Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Siofor 1000 mq N60 tablet

Məhsul Kodu : 111-05092
İstehsalçı ölkə: Almaniya
7,76 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

SİOFOR 1000, örtüklü tabletlər

Siofor tərkibi

 Təsiredici maddə:    1 tabletin tərkibində 1000 mq metformin hidroxlorid vardır (780 mq  metforminə ekvivalentdir).  Köməkçi maddələr:  hipromelloza, povidon K 25, maqnezium stearat (Avropa Farmakopeyası  üzrə) (bitki mənşəli), makroqol 6000, titan dioksid (Е 171).

Tərkibi:

 Təsiredici maddə:    1 tabletin tərkibində 1000 mq metformin hidroxlorid vardır (780 mq  metforminə ekvivalentdir).  Köməkçi maddələr:  hipromelloza, povidon K 25, maqnezium stearat (Avropa Farmakopeyası  üzrə) (bitki mənşəli), makroqol 6000, titan dioksid (Е 171).

İstifadəsinə göstərişlər:

 Siofor® 1000 preparatı qanda qlükozanın səviyyəsinə nəzarət etmək üçün yalnız pəhriz və fiziki hərəkətlərin kifayət etmədiyi pasiyentlərdə 2-ci tip şəkərli diabetin ("insulindən asılı olmayan şəkərli diabet" də adlandırılır) müalicəsi üçün istifadə edilir. Bu preparat artıq çəkisi olan pasiyentlərdə xüsusilə geniş istifadə edilir. Böyüklər Siofor® 1000 preparatını həm monoterapiya üçün preparat kimi, həm də şəkərli diabetin müalicəsi üçün digər preparatlarla (həm daxilə qəbul üçün preparatlarla, həm də insulinlə) kombinasiyada qəbul edə bilərlər.  10 yaş və yuxarı uşaqlar, eləcə də yeniyetmələr Siofor® 1000 preparatını həm monoterapiya üçün preparat kimi, həm də insulin ilə birlikdə istifadə edə bilərlər.

Əks göstərişlər:

 Aşağıdakı hallarda Siofor® 1000 preparatını istifadə etmək olmaz:  − metformin hidroxloridə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə (“Tərkibi” bölməsində sadalanmışdır) qarşı allergiya olduqda. − böyrək funksiyalarının ağır dərəcəli pozulmaları zamanı; − əgər Sizdə qaraciyər xəstəlikləri varsa. − əgər Sizdə dekompensasiya olunmuş şəkərli diabet, məsələn, ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, ishal, sürətli çəki itkisi, laktoasidoz (aşağıda "Laktoasidozun inkişaf riski" bölməsinə baxın) və ya ketoasidoz vardırsa. Ketoasidoz – qanda "keton cisimcikləri" adlandırılan maddələrin toplandığı və diabetik prekomaya gətirib çıxara bilən vəziyyətdir. Ketoasidozun simptomlarına qarında ağrı, tezləşmiş və dərin tənəffüs, yuxululuq, ağızdan qeyri-adi meyvə iyinin gəlməsi aiddir. − əgər Siz, məsələn, davamlı və ya ağır ishal, ya da təkrarlanan çoxsaylı qusma nəticəsində həddən artıq maye itirmisinizsə (susuzlaşma). Susuzlaşma böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). − əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciyərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyaları vardırsa. Ağır infeksiyalar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). − əgər Siz kəskin ürək çatışmazlığının müalicəsi üçün preparatlar qəbul edirsinizsə və ya bu yaxınlarda miokard infarktı keçirmisinizsə, habelə qan dövranının ağır pozuntuları (məsələn, şok) və ya tənəffüsün çətinləşməsi mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər daxil olmamasına gətirib çıxara bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). − əgər Siz alkoqoldan sui-istifadə edirsinizsə. Əgər sadalanmış bəndlərdən ən azı biri Sizə aiddirsə, bu preparatı qəbul etməzdən əvvəl həkimə müraciət edin.

Hamiləlik və laktasiya dövrlərində istifadəsi:

 Hamiləlik dövründə şəkərli diabetin müalicəsi üçün insulindən istifadə edilməlidir.  Əgər hamiləsinizsə və ya körpənizi döşlə qidalandırırsınızsa, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamilə qalmağı planlaşdırırsınızsa, müalicə sxeminizi dəyişdirə bilməsi üçün müalicə həkiminizə və ya əczaçıya müraciət edin.  Laktasiya dövründə bu preparatı qəbul etmək tövsiyə edilmir.

Siofor istifadə qaydası, dozası

 Bu preparatı hər zaman müalicə həkiminizin tövsiyələrinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Siofor® 1000 preparatının qəbulu sağlam həyat tərzinin faydasını əvəz edə bilməz. Həkimin pəhrizlə əlaqəli bütün göstərişlərinə əməl etməyə davam edin və fiziki hərəkətlərlə məşğul olun. Tövsiyə olunan doza Böyüklər üçün adi başlanğıc doza: Siofor® 1000 preparatının ½ örtüklü tableti, (500 mq metformin hidroxloridə uyğundur) gündə 2-3 dəfə və ya 850 mq metformin hidroxlorid gündə 2-3 dəfə təşkil edir Siofor®1000 preparatının köməyi ilə bu cür dozalanma mümkün deyildir). Maksimal gündəlik doza Siofor® 1000 preparatının 1 ədəd örtüklü tabletinin gündə 3 dəfə qəbulundan ibarətdir. Əgər Sizdə böyrək funksiyalarının zəifləməsi mövcuddursa, çox güman ki, müalicə həkimi Sizin üçün təyin edilmiş dozanı azaldacaqdır. Uşaqlarda və yeniyetmələrdə istifadəsi 10 yaşdan yuxarı uşaqlar və yeniyetmələr üçün adi başlanğıc doza: Siofor® 1000 preparatının ½ örtüklü tableti, (500 mq metformin hidroxloridə uyğundur) gündə 1 dəfə və ya 850 mq metformin hidroxlorid gündə 1 dəfə təşkil edir (Siofor® 1000 preparatının köməyi ilə bu cür dozalanma mümkün deyildir). Maksimal gündəlik doza Siofor®1000 preparatının 1 ədəd örtüklü tabletinin gündə iki dəfə qəbulundan ibarətdir. 10 yaşdan 12 yaşadək uşaqlarda preparatı yalnız həkimin xüsusi göstərişi ilə istifadə etmək lazımdır, belə ki, bu yaş qrupunda preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Siofor® 1000 preparatının alkoqolla yanaşı qəbulu Siofor® 1000 preparatının qəbulu zamanı alkoqoldan həddən artıq istifadə etməyin, belə ki, alkoqol, xüsusən qaraciyər funksiyaları pozulmuş və ya çox zəifləmiş pasiyentlərdə laktoasidoz riskini artıra bilər ("Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). Eyni xəbərdarlıq tərkibində alkoqol olan dərman vasitələrinə da aiddir. Əgər Siz həm də insulin qəbul edirsinizsə, Siofor® 1000 preparatı ilə müalicəyə həkiminizin göstərişlərinə uyğun olaraq başlamalısınız. Müşahidə Müalicə həkiminiz qanda qlükozanın miqdarını müəyyən etmək üçün mütəmadi analizlər keçirəcək və qanda qlükozanın səviyyəsinə uyğun olaraq Siofor® 1000 preparatının dozasını seçəcəkdir. Siz müntəzəm olaraq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Bu, uşaqlar və yeniyetmələr, eləcə də yaşlı insanlar üçün xüsusən vacibdir. Bundan əlavə, ildə heç olmasa bir dəfə həkim Sizin böyrəklərinizin işini yoxlamalıdır. Əgər Siz yaşlısınızsa və ya böyrək funksiyalarınız pozulmuşdursa, müayinənin daha tez-tez keçirilməsi tələb oluna bilər.

Prepared by  T-Soft E-Commerce.