Sevimlilərə əlavə edin
Paylaşın

Tad 600MG 4 ml N10 Flk

Məhsul Kodu : 111-04035
İstehsalçı ölkə : Italiya
1 Şərh Şərh
63,00 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

TAD, 600mq/4ml inyeksiya məhlulu hazırlamaq üçün toz və həlledici

TAD tərkibi

Təsiredici maddə: 1 flakonda 600 mq qlütation vardır (natrium duzu şəklində). 1 ml hazır məhlulun tərkibində 150 mq qlütation vardır. Həlledici: inyeksiya üçün su.

İstifadəsinə göstərişlər

Sisplatinlə və ya digər ona yaxın birləşmələrlə kimyəvi terapiya zamanı neyrotoksikliyin profilaktikası. Müxtəlif etiologiyalı (alkohol və dərman vasitələri mənşəli də daxil olmaqla) hepatopatiyalar.

Əks göstərişlər

Təsiredici maddəyə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Məlumatlara əsasən qlütation, hüceyrələrdə fizioloji olaraq mövcud olduğu üçün hamiləlik və laktasiya dövründə qadınlarda arzuedilməz halların yaranmasına səbəb olmur. Preklinik araşdırmalarda preparatın reproduktivliyə, hamiləliyə, embrional/fetal inkişafa, doğuşa və doğuşdan sonrakı inkişafa dair birbaşa və ya dolayı arzuolunmaz təsiri müşahidə olunmamışdır.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

TAD nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir yaxud cüzi təsir göstərir.

TAD istifadə qaydası və dozası

Sisplatin və ona yaxın birləşmələrlə kimyəvi terapiya zamanı neyropatiyanın profilaktikası Sisplatin və ya onun analoqları ilə kimyəvi-terapiya alan pasiyentlərə TAD-ın adətən məsləhət görülən sutkalıq dozası yavaş infuziya şəklində 1,5 q/m2 (2,5 q-a uyğundur) təşkil edir. Doza pasiyentin yaşından, çəkisindən və klinik vəziyyətindən, həmçinin kimyəvi terapiya vasitəsinin dozasından və yeridilmə qrafikindən asılıdır. Qlütation və kimyəvi terapiya vasitəsi eyni zamanda təyin edildiyi halda TAD-ın venadaxili infuziyası kimyəvi terapiyanın başlanmasından 15-30 dəqiqə öncə yeridilməlidir.

Uzunmüddətli müalicə zamanı preparatın daha aşağı dozada (600 mq) əzələdaxili və ya venadaxili (yavaş) yeridilmə şəklində təyini mükündür. Müxtəlif etiologiyalı (alkohol və dərman vasitələri mənşəli də daxil olmaqla) hepatopatiyalar. 600-1200 mq (gündə 1-2 flakon) və yaxud həkimin təyinatına uyğun olaraq istifadə olunur. İstifadə metodu Müvafiq şpris vasitəsilə ampuldakı həlledicini (inyeksiya üçün su) toz olan flakona yeridərək məhlulu hazırlamaq lazımdır. Flakonun alüminium başlığını çıxarmaq və qapağını dezinfeksiya etmək lazımdır. Sonra şprisin iynəsini rezin tıxacın ortasından flakonun içərisinə daxil etmək və su şırnağını flakonun şüşə divarına yönəltmək lazımdır. Yaxşı həll olması üçün flakonu ehtiyatla çalxalamaq lazımdır. Sonra alınmış məhlulu əzələdaxili və yaxud yavaş venadaxili yeritmək lazımdır. Hazır məhlul təmiz olmalı və içərisində gözlə görünən zərrəciklər olmamalıdır. Hazırlanmış məhlul bir dəfəyə istifadə edilməlidir və qalan qalıq atılmalıdır. İstifadə olunmamış preparat və ya preparatın qalıqları yerli qanunvericiliyə uyğun olaraq utilizasiya edilməlidir.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04035

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce