Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 50 mq sitaqliptin (sitaqliptin fosfat monohidrat İNN şəklində), 500 mq metformin hidroxlorid vardır.
Sitagliptin/Metformin hidroxlorid kombinasiyası aşağıdakı xəstələrdə əks-göstərişdir:
• Böyrək xəstəliyi və ya böyrəklərin disfunksiyası, məsələn, plazmada kreatinin səviyyəsinin
artması (1,5 mq/dL [kişilərdə], 11,4 mq/dL [qadınlarda])
• Koma ilə və ya onsuz gedən diabetik ketoasidoz da daxil olmaqla kəskin və ya xroniki metabolik
asidoz.
• Anamnezində bu kombinasiyaya və ya sitagliptinə anafilaksiya və ya angioödem tipli ciddi
hiperhəssaslıq reaksiyasının olması.
Hamiləlik: Hamiləlik kateqoriyası B. Hamilə qadınlarda Metformin/Sitagliptinin və ya onun ayrı-ayrı komponentlərinin istifadəsinə aid adekvat və yaxşı nəzarət edilən tədqiqatlar yoxdur. Buna görə də, hamilə qadınlarda bu kombinasiyanın təhlükəsizliyi məlum deyildir. Hamiləlik dövründə Sitagliptin və Metforminin kombinasiyası yalnız aşkar şəkildə lazım olduqda istifadə edilməlidir.
Laktasiya dövrü: Sitagliptinin ana südü ilə xaric olub-olmadığı bilinmir. Bir çox preparatlar ana südü ilə xaric olunur, buna görə də, bu kombinasiyanı süd verən analara təyin etdikdə ehtiyatlı olmaq lazımdır.
Yaşı 18-dən aşağı olan uşaqlarda Sitagliptin/Metforminin təhlükəsizliyi və effektivliyi müəyyən
edilməmişdir.
Bu kombinasiyanın dozası xəstənin mövcud rejimi, effektivliyi və dözümlülüyü nəzərə alınmaqla fərdi təyin edilməli və Sitagliptinin tövsiyə olunan gündəlik 100 mq və metforminin 2000 mq dozasını aşmamalıdır.
Metforminlə əlaqədar olan mədə-bağırsaq traktına (GI) əlavə təsirləri azaltmaq üçün
Sitagliptin/Metformin kombinasiyası ümumiyyətlə yeməklə birlikdə gündə iki dəfə, doza tədricən
artırılmaqla verilməlidir.
Hal-hazırda metforminlə müalicə almayan xəstələrdə tövsiyə olunan başlanğıc doza gündə iki dəfədən olmaqla Sitagliptin 50 mq/Metformin hidroxlorid 500 mq-dır. Mədə-bağırsaq traktına metforminlə əlaqəli əlavə təsirləri azaltmaq üçün dozanın tədricən artırılması tövsiyə olunur.
Metforminlə müalicə alan xəstələrdə başlanğıc doza gündə iki dəfədən olmaqla Sitagliptin 50 mq
(ümumi gündəlik doza 100 mq) verilməli və xəstənin qəbul etdiyi metformin dozasının qəbulu davam etdirilməlidir.
Gündə iki dəfə 850 mq-dan metformin qəbul edən xəstələr üçün, bu kombinasiyanın tövsiyə olunan başlanğıc dozası gündə iki dəfə Sitagliptin 50 mq/Metformin hidroxlorid 1000 mq-dır.
İnsulin sekretoqoqa və ya insulinlə müalicə olunan xəstələrdə hipoqlikemiya riskini azaltmaq üçün bu kombinasiyanın birgə istifadəsi zamanı insulin sekretoqoqa (məsələn, sülfonil sidik cövhəri) və ya insulinin dozasının aşağı salınması tələb oluna bilər.