Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Novonorm 2 mq N30 tablet

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-01612
23,40 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

NovoNorm

NovoNorm tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 0,5 mq, 1 mq və ya 2 mq repaqlinid vardır.

İstifadəsinə göstərişlər

NovoNorm® 2-ci tip diabeti tənzimləməyə imkan verir və pəhrizə, fiziki hərəkətlərə əlavə olunur: adətən medikamentoz müalicə, təkcə pəhriz, fiziki hərəkətlər və bədən kütləsinin azaldılması yolu ilə qanda şəkərin səviyyəsinin tənzimlənməsi (azaldılması) mümkün olmadığı zaman aparılır. NovoNorm® həmçinin metformin və ya tiazolidindionlar və digər diabetik preparatlar ilə birlikdə

təyin oluna bilər. NovoNorm® qanda şəkərin səviyyəsini azaltmaq üçün göstərişdir, bu isə sizdə diabetin fəsadlarının qarşısını almağa kömək edir.

Əks göstərişlər

NovoNorm®-u aşağıdakı hallarda istifadə etməyin:

►Repaqlinidə və ya preparatın tərkibində olan hər hansı digər maddəyə qarşı allergiyanız varsa

►1-ci tip diabetiniz varsa

►Qanınızda turşuluğun səviyyəsi artıbsa (diabetik ketoasidoz)

►Ağır qaraciyər xəstəliyiniz varsa

►Gemfibrozil (qanda artmış piy səviyyəsinin azaldılması üçün istifadə olunan preparat) qəbul edirsinizsə.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləsinizsə və ya uşaq əmizdirisinizsə, hamilə olduğunuzu fikirləşirsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərman vasitəsini qəbul etməzdən öncə həkiminizlə məsləhətləşin. Hamiləsinizsə və ya hamiləliyi planlaşdırırsınızsa, NovoNorm®-u istifadə etməməlisiniz. Laktasiya dövründə NovoNorm®-u qəbul etməməlisiniz.

Pediatriada istifadəsi Sizin yaşınız 18-dən aşağıdırsa, bu dərman vasitəsindən istifadə etməyin.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Qanda şəkərin səviyyəsi aşağı və ya yuxarıdırsa, avtomobil idarə etmək və ya avadanlıq və ya cihazlardan istifadə etmək bacarığınız zəifləyə bilər. Yadda saxlayın ki, Siz özünüzü və başqalarını təhlükə altına ata bilərsiniz.

• Hipoqlikemiya halları tez-tez baş verirsə,

• Hipoqlikemiyanın əlamətlərindən bir neçəsi varsa, yaxud heç biri yoxdursa, nəqliyyat vasitəsinin idarə olunması mümkünlüyünü həkiminizdən soruşun.

NovoNorm istifadə qaydası və dozası

Bu dərman vasitəsini həmişə həkiminizin göstərişinə uyğun qəbul edin. Əmin deyilsinizsə, həkiminizlə məsləhətləşin. Sizə münasib dozanı həkiminiz təyin edir.

• Başlanğıc üçün normal doza hər əsas yeməkdən əvvəl 0,5 mq-dır. Tableti yeməkdən bilavasitə əvvəl və ya 30 dəqiqə əvvəl bir stəkan su ilə qəbul edin.

• Həkim dozanı 4 mq-a çatdıra bilər.Tabletlər yeməkdən bilavasitə əvvəl və ya 30 dəqiqə əvvəl qəbul edilməlidir. Maksimal gündəlik doza – 16 mq-dır. Həkiminiz təyin etdiyi NovoNorm®-un dozasını aşmayın. NovoNorm®-un alkoqol ilə qəbulu Alkoqol NovoNorm®-un qanda şəkərin səviyyəsini azaltma qabiliyyətini dəyişdirə bilər. Hipoqlikemiya əlamətlərinə diqqətli olun. NovoNorm®-u qəbul etməyi unutmuşsunuzsa Preparatın bir qəbulunu buraxmışsınızsa, növbəti dəfə preparatı normal dozada qəbul edin – ikiqat doza qəbul etməyin. NovoNorm®-un qəbulunu dayandırmışsınızsa NovoNorm®-un qəbulunu dayandırmışsınızsa, arzuolunan nəticəni əldə etməyəcəksiniz. Sizdə diabet ağırlaşa bilər. Müalicənizdə hər hansı dəyişiklik lazımdırsa, ilk öncə həkiminizlə danışın. NovoNorm®-un istifadəsinə dair əlavə suallarınız varsa, həkiminiz və ya əczaçınız ilə məsləhətləşin.

Prepared by  T-Soft E-Commerce.