu, diabetik komaya və ölümə səbəb ola bilər. Bu əlamətlərdən hər hansı biri Sizdə varsa, qanınızda şəkərin səviyyəsini ölçün, mümkündürsə, sidiyi də ketona görə yoxlayın, sonra gecikmədən həkimə müraciət edin. İnsulin inyeksiyaları dayandırılarsa Bu, ağır hiperqlikemiya hallarına (qanda şəkərin səviyyəsinin çox yüksək olması) və ketoasidoza gətirib çıxarda bilər. Həkiminzlə məsləhətləşmədən insulin inyeksiyalarını dayandırmayın. Həkiminiz Sizə nə etmək lazım olduğu barədə məsləhət verəcək. Bu məhsulun istifadəsi ilə bağlı hər hansı əlavə sualınız olarsa, həkiminiz və ya əczaçınız ilə məsləhətləşin.

Prepared by  T-Soft E-Commerce.