Bitib
Stokda olanda mənə xəbər verin.Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq metformin hidroxlorid vardır (390 mq metforminə ekvivalentdir).
Siofor® XR preparatı qanda qlükozanın (şəkər) səviyyəsinə nəzarət etmək üçün yalnız pəhriz və fiziki hərəkətlərin kifayət etmədiyi pasiyentlərdə tip 2 şəkərli diabetin ("insulindən asılı olmayan şəkərli diabet" də adlandırılır) müalicəsi üçün istifadə edilir.
Aşağıdakı hallarda Siofor® XR preparatını istifadə etmək olmaz: Metforminə və ya bu dərman preparatının hər hansı digər komponentlərinə (“Tərkibi” bölməsində sadalanmışdır) qarşı allergiya olduqda. Allergik reaksiya səpgi, qaşınma və ya təngnəfəsliyə səbəb ola bilər. əgər Sizdə qaraciyər xəstəlikləri varsa. əgər Sizdə böyrək funksiyalarının ağır dərəcəli pozulmaları varsa; əgər Sizdə dekompensasiya olunmuş şəkərli diabet, məsələn, ağır hiperqlikemiya (qanda qlükozanın yüksək səviyyəsi), ürəkbulanma, qusma, ishal, sürətli çəki itkisi, laktoasidoz (aşağıda "Laktoasidozun inkişaf riski" bölməsinə baxın) və ya ketoasidoz vardırsa.
Ketoasidoz – qanda "keton cisimcikləri" adlandırılan maddələrin toplandığı və diabetik prekomaya gətirib çıxara bilən vəziyyətdir. Ketoasidozun simptomlarına qarında ağrı, tezləşmiş və dərin tənəffüs, yuxululuq, ağızdan qeyri-adi meyvə iyinin gəlməsi aiddir. əgər Siz, həddən artıq maye itirmisinizsə (susuzlaşma). Susuzlaşma böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın).
əgər Sizdə ağır infeksiyalar, məsələn, ağciyərlərin, tənəffüs yollarının və ya böyrəklərin infeksiyaları vardırsa. Ağır infeksiyalar böyrək funksiyalarının pozulmasına səbəb ola bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın). əgər Siz kəskin ürək çatışmazlığına görə müalicə qəbul edirsinizsə və ya bu yaxınlarda infarkt keçirmisinizsə, habelə qan dövranının ağır pozuntuları və ya tənəffüsün çətinləşməsi mövcuddursa. Bu, oksigenin toxumalara kifayət qədər daxil olmamasına gətirib çıxara bilər, bu zaman laktoasidozun inkişaf etmə riski yüksəlir (aşağıda "Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın).
əgər Siz həddən artıq spirtli içki qəbul edirsinizsə. əgər yaşınız 18-dən azdırsa.
Siofor® XR preparatı özü-özlüyündə hipoqlikemiyaya (qanda qlükozanın həddən artıq aşağı səviyyəsi, məsələn, zəiflik, çaşqınlıq və çox tərləmə) səbəb olmur. Bu o deməkdir ki, preparat nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir etmir. Lakin əgər Siz Siofor® XR preparatını şəkərli diabetin müalicəsi üçün nəzərdə tutulmuş və hipoqlikemiyaya səbəb ola bilən digər dərmanlarla birlikdə qəbul edirsinizsə, xüsusilə ehtiyatlı olmalısınız.
Həkiminiz Siofor® XR preparatını ayrıca qəbul etməyiniz üçün və ya şəkərli diabetəleyhinə digər peroral dərmanlar və ya insulinlə birlikdə təyin edə bilər. Bu preparatı hər zaman müalicə həkiminizin tövsiyələrinə dəqiq uyğun şəkildə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, müalicə həkiminiz və ya əczaçı ilə məsləhətləşin. Tövsiyə olunan doza Adətən müalicəyə gündə 500 milliqram Siofor® XR preparatı ilə başlayacaqsınız.
Siz Siofor® XR preparatını təxminən 2 həftə qəbul etdikdən sonra həkiminiz qan şəkərinizi ölçə və dozanı tənzimləyə bilər. Maksimal gündəlik doza 2000 mq Siofor ® XR preparatı təşkil edir. Əgər Sizdə böyrək funksiyalarının zəifləməsi mövcuddursa, müalicə həkimi daha aşağı doza təyin edəcək. Normalda tableti gündə bir dəfə şam yeməyi ilə birlikdə qəbul etməlisiniz.
Bəzi hallarda həkiminiz tabletlərin gündə iki dəfə qəbulunu tövsiyə edə bilər. Böyrək funksiyasının pozulması Tərkibində metformin olan preparatlarla müalicəyə başlamazdan əvvəl qlomerular filtrasiya dərəcəsini (GFR) müəyyən etmək lazımdır və təkrarən müalicənin başlanmasından sonra ildə ən azı bir dəfə. Böyrək çatışmazlığının daha da pisləşməsi riski yüksək olan xəstələrdə, eləcə də yaşlı xəstələrdə böyrək funksiyası daha tez-tez yoxlanılmalıdır, yəni hər 3-6 aydan bir. GFR (ml/dəq) Maksimum gündəlik doza Əlavə şərhlər 60 – 89 2000 mq Böyrək funksiyasının azalması səbəbindən dozanın azaldılması məqbuldur.
45 – 59 2000 mq Metforminlə müalicəyə başlamazdan əvvəl laktoasidoz riskini artıra bilən amillər nəzərə alınmalıdır (bax: Xüsusi göstərişlər və ehtiyat tədbirləri). İlkin doza maksimum dozanın yarısından çox olmamalıdır. 30 – 44 1000 mq < 30 - Metformin əks göstərişdir. Tabletləri çeynəmədən bir stəkan su ilə içərək udun.
Əgər Siz Siofor ® XR preparatını qəbul etməyi unutmusunuzsa Yadınıza düşən kimi tableti bir qədər yeməklə qəbul edin. Buraxılmış dozanı kompensasiya etmək üçün preparatın ikiqat dozasını qəbul etməyin. Siofor® XR preparatının alkoqolla yanaşı qəbulu Siofor® XR preparatının qəbulu zamanı alkoqoldan həddən artıq istifadə etməyin, belə ki, bu hal laktoasidoz riskini artıra bilər ("Xəbərdarlıqlar və ehtiyat tədbirləri" bölməsinə baxın).