Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

TIOKTACID 25MG 24ML N5 AMP

Məhsul Kodu : 111-05968
İstehsalçı ölkə: Almaniya
45,00 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TİOKTASİD, 600 T inyeksiya və infuziya üçün məhlul

TİOKTASİD tərkibi

Təsiredici maddə: 1 ampulda 952,2876 mq tiokt turşusunun trometamol duzu (tiokt turşusu α-lipoy turşusu) hesabı ilə 600,0mq) vardır.

İstifadəsinə göstərişlər

Diabetik polineyropatiya zamanı paresteziya.

Əks göstərişlər

Tioktasid® 600 T preparatı, tioktik turşuya və ya bu preparatın tərkibinə daxil olan köməkçi maddələrinə qarşı məlum olan yüksək həssaslıqlı pasiyentlərə əks göstərişdir. Diqqət: Tioktasid® 600 T preparatının uşaqlarda və yeniyetmələrdə istifadəsi barədə klinik məlumatlar yoxdur, bu səbəbdən 18 yaşa qədər uşaqlara və yeniyetmələrə dərman vasitəsini təyin etmək olmaz.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamiləsizsə və ya körpə əmizdirirsizsə və ya şübhələnirsizsə ki, hamiləsiz və ya hamilə olmağı planlaşdırırsızsa o zaman dərman vasitəsini qəbul etməzdən əvvəl həkiminizlə məsləhətləşin. Hamilə qadınlar, bu qrup xəstələrlə təcrübə olmadığından, fayda-risk nisbətinin hərtərəfli qiymətləndirilməsindən sonra və iştirak edən həkimin nəzarəti altında yalnız iştirak edən həkimin göstərişi ilə tioktik turşu ilə müalicə edilə bilər. Heyvanlar üzərində aparılan tədqiqatlardan əldə edilən məlumatlar fertilliyə və ya teratogen təsirə heç bir təsir göstərməmişdir. Tiokt turşusunun və ya onun metabolitlərinin ana südünə keçməsi haqqında məlumat yoxdur.

Müalicə edən həkim ana südü ilə qidalandırmanın uşaq üçün faydalarını və terapiyanın ana üçün faydalarını nəzərə alaraq ya ana südü ilə qidalandırmanın dayandırılması, ya da Tioktosid® 600 T ilə terapiyanın dayandırılması barədə qərar qəbul etməlidir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tioktasid® 600 T mexanizmlərlə iş və nəqliyyat vasitələrinin idarə olunmasına mənfi təsir göstərə bilər. Başgicəllənmə/vertiqo və ya mərkəzi sinir sisteminin digər pozğunluqları kimi əlavə təsirlər baş verərsə, o zaman yol hərəkətində iştirak, mexanizmlərdən və ya təhlükəli alətlərdən istifadə kimi diqqət tələb edən fəaliyyətlərdən çəkinmək lazımdır.

TİOKTASİD istifadə qaydası və dozası

Ağır diabetik polineyropatiya zamanı həssaslığın ifadə olunmuş pozulmaları zamanı böyüklər üçün tövsiyə olunan gündəlik doza 1 ampul – 24 ml məhlul (600mq tiokt turşusuna uyğundur) təşkil edir. İlkin mərhələdə müalicənin müddəti 2 həftədən 4 həftəyə qədər ola bilər. Bundan əlavə, inyeksiya üçün şpris və ya perfuzor vasitəsilə durulaşdırılmamış məhlulun vena daxilinə yeridilməsi mümkündür,bu halda yeridilmə vaxtı 12 dəqiqədən az olmamalıdır. Dərman vasitəsinin 100-250ml 0,9% natrium xlorid məhlulunda durulaşdırdıqdan sonra venadaxili infuziya 12 dəqiqədən az vaxt olmayaraq istifadə edilməlidir.

Təsiredici maddənin işığa həssaslığı səbəbindən ampulları karton qablaşdırmadan yalnız istifadəsindən bilavasitə əvvəl çıxartmaq lazımdır. Dərman vasitəsi ampul açıldıqdan dərhal sonra istifadə edlir. Venadaxili yeridilən məhlul hazırlandıqdan dərhal sonra istifadə edilməlidir. Hazırlanmış venadaxili yeridilən məhlul alüminium folqanın köməyi ilə işıqdan qorunmalıdır.

İşıqdan qorunmuş infuziya üçün məhlul 6 saat ərzində öz stabilliyini saxlaya bilir. Mikrobioloji nöqteyi-nəzərdən məhlul hazırlandıqdan dərhal sonra istifadə olunmalıdır. Əgər məhlul hazırlandıqdan dərhal sonra istifadə edilməzsə, bu məhlulun müddəti və saxlanma şəraiti istifadəçinin məsuliyyətidir. Xüsusi diqqət ona yetirilməlidir ki, venadaxili istifadə müddəti ən azı 12 dəqiqə olmalıdır.

Sonra gündə 300-600mq dozada α-lipoy turşusunun daxilə qəbul edilən dərman formaları ilə dəstəkləyici terapiyaya keçirlər. Diabetik polineyropatiya terapiyasının əsası şəkərli diabetin optimal müalicəsidir. Uşaqlarda istifadəsi Tioktasid® 600 T uşaqlar və 18 yaşına qədər yeniyetmələrə əks göstərişdir (bax.”Əks göstərişlər” bölməsinə).

Prepared by  T-Soft E-Commerce.