Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

Tirozol 5 mq N50 tablet

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-05981
İstehsalçı ölkə: Almaniya
7,26 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

TİROZOL, 5 mq; 10 mq örtüklü tabletlər

TİROZOL tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 5 mq tiamazol vardır.

İstifadəsinə göstərişlər

Aşağıdakılar daxil olmaqla, hipertireozun müalicəsi: hipertireozun konservativ müalicəsi, xüsusilə kiçik zob zamanı və ya zob olmadıqda; hipertireozun bütün formalarında cərrahi əməliyyata hazırlıq; radioaktiv yodla planlaşdırılmış müalicəyə hazırlıq, əsasən ağır formalı hipertireoz olan pasiyentlərdə; radioaktiv yodla müalicədən sonra dövri müalicə; yodla müalicə vacib olan gizli (latent) hipertireozlu, avtonom adenomalı və ya anamnezində hipertireoz olan pasiyentlərdə profilaktik müalicə (məsələn, yod tərkibli kontrast vasitələrin istifadəsilə müayinələr).

Əks göstərişlər

Preparatın istənilən komponentinə, digər tionamid törəmələrinə qarşı yüksək həssaslıq; qandaşıyıcı sistemin ortadan ağır dərəcəsinə qədər olan pozuntuları; müalicədən əvvəl xolestaz (hipertireozla törənməyən); tiamazolla və ya karbimazolla müalicədən sonra baş beyinin erkən aşkar edilən zədələnməsi; tiamazolun və ya karbimazoun istifadəsindən sonra anamnezdə kəskin pankreatit; hamiləlik dövründə tiamazol və qalxanabənzər vəzinin hormonları ilə kombinəolunmuş terapiya (“Hamiləlik və laktasiya dövründə istifadəsi” bölməsinə bax).

Hamiləlik və laktasiya dövründə istifadəsi

Reproduktiv yaşda olan qadınlar Reproduktiv yaşda olan qadınlara tiamazolla terapiya zamanı effektiv kontrasepsiya üsullarından istifadə etmək məsləhət görülür. Hamiləlik Hamilələrdə anada və döldə ciddi ağırlaşmaların qarşısını almaq məqsədilə hipertireozun adekvat müalicəsini aparmaq lazımdır. Tiamazol plasentadan keçə bilər. Tədqiqatlar və spontan məlumatlar nəticəsində alınan informasiyanın analizi, hamiləlik dövründə tiamazolun istifadəsi zamanı anadangəlmə anomaliyanın yaranmasının qanunauyğun şəkildə aşkar edilmişdir, xüsusilə yüksək dozalarda və ilk trimestrdə. Yenidoğulmuşlarda daha tez-tez qeyd edilən anadangəlmə qüsurların inkişafı dərinin aplaziyası, kəllə-üz qüsurunun inkişafı (xoanların atreziyası, üz dismorfizmi), ekzomfaloz, qida borusunun atreziyası, omfalomezenterial axının quruluşunun anomaliyası və mədəcikarası aralığın qüsurudur. Hamiləlik dövründə tiamazolu, yalnız fayda/risk nisbəti ciddi qiymətləndirildikdən sonra və yalnız ən kiçik effektiv dozalarda qalxanabənzər vəzinin hormonlarının əlavə yeridilməsi olmadan təyin etmək lazımdır. Hamiləlik dövründə təyini zamanı ananın, dölün və yenidoğulmuşun səhhətinin vəziyyətinin ciddi monitorinqini aparmaq lazımdır. Laktasiya dövrü Tiamazol ana südünə nüfuz edir, burada o, ananın zərdabındakına müvafiq konsentrasiyaya çata bilər; bu səbəbə görə körpədə hipotireozun inkişafı riski mövcuddur. Laktasiya dövründə tiamazolla müalicə yolveriləndir; lakin bu halda, yalnız kiçik dozalardan istifadə etmək olar-sutkada 10 mq və qalxanabənzər vəzinin hormonlarının əlavə istifadəsi olmadan. Körpələrdə qalxanabənzər funksiyanın müntəzəm monitorinqini aparmaq vacibdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Tiamazolun istifadəsi nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir etmir.

TİROZOL istifadə qaydası və dozası

Tiamazol karbimazolun aktiv metabolitidir, lakin 1 mq tiamazol 1 mq karbimazola ekvivalent deyil. Tiamazol ilə aparılacaq müalicənin əvvəlində və ya karbimazolun istifadəsindən tiamazolun istifadəsinə keçdikdə, bunu nəzərə almaq vacibdir. Aşağıda qeyd edilən dozalanma rejiminə əməl etmək vacibdir. Böyüklərdə dozalanması Xəstəliyin ağırlıq dərəcəsindən və yodun istifadəsindən asılı olaraq, müalicəni adətən, Tirozol® preparatının 10 mq-dan 40 mq-a qədər olan sutkalıq dozalarından başlamaq lazımdır. Əksər hallarda qalxanabənzər vəzi hormonlarının hasilatınınzəifləməsi adətən, Tirozol® preparatını sutkada 20-30 mq başlanğıc dozalarda istifadə etdikdə, əldə edilə bilər. Xəstəliyin ağırlıq dərəcəsi bir qədər aşağı olan hallarda, tam blokadaedici dozanın istifadəsi tələb olunmaya bilər və daha kiçik başlanğıc dozanın istifadəsi ehtimalını nəzərdən keçirmək olar. Ağır dərəcəli hipertireoz hallarında Tirozol® preparatının 40 mq başlanğıc dozası tələb oluna bilər. Pasiyentin maddələr mübadiləsinin vəziyyətindən asılı olaraq, doza fərdi qaydada korreksiya olunur, beləliklə, qalxanabənzər vəzi hormonlarının inkişaf statusuna müvafiq qaydada. Dəstəkləyici terapiya üçün aşağıda göstərilən müalicə variantlarından biri məsləhət görülür:

- hipotireozun qarşısını almaq məqsədilə Tirozol® preparatının sutkalıq dəstəkləyici dozası

levotiroksinlə kombinasiyada 5-20 mq təşkil edir.

- Tirozol® preparatının 2,5-10 mq dozada sutkalıq dozası ilə monoterapiya. Yodla törədilən hipertireoz zamanı daha yüksək dozalanma tələb edilə bilər. Uşaqlarda dozalanması Uşaqlarda və yeniyetmələrdə (3-17 yaşlı uşaqlar) Uşaqların və yeniyetmələrin (3-17 yaşlı uşaqlar) müalicəsi üçün preparatın başlanğıc dozası pasiyentin bədən çəkisinin nəzərə alınması ilə hesablanmalıdır. Bir qayda olaraq, müalicəni 2 və ya 3 bərabər hissəyə bölünmüş 0,5 mq/kq dozadan başlamaq lazımdır. Dəstəkləyici terapiya üçün sutkalıq dozanı azaltmaq və pasiyentin müalicəyə reaksiyasından asılı olaraq, gündə 1 dəfə təyin etmək olar. Hipotireozun qarşısını almaq məqsədilə levotiroksinlə əlavə müalicənin təyin edilməsi tələb oluna bilər. Tirozol® preparatının ümumi sutkalıq dozası 40 mq/sutkanı aşmamalıdır. Uşaqlarda istifadəsi (2 və daha aşağı yaşlı uşaqlar) 2 və daha aşağı yaşlı uşaqlarda tiamazolun təhlükəsizliyi və effektivliyi qiymətləndirilməmişdir, bu səbəbə görə 2 və daha aşağı yaşlı uşaqlarda tiamazolun istifadəsi məsləhət görülmür. Hipertireozun konservativ müalicəsi Müalicənin məqsədi məhdud müalicə müddətindən sonra maddələr mübadiləsinin eutireoid vəziyyətinin və uzunmüddətli remissiyanın əldə olunmasıdır. Müalicə qəbul edən müxtəlif pasiyentlərdən asılı olaraq, bir ildən sonra pasiyentlərin maksimal olaraq, 50 %-də remissiya əldə oluna bilər. Remissiyanın tezliyi əhəmiyyət kəsb edən çərçivədə dəyişmişdir. Təsir göstərdiyi ehtimal edilən faktorlara hipertireozun növü (immunogen və ya qeyri-immunogen), müalicənin müddəti, tiamazolun dozası, eləcə də, orqanizmə yodun qida ilə daxil olması və ya onun yatrogen daxil olmasıdır. Hipertireozun konservativ müalicəsi aparıldıqda, müalicə adətən 6 aydan 2 ilə qədər (orta hesabla 1 il) müddət ərzində davam etdirilir. Statistik nöqteyi nəzərdən müalicənin müddətinin uzanması ilə remissiya ehtimalı yüksəlir. Xəstəliyin remissiyasını əldə etmək və müəyyən terapevtik tədbirlərin aparılmasından imtina etmək mümkün olmadığı hallarda, Tirozol® preparatını mümkün qədər kiçik dozalanmada levotiroksinin aşağı dozaları ilə kombinasiyada və ya levotiroksinin əlavə edilmədən, uzunmüddətli antitireoid müalicə şəklində istifadə etmək olar. Zobun böyüməsi və traxeyanın daralması qeyd olunan pasiyentlər ehtiyac olduqda, Tirozol® preparatı ilə qısamüddətli müalicə qəbul etməlidirlər, belə ki, preparatın uzunmüddətli müalicəsi zobun böyüməsinə səbəb ola bilər. Terapiya prosesində pasiyentlərin diqqətli monitorinqinin (TTH-ın (tireotrop hormon) miqdarına, traxeyanın mənfəzinə) aparılması vacibdir. Müalicənin levotiroksinin əlavə qəbulu ilə kombinasiyada aparılmasına üstünlük verilir. Əməliyyatdan əvvəlki müalicə Cərrahi əməliyyatla əlaqəli risklərin aşağı salınması məqsədilə maddələr mübadiləsinin eutireoid vəziyyətini əldə etmək üçün ilkin müalicə təyin etmək olar. Fərdi tələbatdan asılı olaraq, müalicənin müddəti təqribən 3-4 həftə və ya artıq təşkil edə bilər. Pasiyentdə eutireoid vəziyyət əldə olunandan dərhal sonra cərrahi əməliyyatı aparmaq lazımdır, belə ki, əks halda əlavə olaraq, qalxanabənzər vəzi hormonlarının istifadəsi tələb oluna bilər. Müalicəni cərrahi əməliyyatdan bir gün əvvəl sona çatdırmaq olar. Tirozol® preparatı qalxanabənzər vəzi toxumasının zədələnmə və vəzidən qanaxma riskini artırır ki, bu da, əməlyyatdan əvvəl aparılan müalicənin tərkibinə, əməliyyata qədər 10 gün müddətində yüksək dozalarda yodun əlavə edilməsilə kompensasiya oluna bilər (Plammer (Plummer) yodoterapiyası). Radioaktiv yodun istifadəsi ilə aparılacaq terapiyadan əvvəlki müalicə Radioaktiv yodun istifadəsilə terapiyadan əvvəl maddələr mübadiləsinin eutireoid vəziyyətinin əldə olunması, xüsusilə, ağır dərəcəli hipertireoz zamanı mühüm faktordur, belə ki, bəzi hallarda ilkin müalicə aparılmadıqda, həmin terapiyadan sonra postterapevtik tireotoksik böhran müşahidə olunmuşdur. Qeyd: Tionamid törəmələri qalxanabənzər vəzi toxumasının radiohəssaslığını azalda bilər. Avtonom adenoma zamanı radioaktiv yodun istifadəsilə terapiya planlaşdırıldıqda, ilkin müalicə vasitəsilə paranodulyar toxumanın aktivləşdirilməsindən çəkinmək lazımdır. Radioaktiv yodla terapiyadan sonra vaxtaşırı antitireoid müalicə Müalicənin müddəti və preparatın istifadə ediləcək dozası klinik mənzərənin ağırlıq dərəcəsindən və radioaktiv yodun istifadəsilə aparılan terapiyanın effektivlik təzahürlərinin qeyd olunmasından əvvəl təxmin edilən vaxtdan (təqribən 4-6 ay) asılı olaraq, fərdi qaydada təyin olunmalıdır.

Yod tərkibli substansiyaların diaqnostik məqsədlə istifadəsi nəticəsində hipertireozun inkişafı riski olan pasiyentlərdə profilaktik müalicə Ümumilikdə təqribən 10 gün ərzində tiamazolun 10-20 mq və/və ya perxloratın 1 q sutkalıq dozasından istifadə edilir (məsələn, böyrəklər vasitəsilə xaric olunan kontrast vasitələr üçün). Müalicənin müddəti yodtərkibli substansiyanın orqanizmdə olduğu müddətdən asılıdır. Xüsusi pasiyent qrupları Qaraciyər çatışmazlığı olan pasiyentlər Qaraciyər çatışmazlığı olan pasiyentlərdə tiamazolun plazma klirensinin azalması müşahidə olunur. Bu səbəbdən preparatın mümkün qədər kiçik dozasından istifadə etmək və pasiyentlərin vəziyyətinə diqqətli müşahidə etmək vacibdir. Böyrək çatışmazlığı olan pasiyentlər Böyrək çatışmazlığı olan pasiyentlərdə Tirozol® preparatının istifadəsi barədə kifayət qədər farmakokinetik məlumatların olmadığı üçün fərdi dozalanma korreksiyasını ehtiyatla həyata keçirmək vacibdir və ciddi müşahidə aprmaq tövsiyə edilir. Doza mümkün qədər kiçik olmalıdır. Yaşlı pasiyentlər Yaşlı pasiyentlərdə preparatın toplanmamasına baxmayaraq, fərdi dozalanma korreksiyasını ehtiyatla həyata keçirmək vacibdir və diqqətli müşahidə aparılması məsləhət görülür. İstifadə qaydası Tabletlər bütöv, kifayət qədər maye ilə birlikdə daxilə qəbul edilir. Hipertireoz zamanı yüksək dozaların istifadəsilə ilkin müalicə zamanı yuxarıda sadalanan birdəfəlik dozaları bir neçə qəbula bölmək və bu dozaları gün ərzində bərabər vaxt intervalı ilə qəbul etmək olar. Preparatın dəstəkləyici dozasını gündə 1 dəfə səhər yeməyi zamanı və ya səhər yeməyindən sonra qəbul etmək olar.

Prepared by  T-Soft E-Commerce.