Sevimlilərə əlavə edin
Paylaşın

Tiogamma 600MG N30 Tb

Məhsul Kodu : 111-04717
İstehsalçı ölkə : Almaniya
1 Şərh Şərh
30,83 AZN
Kateqoriya: Endokrin
KolleksiyaQiymət Xəbərdarlığı

600, mq örtüklü tabletlər

600 tərkibi

Təsiredici maddələr: 1 tabletin tərkibində 600 mq alfa-lipoy turşusu vardır.

İstifadəsinə göstərişlər

Tioqamma 600 sinirlərin diabetik zədələnməsi (polineyropatiyalar) zamanı ağrı və paresteziyaları (yanma, qaşınma, iynəbatma hissi kimi dəri hissiyyatları) müalicə etmək üçün istifadə olunur.

Əks göstərişlər

Alfa-lipoy turşusuna və ya Tioqamma 600 örtüklü tabletlərinin digər komponentlərinə qarşı allergiya (yüksək həssaslıq).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Farmakoterapiyanın ümumi prinsipi budur ki, hamiləlik və laktasiya dövründə dərman maddələri yalnız riskləri və faydaları diqqətlə nəzərdən keçirildikdən sonra istifadə olunmalıdır. Bu səbəbdən hamilə və ana südü ilə qidalandıran qadınlar yalnız həkimin ciddi göstərişi olduqda alfa-lipoy turşusu ilə müalicə oluna bilərlər, baxmayaraq ki, reproduktivlik toksiklik tədqiqatları fertilliyə və ya erkən embrion inkişafına təsirini göstərməmişdir və preparatın embriotoksik xüsusiyyətlərə malik olmadığı aşkar edilmişdir. Alfa-lipoik turşusunun ana südünə keçməsi məlum deyil.

Uşaqlarda və yeniyetmələrdə istifadəsi Tioqamma 600 örtüklü tabletlərini uşaqlara və yeniyetmələrə təyin etmək məsləhət görülmür, çünki bu yaş qrupuna aid klinik təcrübələr yoxdur.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə hər hansı təsiri müşahidə edilməmişdir.

600 istifadə qaydası və dozası

Fərdi və gündəlik dozalar Diabetik polineyropatiya ilə əlaqəli sensor (hissi) pozğunluqlar halında, böyüklər üçün aşağıdakı gündəlik doza tövsiyə olunur. Adi gündəlik doza 1 örtüklü Tioqamma 600 tabletidir (600 mq alfa-lipoy turşusuna ekvivalentdir). İlk qida qəbulundan təxminən 30 dəq əvvəl qəbul edilir. Ağır sensor pozğunluqlar halında, əvvəlcə alfa-lipoy turşusunun infuziyası ilə müalicə aparıla bilər. Tioqamma 600 örtüklü tabletləri bütöv halda və çoxlu miqdarda su ilə acqarına qəbul edilməlidir. Əgər preparatı qida ilə eyni vaxtda qəbul etsəniz, alfa-lipoy turşusunun qana keçməsi pozulur və preparat lazımi effekti göstərə bilmir. Bu səbəbdən, mədənin boşalması uzunmüddətli olan pasiyentlər üçün preparatı səhər yeməyindən yarım saat əvvəl qəbul etmək vacibdir. Tabletləri çeynəmək olmaz. Müalicə müddəti Diabetik neyropatiya xroniki pozğunluq olduğundan Tioqamma 600 örtüklü tabletləri ilə müalicə uzun müddət davam edə bilər. Diabetik polineyropatiyanın müalicəsi üçün əsas tələb diabetin optimal tənzimlənməsidir.Tabletlərin nə qədər müddətə qəbul edilməsi barədə qərarı həkiminiz verəcəkdir. Tioqamma 600 örtüklü tabletləri ilə müalicə alarkən alkoqol qəbul etməyin. Alkoqol sinirlərin zədələnməsini törədən xəstəliklərin inkişafı və ya proqressivləşməsi riskini artırır və buna görə də Tioqamma 600 örtüklü tabletləri ilə müalicəni poza bilər. Bu, həmçinin müalicələr arası intervala da aiddir. Əgər Tioqamma 600 örtüklü tabletlərini qəbul etməyi unutmusunuzsa Əgər bir dozanı qəbul etməyi unutmusunuzsa, unudulmuş dozanı əvəz etmək məqsədilə Tioqamma 600 örtüklü tabletlərinin ikiqat dozasını qəbul etməyin. Preparatın istifadəsinə aid hər hansı suallar meydana çıxarsa, həkiminizə müraciət edin.

Məhsul Filtrləri
Təchizatçı Məhsul Kodu:111-04717

Oxşar Məhsullar

Aktrapid 100 İu 10 ml Flakon
21,56 AZN -%0
21,56AZN
Alfalip 600MG/50 ml Sistem
8,00 AZN -%0
8,00AZN
Alfasart 600 Mq N30 Tablet
28,72 AZN -%0
28,72AZN
Alfateks 25MG 24 ml N5 Amp
34,61 AZN -%0
34,61AZN
Amaril 2 Mq N30 Tablet
4,67 AZN -%0
4,67AZN
Amaril 3 Mq N30 Tablet
8,21 AZN -%0
8,21AZN
Amaril 4 Mq N30 Tablet
7,85 AZN -%0
7,85AZN
Amaril M 2 Mq/500 Mq N30 Tablet
10,94 AZN -%0
10,94AZN
Asformin 1000mg N100 Tablet
9,31 AZN -%0
9,31AZN
Asformin 850MG N100 Tb
6,29 AZN -%0
6,29AZN
Asigliy Met 50/1000 N28 Tab
28,80 AZN -%0
28,80AZN
Asiklovir 200MG N20 Vietnam
1,00 AZN -%0
1,00AZN
T-Soft 360 Logo Powered by T-SOFT E-Commerce