Sevimlilərə əlavə edin
Paylaşın

Ozempik 0, 25/0, 5 Mq N1 Şpris

Məhsul Kodu : 111-24938
İstehsalçı ölkə : Danimarka
0 Şərh Şərh
205,00 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

OZEMPİK® 0,25 mq, 0,5 mq/doza dərialtı inyeksiya üçün məhlul

Ozempik tərkibi

Təsiredici maddə: 1 ml məhlulun tərkibində 1,34 mq semaqlutid vardır. Bir hazır doldurulmuş qələmin içərisində 1,5 ml məhlulda 2 mq semaqlutid vardır.
Köməkçi maddələr: dinatrium fosfat dihidrat, propilenqlikol, fenol, inyeksiya üçün su, natrium hidroksid, xlorid turşusu (pH -ın tənzimlənməsi üçün).

Əks göstərişlər

Aşağıdakı hallarda Ozempik®-dən istifadə etməyin:
- əgər Sizdə semaqlutidə və ya bu preparatın tərkibində olan digər maddələrə qarşı allergiyanız varsa;
- 1-ci tip şəkərli diabetdə;
- diabetik ketoasidoz zamanı.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin.

Bu preparat hamiləlik zamanı istifadə olunmamalıdır, çünki dölə təsiri məlum deyil. Əgər hamilə qalmaq istəyirsinizsə, ən azı iki ay əvvəl preparatın qəbulunu dayandırmaq lazımdır.
Uşaq əmizdirirsinizsə, bu preparatdan istifadə etməyin, çünki dərmanın ana südünə keçib-keçmədiyi məlum deyil.

Ozempik istifadə qaydası, dozası

Başlanğıc doza dörd həftə ərzində həftədə bir dəfə 0,25 mq-dır. Daha sonra həkiminiz dozanı həftədə bir dəfə 0,5 mq-a qədər artıra bilər. Əgər bu kifayət etməzsə, həftədə bir dəfə 1 mq-a qədər artırmaq mümkündür.

Preparat yalnız dərialtı inyeksiya üçün nəzərdə tutulub. İnyeksiyalar qarın, bud və ya bazu nahiyəsinə vurula bilər. Həftədə yalnız bir dəfə, mümkün qədər eyni gündə istifadə edilməlidir.

Əlavə təsirləri

Bütün dərman preparatları kimi, Ozempik® də əlavə təsirlər törədə bilər.

Çox geniş yayılmış əlavə təsirlər (10-da 1-dən çox hallarda): ürəkbulanma, ishal.
Geniş yayılmış əlavə təsirlər (10-da 1-dək hallarda): qusma, hipoqlikemiya (xüsusilə insulin və ya sulfonil sidik cövhəri preparatları ilə birlikdə istifadə edilərkən), qarında ağrı, qəbizlik, başgicəllənmə, iştahanın azalması, arıqlama.
Bəzən rast gəlinən əlavə təsirlər (100-də 1-dək hallarda): kəskin pankreatit, qastrit, reflyuks, qarında köp, inyeksiya yerində reaksiyalar.
Nadir əlavə təsirlər (1000-də 1-dək hallarda): ciddi allergik reaksiyalar (anafilaksiya).

Əgər gözlərdə görmə problemləri yaranarsa və ya qarında güclü ağrılar baş verərsə, dərhal həkimə müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-24938

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce