Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 10 mq dapaqliflozinə ekvivalent dapaqliflozin propanediol monohidrat, 1000 mq metformin hidroxlorid vardır.
18 və yuxarı yaşlı pasiyentlərdə 2 -ci tip diabetin müalicəsi məqsədilə, pəhriz və fiziki məşqlərə əlavə olaraq qlikemik nəzarəti yaxşılaşdırmaq məqsədilə - Sulfonilsidikcövhəri törəmələri, tiazolidindionlar, dipeptidilpeptidaza-4 inhibitorları, uzunmüddətli təsirli eksenatid, insulin preparatları ilə kombinasiya şəklində (adekvat qlikemik kontrol olmazsa) 2-ci tip diabeti olan təsdiqlənmiş ürək -damar xəstəliyi və ya 2 və daha çox ürək -damar risk amilləri olan böyük pasiyentlərdə ürək çatışmazlığına görə hospitalizasiya riskini azaltmaq məqsədilə Xronik ürək çatışmazlığı - Ürək atımı fraksiyası azalmış xronik ürək çatışmazlığı olan böyük pasiyentlərdə (NYHA təsnifatına görə II - IV funksional sinfi) ürək-damar hadisəsi səbəbindən ölüm və ürək çatışmazlığına görə hospitalizasiya riskini azaltmaq məqsədilə Xronik böyrək çatışmazlığı -Xronik böyrək xəstəliyinin proqressivləşməsi riski olan böyük pasiyentlərdə YFS -nin sabit azalması riskini azaltmaq, xronik böyrək çatışmazlığının terminal mərhələsinin uzadılması, ürək -damar ağırlaşmaları səbəbindən ölüm və ürək çatışmazlığına görə hospitalizasiya riskini azaltmaq məqsədilə
- Dapaqliflozin və metformin, və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq - Anamnezdə dapaqliflozinə qarşı angionevrotik ödem halı - 1-ci tip şəkərli diabet (çünki ağır hipoqlikemiya ehtimalı istisna edilmir) - Hipoqlikemik şok - Kəskin və ya xronik metabolik asidoz, d iabetik ketoasidoz, qanda keton cisimciklərinin konsentrasiyanın artması - Diabetik koma və prekoma - Böyrək funksiyasının fizioloji azalması və dövran edən qan həcminin azalması səbəbindən, o cümlədən süd turşusu asidozu yaranması riski səbəbindən 60 yaşdan yuxarı yaş qrupu pasiyentlər - Qlomerulyar filtrasiya sürətinin 60 ml/dəq -dək azalması və ya şəkərli diabet ilə əlaqəli olmayan ağır böyrək çatışmazlığı ilə diabetik nefropatiya - Təzyiqin azalması və susuzlaşma ilə müşayiət olunan təsirinin artması səbəbiylə ilgək (furosemid, torasemid) və tiazidin (dixlortiazid, politiazid) diuretikinin qəbul edilməsi - QFS <25 ml/dəq/1,73m2 olan böyrək çatışmazlığı - Qaraciyər çatışmazlığı - Ağır infeksiya, toxuma hipoksiyasına gətirib çıxaran kəskin və xronik xəstəliklərin qabarıq klinik əlamətləri, (o cümlədən ürək çatışmazlığı, kəskin miokard infarktı, tənəffüs çatışmazlığı) - Damardaxili yeridilmə üçün kontrast yod tərkibli maddələr (o cümlədən uroqrafiya, xolangioqrafiya, angioqrafiya, KT) - Kəskin alkoqol intoksikasiyası - 18 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü
Preparatın hamilə qadınlar və ana südü ilə qidalanan uşaqlar üçün təhlükəsizliyi, habelə ana südü ilə xaric olması məlum deyil. Hamiləliyin 2-ci və 3-cü trimestrində və laktasiya dövründə istifadəsi əksgöstərişdir.
METAQLİF nəqliyyat vasitəsini və ya digər mexanizmləri idarə etmə qabiliyyətinə təsir göstərmir və ya əhəmiyyətsiz dərəcədə təsir göstərir. METAQLİF qəbul edərkən başgicəllənmə müşahidə olunarsa nəqliyyat vasitəsini və ya digər mexanizmləri idarə etməyin.
METAQLİF tablet qida qəbulundan asılı olmayaraq, günün istənilən saatında, amma hər gün eyni vaxtda olmaqla qəbul olunur. Gündə 1 dəfə 1 tablet olmaqla daxilə qəbul olunur. Tablet ½ stəkan su ilə daxilə qəbul olunur.