Müştəri Dəstəyi Xətti : +994503023010
Menyu
Hesabım
parolumu unutmuşam
Qeydiyyatdan keçin
Səbətim

YODOMARIN 100MKG N100 TB

Şərh
Şərhlər (1)
5.0 Orta xal
  • 5
    1
  • 4
    0
  • 3
    0
  • 2
    0
  • 1
    0
Məhsul Kodu : 111-00087
İstehsalçı ölkə: Almaniya
4,04 AZN
Daha çox Endokrin
Favorit

Bitib

Stokda olanda mənə xəbər verin.
Siyahıya əlavə edin Tövsiyə edin Şərh Qiymət Xəbərdarlığı

YODOMARİN 100, 100 mkq tabletlər

YODOMARİN 100 tərkibi

Təsiredici maddə: 1 tabletin tərkibində 131 mkq kalium yodid (100 mkq yoda müvafiq) vardır.

İstifadəsinə göstərişlər

Yodomarin® 100 preparatı aşağıdakı hallarda istifadə olunur:

- yod çatışmazlığı nəticəsində meydana çıxan xəstəliklərin profilaktikası (məsələn, torpaqda və suda yod çatışmazlığı müşahidə olunan bölgələrdə zob xəstəliyinin profilaktikası və həmçinin, yod çatışmazlığı nəticəsində zobun rezeksiyasından sonra);

- yenidoğulmuşlarda, südəmər körpələrdə, uşaqlarda, yeniyetmələrdə və gənc yaşlı yetkin pasiyentlərdə zob xəstəliyinin müalicəsi.

Əks göstərişlər

Aşağıdakı hallarda Yodomarin® 100 preparatını istifadə etmək olmaz:

- kalium yodidə və ya dərman preparatının tərkibində olan hər hansı digər komponentə (“Tərkibi” bölməsində qeyd olunan) qarşı allergiya müşahidə olunduqda;

- qalxanabənzər vəzi funksiyalarının aşkar yüksəlməsi (şikayətlərin mövcudluğu) qeyd olunduqda;

- qalxanabənzər vəzi funksiyalarının gizli yüksəlməsi (şikayətlərin olmaması) qeyd olunduqda, sutkada 150 mkq yoddan artıq dozalarda;

- pasiyentdə hormon əmələ gətirən xoşxassəli şiş olduqda və həmçinin, qalxanabənzər vəzidə nəzarətolunmayan hormon əmələ gətirən sahələr mövcud olduqda, sutkada 300 mkq-dan 1000 mkq dozaya qədər yod (əməliyyatdan əvvəlki dövrdə aparılan müalicə istisna olmaqla).

-dermathitis herpetiformis (During).

-hipokomlementemik vaskulit.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik və ya laktasiya dövründə və həmçinin, hamiləlik ehtimal edildikdə və ya planlaşdı- rıldıqda, bu preparatın istifadəsinə başlamazdan əvvəl, məsləhət almaq üçün həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Hamiləlik və laktasiya dövründə orqanizmin yoda olan tələbatı yüksəlir – bu səbəbdən, qeyd olunan dövrlərdə, orqanizmə yodun kifayət qədər daxil olmasını təmin etmək xüsusilə vacibdir. Lakin, yodu və yod-tərkibli preparatları yalnız, “fayda/risk” nisbətini qiymətləndirdikdən sonra və yalnız həkimin bilavasitə təyinatına əsasən istifadə etmək olar.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusi ehtiyat tədbirlərinin görülməsi tələb olunmur.

YODOMARİN 100 istifadə qaydası və dozası

Göstərilən dərman preparatını hər zaman, bu içlik vərəqədə qeyd olunan göstərişlərə və ya həkimin və ya əczaçının təyinatlarına ciddi riayət edərək qəbul etmək lazımdır. İstənilən şübhə meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır. Tövsiyə olunan doza Yod çatışmazlığı zamanı zob xəstəliyinin profilaktikası Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar: sutkada 1 dəfə 1⁄2-1 tablet Yodomarin® 100 preparatı (50-100 mkq yoda müvafiqdir). Yeniyetmələr və böyüklər: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin® 100 preparatı (100- 200 mkq yoda müvafiqdir). Hamiləlik və laktasiya dövrü: sutkada 1 dəfə 2 tablet Yodomarin® 100 preparatı (200 mkq yoda müvafiqdir). Zobun rezeksiyası əməliyyatından sonra və ya yod çatışmazlığı ilə əlaqəli zob xəstəliyinin dərman müalicəsi sona çatdıqdan sonra, zobun təkrar inkişafının profilaktikası: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin® 100 preparatı (100-200 mkq yoda müvafiqdir). Yod çatışmazlığı nəticəsində zob xəstəliyinin müalicəsi Yenidoğulmuşlar, südəmər körpələr və uşaqlar: sutkada 1 dəfə 1-dən 2 tabletə qədər Yodomarin® 100 preparatı (100-200 mkq yoda müvafiqdir). Gənc yaşlı yetkin pasiyentlər: sutkada 1 dəfə 3-dən 5 tabletə qədər Yodomarin® 100 preparatı (300-500 mkq yoda müvafiqdir). İstifadə qaydası Preparatı yeməkdən sonra, kifayət qədər maye (məsələn, bir stəkan su) ilə birlikdə qəbul etmək lazımdır. İstifadə müddəti Profilaktik məqsədlərlə Yodomarin® 100 preparatını adətən, bir neçə il müddətində, bəzi hallarda isə hətta bütün ömür boyu istifadə etmək olar. Yenidoğulmuşlarda və südəmər körpələrdə zob xəstəliyinin müalicəsi üçün, bir qayda olaraq, 2-4 həftəlik müalicə yetərli ola bilər. Uşaqlarda, yeniyetmələrdə və böyüklərdə zob xəstəliyinin müalicəsi üçün isə 6 aydan 12 aya qədər müddət tələb olunur. Tabletləri bərabər dozalı 2 hissəyə bölmək olar. Yodomarin® 100 preparatının istifadəsinin ötürülməsi Preparatın ötürülmüş dozasını əvəz etmək üçün, tabletləri ikiqat dozada istifadə etmək olmaz. Yodomarin® 100 preparatının istifadəsinin dayandırılması Yodomarin® 100 preparatının istifadəsinin, məsələn, əlavə effektlərin meydana çıxması səbəbindən dayandırılması barədə, pasiyent həkimi məlumatlandırmalıdır. Gələcəkdə göstərilən preparatın istifadəsi ilə bağlı əlavə suallar meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.

Prepared by  T-Soft E-Commerce.