Sevimlilərə əlavə edin
Paylaşın

Qlibenklamid 5 Mq N50 Tablet

Məhsul Kodu : 111-06420
1 Şərh Şərh
2,40 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

QLİBENKLAMİD, tabletlər

Qlibenklamid tərkibi

Təsiredici maddə:   1 tabletin tərkibində 5 mq qlibenklamid vardır;  Köməkçi maddələr: laktoza monohidrat (süd şəkəri), povidon (aşağımolekullu tibbi    polivinilpirrolidon), maqnezium stearat, kartof nişastası. 

İstifadəsinə gostərişlər:

Dietoterapiyanın effektsiz olduğu zaman 2-ci tip şəkərli diabet.

Əks göstərişlər:

 - 1-ci tip şəkərli diabet;

 diabetik ketoasidoz, diabetik prekoma və koma; mədəaltı vəzinin rezeksiya sonrası vəziyyəti;

 qaraciyərin ağır funksional pozğunluqları;

 böyrəklərin ağır pozğunluqları; anamnezdə qlibenklamidə və/və ya sulfonil sidik cövhərinin digər törəmələrinə, sulfanilamidlərə, molekulunda sulfonamid qrupu olan diuretik vasitələrə və probenesidə qarşı yüksək həssaslıq, belə ki, çarpaz reaksiyalar baş verə bilər;

 infeksion xəstəliklər zamanı və ya böyük cərrahi əməliyyatlardan sonra insulin müalicəsinin göstəriş olduğu zaman karbohidrat mübadiləsinin dekompensasiyası; leykopeniya;

 bağırsaq keçməzliyi, mədənin parezi; qidanın sorulmasının pozulması və hipoqlikemiyanın inkişafı ilə müşayiət olunan vəziyyətlər; hamiləlik və laktasiya dövrü. Qlibenklamid aşağıdakı hallarda ehtiyatla istifadə edilməlidir:

  qızdırma sindromunda;

 qalxanabənzər vəzinin xəstəliklərində (funksiyanın pozulması ilə);

 hipofizin ön payının və böyrəküstü vəzilərin qabıq maddəsinin hipofunksiyasında; alkoqolizmdə; hipoqlikemiyanın inkişaf təhlükəsinə görə ahıl yaşlı xəstələrdə.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

 Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Qlibenklamid istifadə qaydası, dozası

 Preparatın dozası fərdi qaydada seçilir. Başlanğıc doza gündə 2,5 mq (1/2 tablet) təşkil edir. Lazım gələrsə, doza tədricən, karbohidrat mübadiləsinin kompensasiyası əldə edilənə qədər həftədə 2,5 mq (1/2 tablet) artırılır.  Preparatın gündəlik dəstəkləyici dozası, adətən, 5-10 mq (1-2 tablet) təşkil edir. Maksimal sutkalıq doza 15 mg (3 tablet). 15 mq-dan yüksək doza nadir hallarda istifadə olunur və hipoqlikemik effektin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmur.  Ahıl yaşlı pasiyentlər üçün başlanğıc doza gündə 1 dəfə 1 mq təşkil edir.  Preparatın qəbul sayı gündə 1-3 dəfədir. Tabletləri bütöv halda, çeynəmədən, az miqdarda maye ilə yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-06420

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce