Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

MEPRIL 4MG N30 TB

Məhsul Kodu : 111-14898
İstehsalçı ölkə: Türkiye
6,29 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

MEPRİL, tabletlər

MEPRİL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 1 mq, 2 mq, 3 mq və ya 4 mq qlimepirid vardır

İstifadəsinə göstərişlər

İnsulindən asılı olmayan (II tip) şəkərli diabet, pəhriz ilə müalicənin və fiziki hərəkətlərin effektsiz olduğu zaman istifadə olunur.

Əks göstərişlər

Qlimepiridə, digər sulfonilkarbamid törəmələrinə, sulfanilamidlərə və ya preparatın tərkibinə daxil olan digər komponentlərə qarşı yüksək həssaslıq. Hamiləlik və laktasiya dövrü. İnsulindən asılı (I tip) şəkərli diabet (məs., anamnezdə ketoasidoz olan şəkərli diabet ilə xəstələrin müalicəsi), diabetik ketoasidoz, diabetik prekoma və ya koma. Ağır böyrək və ya qaraciyər çatışmazlığı olan xəstələrdə qlimeridin istifadəsi haqqında təcrübə yoxdur.

Belə hallarda insulinə keçməsi zamanı optimal metabolik nəzarət təmin olunmalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Mepril dölə mənfi təsir etdiyinə görə onun hamilələrdə istifadə edilməməlidir. Planlaşdırılmış hamiləlik zamanı və ya hamiləliyin başlanması zamanı qadını insulinlə müalicəyə keçirmək lazımdır. Qlimepirid ana südü ilə xaric olunur. Bununla əlaqədar olaraq laktasiya dövründə ya Mepril preparatın qəbulu dayandırılmalı və xəstə insulinlə müalicəsinə keçirilməlidir, ya da ana südü ilə qidalandırma dayandırılmalıdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Müalicənin başlanğıcında, bir preparatdan digər preparata keçən zaman, Meprilin qeyri müntəzəm qəbulu zamanı hipo- və hiperqlikemiya əlaməti kimi, xəstədə diqqətin konsentrasiyasının azalması və ya psixomotor reaksiyaların sürətinin zəifləməsi müşahidə oluna bilər. Bu hal nəqliyyat və ya müxtəlif mexanizmləri idarəetmə zamanı nəzərə alınmalıdır.

MEPRİL istifadə qaydası və dozası

Mepril tabletləri bütöv, çeynəmədən, kifayət qədər maye ilə (məs., yarım stəkan su ilə) qəbul olunmalıdır. Tabletlər iki bərabər dozaya bölünə bilər. Preparat qida qəbulundan bir az əvvəl və ya qida qəbulu zamanı qəbul olunur. Meprilin dozası qanda qlükozanın səviyyəsinə görə müəyyən olunur.

Ən az metabolik dəyişikliklərə nəzarət edə bilən qlimepiridin ən az dozasını seçmək lazımdır. Müalicə müddətində qanda və sidikdə qlükoza səviyyəsinə müntəzəm olaraq nəzarət edilməlidir. Qanda qlikolizə olunmuş hemoqlobin səviyyəsinin müntəzəm təyini də tövsiyə olunur. Preparatın qəbulunun unudulması sonrakı qəbul zamanı dozanın artırılması ilə müşayiət olunmamalıdır.

Preparatın qəbulunun və ya qida qəbulunun unudulması, preparatın qəbul unun imkan olmaması kimi halları həkim əvvəlcədən xəstə ilə müzakirə edilməlidir və xəstə belə hallarda görülən tədbirlərin haqqında məlumatlandırılmalıdır. Başlanğıc doza və doza seçimi Müalicənin əvvəlində gündə bir dəfə 1 mq Mepril t əyin olunur. Lazım gəldikdə gündəlik doza artıra bilər. Gündəlik doza qanda qlükozanın miqdarına daimi nəzarət olunaraq tədricən (1-2 həftəlik intervalla), qeyd olunan sxemdəki kimi artırıla bilər: 1 mq-2 mq-3 mq-4 mq-6 mq və ya 8 mq xüsusi hallarda.

Yaxşı nəzarət olunan şəkərli diabetli xəstələrdə doza diapazonu Gündəlik doza adətən 1-4 mq təşkil edir. Bəzi xəstələrə 6 mq-dan yüksək gündəlik dozanın qəbulu effektiv ola bilər. Dozalanma rejimi Gündəlik dozanın qəbul vaxtı və tezliyi həkim tərəfindən xəstənin həyat tərzi nəzərə alınaraq müəyyən olunur. Adətən birdəfəlik gündəlik dozanın qəbulu kifayət olur.

Preparatın tətbiqi tamdəyərli səhər yeməyindən əvvəl və ya səhər yeməyi zamanı, yaxud gün ərzində ilk qida qəbulundan əvvəl və ya qida qəbulu zamanı tövsiyə olunur. Preparatın tətbiqindən sonra yeməyin qəbulu buraxmamaq çox vacibdir. Metabolik nəzarətin yaxşıllaşdırılması insulinə həssaslığın yüksəlməsi ilə əlaqədərdır. Buna görə müalicə zamanı Meprilə tələbat azala bilər.

Hipoqlikemiya əmələ gəlməsinin qarşısını almaq üçün dozanı vaxtında azaltmaq və ya qəbulu dayandırmaq lazımdır. Doza korreksiyası xəstənin çəkisinin dəyişildiyi zaman, həyat tərzinin dəyişildiyi zaman yaxud hipo- və ya hiperqlikemiya yaranmasına səbəb ola bilən digər faktorların təsiri zamanı həyata keçirilməlidir. Bir qayda olaraq Meprillə müalicə uzunmüddətli aparılmalıdır. Xəstənin başqa peroral hipoqlikemik preparatdan Meprilə keçirilməsi Mepril və digər peroral hipoqlikemik preparatların dozaları arasında dəqiq əlaqə yoxdur.

Digər preparatlardan Meprilə keçən zaman doza 1 mq-dan başlanılmalıdır (hətta digər peroral hipoqlikemik preparatın maksimal dozasından Meprilə keçirilsə belə). Əvvəl istifadə edilən hipoqlikemik preparatın effektinin dərəcəsi və müddəti nəzərə alınmalıdır. Hipoqlikemiyanın yaranma riskini artıran, additiv reaksiyanın qarşısını almaq üçün preparatın qəbulunun dayandırılmasına ehtiyac yarana bilər. Metforminlə kombinasiyada istifadəsi Qlimepiridin və ya metforminin maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxş olunmadıqda həmin peroral antidiabetik preparatların kombinasiyası ilə müalicəni başlamaq olar.

Əlavə müalicə minimal dozadan başlanır qanda qlükoza səviyyəsindən asılı ola raq tədricən, qündəlik maksimal dozaya qədər, artırılır. Kombinəolunmuş müalicə ciddi tibbi nəzarət altında başlanmalıdır. İnsulinlə kombinasiyada istifadəsi Mepril preparatının maksimal gündəlik dozada tətbiqi ilə şəkərli diabetin nəzarəti qənaətbəxş olunmadıqda eyni zamanda insulin təyin oluna bilər. İnsulinlə müalicə minimal dozadan başlanır və qanda qlükoza səviyyəsindən asılı olaraq tənzimlənilir.

Kombinəolunmuş müalicə ciddi tibbi nəzarət altında başlanmalıdır. İnsulindən Meprilə keçirilməsi Xüsusi hallarda insulində n istifadə edilən II tip şəkərli diabet olan xəstələrə Meprilə keçirilməsi göstərilə bilər. Keçirilmə ciddi tibbi nəzarət altında aparılmalıdır. Xüsusi xəstə qruplarına aid əlavə məlumatlar Böyrək/Qaraciyər çatışmazlığı olan xəstələr Böyrək çatışmazlığı olan xəstələrdə Meprilin istifadəsi haqqında məlumat məhduddur.

Böyrək çatışmazlığı olan xəstələr Meprilin hipoqlikemik təsirinə daha həssas ola bilər. Ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə preparatın istifadəsi əks göstərişdir. Ağır qaraciyər və böyrək çatışmazlığı olan xəstələrə adekvat metabolik nəzarəti təmin etmək üçün insulinə keçmək tövsiyə olunur. Pediatrik xəstələr 8 yaşa qədər uşaqlarda Meprilin istifadəsi haqqında məlumat yoxdur.

8 yaşından 17 yaşa qədər uşaqlarda monoterapiya kimi qlimepiridin istifadəsi haqqında məhdud məlumat var. Pediatrik xəstələrdə təhlükəsizlik və effektivlik haqqında kifayət qədər məlumat olmadığından bu qrupda preparatın istifadəsi tövsiyə olunmur. Yaşlı xəstələr Kişilərdə və qadınlarda, eləcə də gənc və yaşlı (65 yaşdan yuxarı) xəstələrdə farmakokinetika oxşar olmuşdur.

Prepared by  T-Soft E-Commerce.