Bitib
Stokda olanda mənə xəbər verin.Tәsiredici maddә:1 ml məhlulun tərkibində 100 təsir vahidi (TV) insulin deqludek vardır. Kömәkçi maddәlәr: qliserol, metakrezol, fenol, sink asetat, xlorid turşusu/natrium hidroksid (pH-ın tənzimlənməsi üçün), inyeksiya üçün su.
İstifadəsinə göstərişlər:
Tresiba® böyüklərdə, yeniyetmələrdə və 1 yaş və daha yuxarı uşaqlarda diabetin müalicəsi üçün istifadə olunur. Tresiba® orqanizmə qandakı şəkərin miqdarını aşağı salmağa kömək edir. Bu, gündə bir dəfəlik dozada istifadə olunur. Müntəzəm doza cədvəlinizə riayət edə bilmədiyiniz halda doza vaxtını dəyişə bilərsiniz, belə ki, Tresiba® qanda şəkərin miqdarını uzunmüddətli aşağı salmaq təsirinə malikdir (bax:“Doza vaxtının dәyişilmәsi”). Tresiba® həmçinin yeməklə əlaqəli, tez təsir göstərən insulin preparatları ilə birgə istifadə oluna bilər. 2-ci tip şəkərli diabet zamanı Tresiba®, diabet üçün tabletlər və ya qeyri-insulin preparatı olan inyeksiya şəklində antidiabetik dərman vasitələri ilə kombinasiyada istifadə oluna bilər. 1-ci tip şəkərli diabet zamanı Tresiba® həmişə yeməklə əlaqəli, tez təsir göstərən insulin preparatları ilə kombinasiyada istifadə olunmalıdır.
Әks göstərişlər :
Tresiba®-nı aşağıdakı hallarda istifadә etmәyin ►Əgər Sizdə insulin deqludekə və ya preparatın tərkibində olan digər maddələrə qarşı allergiya (bax: "Tərkibi") varsa.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri:
Tresiba®-nın istifadəsinə başlamazdan öncə həkiminiz, əczaçınız və ya tibb bacınızla məsləhətləşin. Aşağıdakılara qarşı xüsusilə diqqətli olun:
• Qanda şəkərin miqdarının aşağı olması (hipoqlikemiya) – Əgər qanınızda şəkərin miqdarı çox aşağıdırsa, Əlavә tәsirlәri bölməsində qanda şəkərin miqdarının çox aşağı olmasına dair təlimatlara riayət edin.
• Qanda şəkərin miqdarının yüksək olması (hiperqlikemiya) - Əgər qanınızda şəkərin miqdarı çox yüksəkdirsə, Əlavә tәsirlәri bölməsində qanda şəkərin miqdarının yüksək olmasına dair təlimatlara riayət edin
• Digər insulin preparatlarından bu preparata keçilməsi – Əgər Siz digər növ, marka və ya istehsalçının insulinindən bu preparata keçirsinizsə, insulinin dozasında dəyişiklik edilməsinə ehtiyac ola bilər. Həkiminizlə məsləhətləşin.
• Tiazolidindionların insulin ilə birgə istifadəsi, aşağıda Tiazolidindionlar bölməsinə baxın.
• Gözdə problemlər – Qanda şəkərin miqdarına nəzarətin sürətli şəkildə yaxşılaşması gözdə diabetik problemlərin müvəqqəti pisləşməsinə səbəb ola bilər. Əgər Sizin gözünüzdə problemlər varsa, həkiminizlə məsləhətləşin.
• Düzgün növdə insulindən istifadə etdiyinizə əmin olun – Müxtəlif doza həcmində olan Tresiba®, həmçinin digər insulin preparatları ilə təsadüfən qarışıq salmamaq üçün hər inyeksiyadan əvvəl daima insulinin növünü yoxlayın. Əgər Sizin görmə qabiliyyətiniz zəifdirsə, İstifadә qaydası vә dozası bölməsinə baxın. Tresiba®-nın tәrkibindә olan bәzi maddәlәr barәdә mühüm mәlumatlar Tresiba®-nın tərkibində hər dozaya 1 mmol-dan az olmaqla natrium (23 mq) vardır. Bu isə o deməkdir ki, bu preparatın tərkibində əhəmiyyətli dərəcədə “natrium yoxdur”. İnyeksiya yerindә dәridә dәyişikliklәr Dərialtı piy toxumasında dəyişikliklərin, məsələn, dərinin qalınlaşmasının, büzüşməsinin və dəri altında yığıntıların əmələ gəlməsinin qarşısını almaq üçün inyeksiya yeri müntəzəm olaraq dəyişdirilməlidir. Yığıntılı, büzüşmüş və ya qalınlaşmış dəri nahiyəsinə yeridildikdə insulinin təsiri zəifləyə bilər (“Tresiba®-in istifadə qaydası” bölməsinə baxın). İnyeksiya yerində hər hansı dəyişiklik görürsünüzsə, bu barədə həkiminizə bildirin. Əgər hazırda bu cür zədələnmiş nahiyəyə inyeksiya edirsinizsə, digər nahiyəyə inyeksiya etməyə başlamazdan əvvəl həkiminizə məlumat verin. Həkiminiz qanda qlükozanın səviyyəsini daha diqqətlə yoxlamağı məsləhət görə, insulinin və ya digər diabet əleyhinə preparatlarınızın dozasını tənzimləyə bilər.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Tresiba®-nın hamiləlik zamanı körpəyə təsiri öyrənilməmişdir. Əgər hamiləsinizsə, yaxud uşaq əmizdirirsinizsə, hamilə ola biləcəyinizi düşünürsünüzsə və ya hamiləliyi planlaşdırırsınızsa, bu preparatı qəbul etməzdən əvvəl həkiminiz və ya əczaçınız ilə məsləhətləşin. Hamiləlik zamanı və doğuşdan sonra Sizin insulin dozanıza dəyişiklik etmək tələb oluna bilər. Hamiləlik zamanı Sizin diabetinizin dəqiq nəzarətdə saxlanılması lazımdır. Qanda şəkərin səviyyəsinin çox aşağı düşməsinin (hipoqlikemiya) qarşısının alınması Sizin körpənizin sağlamlığı üçün xüsusilə vacibdir.
Daima bu preparatı dəqiqliklə həkiminizin məsləhət verdiyi şəkildə istifadə edin. Əgər əmin deyilsinizsə, həkiminizdən, əczaçınızdan və ya tibb bacınızdan dəqiqləşdirin. Əgər Sizin gözləriniz görmürsə və ya zəif görürsünüzsə və qələmin üzərindəki doza hesablayıcısını oxuya bilmirsinizsə, bu qələmdən kömək olmadan istifadə etməyin. Görmə qabiliyyəti yaxşı olan, FleksTaç® hazır doldurulmuş qələmdən istifadə qaydalarını bilən bir şəxsin köməyindən istifadə edin. Bu hazır doldurulmuş qələm 1 TV addımlarla bir inyeksiyada 1-dən 80-dək TV dozanı təmin edə bilər. Hazır doldurulmuş qələmin doza pəncərəsində vurulacaq insulinin dozası göstərilir. Hər hansı dozanın təkrar hesablanmasını aparmayın. Hәkiminiz Sizinlә birlikdә aşağıdakılar barәsindә qәrar verәcәkdir:
• Sizə gündəlik nə qədər Tresiba® istifadə etmək lazım olacaq
• nə zaman qanınızda şəkərin səviyyəsini yoxlayasınız və daha yüksək və ya aşağı dozaya ehtiyacınız varmı. Doza vaxtının dәyişilmәsi
• Həmişə doza ilə bağlı həkiminizin tövsiyələrinə riayət edin.
• Tresiba®-nı hər gün bir dəfə istifadə edin, hər gün eyni vaxtda edilməsinə üstünlük verin.
• Tresiba®-nı hər gün eyni vaxtda istifadə etmək mümkün olmadığı hallarda isə, onu günün fərqli vaxtlarında istifadə edə bilərsiniz. Əmin olun ki, dozalar arasında ən azı 8 saat interval olsun. Uşaqlarda və yeniyetmələrdə Tresiba®- nın doza vaxtında dəyişkənliyə dair heç bir təcrübə yoxdur.
• Əgər adət etdiyiniz pəhrizinizi dəyişdirmək istəyirsinizsə, əvvəlcə həkiminiz, əczaçınız və ya tibb bacınız ilə məsləhətləşin, belə ki, pəhrizdə edilmiş dəyişiklik Sizin insulinə olan tələbatınızı dəyişdirə bilər. Qanınızda şəkərin miqdarına əsasən həkiminiz Sizin dozanızı dəyişdirə bilər. Digər dərman preparatlarından istifadə edərkən, müalicənizə dəyişikliklər edilməsinə ehtiyac olub olmadığını həkiminizdən soruşun. Yaşlı pasientlәrdә istifadәsi (≥ 65 yaş) Tresiba® yaşlı pasientlərdə istifadə oluna bilər, lakin Siz yaşlısınızsa, qanınızda şəkərin miqdarını daha tez-tez yoxlamağa ehtiyac ola bilər. Dozanızda dəyişikliklər edilməsi ilə bağlı həkiminizlə məsləhətləşin. Böyrәk vә ya qaraciyәrinizdә problemlәr varsa Əgər Sizin böyrək və ya qaraciyər problemləriniz varsa, Sizin qanınızda şəkərin miqdarını daha teztez yoxlamağınıza ehtiyac ola bilər. Dozanızda dəyişikliklər edilməsi ilə bağlı həkiminizlə məsləhətləşin. Dәrman preparatının yeridilmәsi Tresiba®-nı ilk dəfə istifadə etməzdən əvvəl, həkiminiz və ya tibb bacınız hazır doldurulmuş qələmdən istifadə qaydalarını Sizə göstərəcək.
► Qələmin adını və etiketinin üzərində hansı doza həcminin olduğunu yoxlayın ki, onun 100 TV/ml Tresiba® olduğuna əmin olasınız. Tresiba® -dan aşağıdakı hallarda istifadә etmәyin
► İnsulin infuziya pompaları ilə.
► Qələm zədələnibsə və ya düzgün şəraitdə saxlanılmayıbsa (Tresiba®-nın “Saxlanma şəraiti” bölməsinə baxın).
► İnsulin məhlulu tam şəffaf və rəngsiz deyilsə. İnyeksiyanın yeridilmәsi
► Tresiba® dərialtı inyeksiya üçün nəzərdə tutulub (dərialtı inyeksiya). İnsulini birbaşa damara və ya əzələyə yeritməyin.
► Bədəndə inyeksiya üçün ən münasib yerlər bud nahiyəsinin ön tərəfi, bazu və ya qarın nahiyəsi.
► Hər dəfə insulini dərinizin inyeksiya etdiyiniz nahiyəsinin fərqli yerlərinə yeridin ki, dəridə nazikləşmə və qalınlaşma riskini azaldasınız (bax: “Əlavə təsirləri”).
► Hər inyeksiya üçün həmişə yeni iynədən istifadə edin. Təkrar istifadə iynənin gözünün tutulması ehtimalını artırır və bu qeyri-dəqiq doza yeridilməsi risklərini artırır.
► Dozada səhvin buraxılmasını və doza həddinin aşılmasının qsarşısının alınması üçün şpris vasitəsilə qələmdən məhlulu çəkməyin. İstifadəyə dair təfsilatlı təlimatlar bu içlik vərəqənin əks tərəfində verilmişdir. Tresiba® -nın alkoqollu içki ilә qәbulu Əgər Siz alkoqollu içki qəbul edirsinizsə, insulinə olan tələbatınız dəyişə bilər. Belə ki, qanınızda şəkərin səviyyəsi yüksələ və ya azala bilər. Bu zaman, qanınızda şəkərin səviyyəsinə adətən olduğundan daha tez-tez nəzarət etməyiniz tövsiyə olunur. Tresiba® inyeksiyasını etmәyi unutmuşsunuzsa İnsulin inyeksiyası etməyi unutmuşsunuzsa, bunu aşkar etdikdə qəbul etmədiyiniz dozanı yeridin, əmin olun ki, dozalar arasında ən azı 8 saat interval olsun; daha sonra müntəzəm olaraq gündə bir dəfə vurduğunuz doza qrafikinizi bərpa edin. Əgər aşkar etsəniz ki, qəbul etmədiyiniz əvvəlki dozanızın vaxtı mütəmadi qrafikinizdəki növbəti dozanızın vaxtı ilə üst-üstə düşür, ikiqat doza qəbul etməyin, müntəzəm olaraq gündə bir dəfə vurduğunuz doza qrafikinizi bərpa edin. Tresiba® inyeksiyaları dayandırılarsa Həkiminiz ilə məsləhətləşmədən insulin qəbulunuzu dayandırmayın. Əgər insulini qəbul etməsəniz, bu, qanda şəkərin səviyyəsinin çox yüksək olmasına və ketoasidoza (qanda turşuluğun həddən çox olması) gətirib çıxarda bilər, məsləhət üçün “Qanda şәkәrin sәviyyәsinin yüksәk olması әlamәtlәri” bölməsinə baxın.