Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1tabletin tərkibində 500 mq metformin hidroxlorid vardır ki, bu da 390 mq metforminə uyğundur. Köməkçi maddələr: hipromelloza, povidon K 25, maqnezium stearat (Avropa Farmakopeyası üzrə) (bitki mənşəli), makroqol 6000, titan dioksid (Е 171).
İstifadəsinə göstərişlər:
Siofor® 500 preparatı aşağıdakı məqsədlər üçün istifadə edilir: 2-ci tip şəkərli diabetin manifest formasının ("insulindən asılı olmayan şəkərli diabet” də adlandırılır) inkişaf etmə riski yüksək olan diabetə meylli yetkin insanların, yəni qlükozaya qarşı tolerantlığı pozulmuş (IGT) və acqarına plazmada qlükozanın miqdarı pozulmuş (IFG) şəxslərin, eləcə də aşağıdakı şəxslərin müalicəsi üçün: <60 yaş, BKİ ≥30 kq/m2, yaxın qohumlarında şəkərli diabet olan, triqliseridlərin səviyyəsi yüksək, YSLP xolesterinin səviyyəsi aşağı, arterial hipertoniyası olan, HbA1c ≥6,0%, daha əvvəl hamilələrin şəkərli diabeti olmuş şəxslər; qanda qlükozanın səviyyəsinə lazımi şəkildə nəzarət etmək üçün, xüsusən, artıq çəkiyə malik pasiyentlərdə 2-ci tip şəkərli diabetin müalicəsi üçün. 2-ci tip şəkərli diabeti olan yetkin insanlar Siofor® 500 preparatını həm təklikdə, həm də şəkərli diabetin müalicəsi üçün digər dərmanlarla (daxilə qəbul etmək üçün preparatlarla və ya insulinlə) kombinasiyada qəbul edə bilərlər. 2-ci tip şəkərli diabeti olan 10 yaş və yuxarı uşaqlar, eləcə də yeniyetmələr Siofor® 500 preparatını həm təklikdə, həm də insulinlə kombinasiyada qəbul edə bilərlər. Siofor® 500 preparatı ilə müalicə hər zaman pəhrizin tənzimlənməsi və fiziki yüklənmələrlə müşayiət olunmalıdır.
Əks göstərişlər:
Aşağıdakı hallarda Siofor® 500 preparatını istifadə etmək olmaz: − metforminə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya olduqda. − böyrək funksiyalarının ağır dərəcəli pozulmaları zamanı; − əgər Sizdə qaraciyər xəstəlikləri varsa; − əgər Sizdə dekompensasiya olunmuş şəkərli diabet, məsələn, ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, ishal, sürətli çəki itkisi, laktoasidoz (aşağıda "Laktoasidozun inkişaf riski" bölməsinə baxın) və ya ketoasidoz vardırsa. Ketoasidoz – qanda "keton cisimcikləri" adlandırılan maddələrin toplandığı və diabetik prekomaya gətirib çıxara bilən vəziyyətdir. Ketoasidozun simptomlarına qarında ağrı, tezləşmiş və dərin tənəffüs, yuxululuq, ağızdan qeyri-adi meyvə iyinin gəlməsi aiddir. − əgər Siz, məsələn, davamlı və ya ağır ishal, ya da təkrarlanan çoxsaylı qusma nəticəsində həddən artıq maye itirmisinizsə (susuzlaşma). Susuzlaşma böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). − əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciyərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyaları vardırsa. Ağır infeksiyalar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). − əgər Siz kəskin ürək çatışmazlığının müalicəsi üçün preparatlar qəbul edirsinizsə və ya bu yaxınlarda miokard infarktı keçirmisinizsə, habelə qan dövranının ağır pozuntuları (məsələn, şok) və ya tənəffüsün çətinləşməsi mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər daxil olmamasına gətirib çıxara bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). − əgər Siz alkoqoldan sui-istifadə edirsinizsə.
Hamiləlik və laktasiya dövrlərində istifadəsi:
Hamiləlik və ya laktasiya dövrlərində, habelə hamiləliyin ehtimal edilməsi və ya planlaşdırılması zamanı bu preparatı qəbul etməzdən əvvəl müalicə həkiminizlə məsləhətləşin. Hamiləlik Hamiləlik dövründə şəkərli diabetin müalicəsi insulinin köməyi ilə aparılmalıdır. Laktasiya dövrü Laktasiya dövründə bu preparatı qəbul etmək tövsiyə edilmir
Bu preparatı hər zaman müalicə həkiminizin və ya əczaçının tövsiyələrinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkimi və ya əczaçı ilə məsləhətləşin. Siofor® 500 preparatının qəbulu sağlam həyat tərzinin faydasını əvəz edə bilməz. Həkimin pəhrizlə əlaqəli bütün göstərişlərinə əməl etməyə davam edin və fiziki hərəkətlərlə məşğul olun. Tövsiyə olunan doza Böyüklər üçün adi başlanğıc doza: Siofor® 500 preparatının 1 ədəd örtüklü tableti gündə 2-3 dəfə (1000-1500 mq metformin hidroxloridə uyğundur) və ya 850 mq metformin hidroxlorid gündə 2-3 dəfə təşkil edir (Siofor® 500 preparatının köməyi ilə bu cür dozalanmanı əldə etmək mümkün deyildir). Maksimal gündəlik doza Siofor® 500 preparatının 2 ədəd örtüklü tabletinin gündə 3 dəfə qəbulundan ibarətdir (gündə 3000 mq metformin hidroxloridə uyğundur). Əgər Siz böyrək funksiyasının pozulmasından əziyyət çəkirsinizsə, müalicə həkiminiz dozanı azalda bilər. Uşaqlarda və yeniyetmələrdə istifadəsi 10 yaşdan yuxarı uşaqlar və yeniyetmələr üçün adi başlanğıc doza: Siofor® 500 preparatının 1 ədəd örtüklü tableti (500 mq metformin hidroxloridə uyğundur) gündə 1 dəfə və ya 850 mq metformin hidroxlorid gündə 1 dəfə (Siofor® 500 preparatının köməyi ilə bu cür dozalanmanı əldə etmək mümkün deyildir). Maksimal gündəlik doza Siofor® 500 preparatının 2 ədəd örtüklü tabletinin gündə 2 dəfə qəbulundan ibarətdir (gündə 2000 mq metformin hidroxloridə uyğundur). 10 yaşdan 12 yaşadək uşaqlarda preparatı yalnız həkimin xüsusi göstərişi ilə istifadə etmək lazımdır, belə ki, bu yaş qrupunda preparatın istifadəsinə dair kifayət qədər məlumat yoxdur. Əgər Siz həm də insulin qəbul edirsinizsə, Siofor® 500 preparatı ilə müalicəyə həkiminizin göstərişlərinə uyğun olaraq başlamalısınız. Monoterapiya (prediabet) Prediabet zamanı müalicənin başlanğıcında gündə 1 ədəd örtüklü tablet (500 mq) qəbul etmək lazımdır; ehtiyac olduqda doza gündə iki dəfəyə qədər artırıla bilər (gündə iki dəfə 500 mq). Örtüklü tabletləri yemək zamanı və yeməkdən sonra qəbul etmək lazımdır. Doza tədricən artırıldıqda, mədə-bağırsaq traktı tərəfindən preparatın keçirilməsi yaxşılaşır. Müalicə həkimi qanda qlükozanın səviyyəsinin mütəmadi yoxlanmasına və risk amillərinə əsasən müalicənin davam etdirilməsinin məqsədəuyğunluğunu qiymətləndirməlidir. Müşahidə ► Müalicə həkiminiz qanda qlükozanın miqdarını müəyyən etmək üçün mütəmadi analizlər keçirməli və qanda qlükozanın səviyyəsinə uyğun olaraq Sı̇ ofor® 500 preparatının dozasını seçməlidir. Siz müntəzəm olaraq müalicə həkiminizlə məsləhətləşməlisiniz. Bu, uşaqlar və yeniyetmələr, eləcə də yaşlı insanlar üçün xüsusən vacibdir. ► Sı̇ofor® 500 preparatı ilə müalicə zamanı müalicə həkiminiz böyrəklərinizin funksional vəziyyətini ildə bir dəfədən az olmayaraq, yaxud yaşlı pasiyentlərdə və / və ya böyrək funksiyaları pozulduğu halda daha tez-tez yoxlamalıdır. Sı̇ ofor® 500 örtüklü tabletləri necə qəbul edilməlidir? Tabletlər yemək zamanı və ya yeməkdən sonra qəbul edilir. Bu, həzmlə bağlı əlavə təsirlərin qarşısını almağa imkan verir. Tabletləri çeynəməyin və xırdalamayın. Tabletləri bir stəkan su ilə içərək udun. Əgər preparatı gündə 1 dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində) qəbul edin. Əgər preparatı gündə iki dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində) və axşam (şam yeməyində) qəbul edin. Əgər preparatı gündə üç dəfə qəbul edirsinizsə, səhər (səhər yeməyində), günorta (nahar yeməyində) və axşam (şam yeməyində) qəbul edin. Əgər bir müddət keçdikdən sonra Sizə elə gəlsə ki, Sı̇ ofor® 500 preparatının təsiri çox güclüdür və ya çox zəifdir, bu barədə həkimə və ya əczaçıya məlumat verin. Əgər Siz Sı̇ ofor® 500 preparatını lazım olduğundan daha artıq miqdarda qəbul etmisinizsə Əgər Siz Sı̇ ofor® 500 preparatını lazım olduğundan daha artıq miqdarda qəbul etmisinizsə, Sizdə laktoasidoz inkişaf edə bilər. Laktoasidozun simptomlarına qusma, qarında ağrı və əzələ qıcolmaları, ümumi sağlamlıq vəziyyətinin güclü yorğunluqla müşayiət olunan pozulması, eləcə də tənəffüsün çətinləşməsi aiddir. Əgər Sizdə bu simptomlar vardırsa, Sizə dərhal stasionarda müalicə tələb oluna bilər, belə ki, laktoasidoz komaya gətirib çıxara bilər. Siz dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanaya müraciət etməlisiniz. Əgər Siz Sı̇ ofor® 500 preparatını qəbul etməyi unutmusunuzsa Unutduğunuz dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin. Preparatın növbəti dozasını lazımi vaxtda qəbul edin. Siofor® 500 preparatının alkoqolla yanaşı qəbulu Siofor® 500 preparatının qəbulu zamanı alkoqoldan həddən artıq istifadə etməyin, belə ki, alkoqol, xüsusən qaraciyər funksiyaları pozulmuş və ya çox zəifləmiş pasiyentlərdə laktoasidoz riskini artıra bilər ("Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). Eyni xəbərdarlıq tərkibində alkoqol olan dərman vasitələrinə da aiddir. Əgər Sizdə bu preparatın istifadəsi ilə əlaqədar əlavə suallar yaranarsa, müalicə həkiminizə və ya əczaçıya müraciət edin.